Deputat: “Azərbaycan AVRONEST PA-nın Bakı sessiyasına tam hazırdır”

19 mart 2012-ci il

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun Modern.az-a bildirdiyinə görə, qurumun 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək sessiyasına texniki və təşkilati hazırlıq işləri başa çatdırılıb.

Bakı sessiyası Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.

(more…)

Azərbaycan Avronest PA-nın Bakı sessiyasına tam hazırdır

19 mart 2012-ci il

Azərbaycan Avronest Parlament Assambleyasının Bakı sessiyasına tam hazırdır. Bu barədə Trend-ə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov deyib.

Onun sözlərinə görə, Bakı sessiyası Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.

Elxan Süleymanov qeyd edib ki, Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlər təklif edilmiş əlavə və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul ediləcək.

(more…)

Elxan Süleymanov: “Azərbaycan Avronest Parlament Assambleyasının Bakı sessiyasına tam hazırdır”

19 Mart 2012-ci il

Bu barədə APA-ya Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov məlumat verib. O bildirib ki, qurumun aprelin 2-dən 4-dək Bakıda keçiriləcək sessiyasına texniki və təşkilati hazırlıq işləri başa çatdırılıb. Sessiya Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.

 

E. Süleymanov martın 15-də Strasburqda Avronest PA-nın Büro iclasının keçirildiyini deyib. İclasda Bakı sessiyasının gündəliyi müzakirə edilərək təsdiqlənib. Gündəlikdə qurumun plenar sessiyası, daimi komitələrin və Belarus üzrə işçi qrupun iclaslarının, eləcə də büro iclasının keçirilməsi haqqında razılıq əldə edilib. Cari ilin yanvar ayının sonlarında Siyasi məsələlər, Enerji təhlükəsizliyi və İqtisadi inteqrasiya komitələrinin Brüsseldə, Sosial məsələlər komitəsinin isə fevral ayında İrəvanda iclaslarının keçirildiyini xatırladan E. Süleymanovun sözlərinə görə, bu iclaslarda komitələrin hazırladıqları məruzə layihələri müzakirəyə çıxarılıb. Həmin sənədlər qurum üzvləri və “Şərq Tərəfdaşlığı” milli nümayəndə heyətləri tərəfindən əlavə və dəyişikliklər aparılması üçün açıq elan edilib: “Bu sənəd layihələri bütövlükdə qurumun məqsədlərini əks etdirməklə yanaşı, eyni zamanda Azərbaycanın maraqlarına uyğundur.

 

(more…)

Bu gün Strasburqda AVRONEST PA-nın Büro iclası keçiriləcək

15 mart 2012-ci il 

Bu gün Strasburq şəhərində AVRONEST PA-nın Büro iclası keçiriləcək. Bu barədə “525”ə millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə, Büro iclasında AVRONEST PA-nın 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə edilərək təsdiq ediləcək. E.Süleymanov iclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilmiş düzəlişlər ətrafında müzakirələr aparılacağını deyib: “İclas zamanı Büro üzvləri vitse-prezident Yaçek Saryuş-Volskinin Belarusun müxalifət qüvvələrinin üzvlərini Bakı sessiyasına dəvət edilməsi təklifi barədə fikir mübadiləsi aparacaq və qərar qəbul edəcəklər”.

(more…)

Avronest PA-nın büro iclasında Bakıda keçiriləcək sessiyanın gündəliyi təsdiqlənəcək

14 mart 2012-ci il

Fransanın Strasburq şəhərində martın 15-də Avronest Parlament Assambleyasının büro iclası keçiriləcək.

Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, iclasda Assambleyanın aprelin 2-dən 4-dək Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə edilərək təsdiqlənəcək.

(more…)

AVCİYA və SAMF Şamaxıda ədəbiyyat müəllimləri ilə görüş-seminar keçirib

14 mart 2012-ci il

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə Şamaxı şəhərində ustad şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsi davam edir.  Layihə çərçivəsində Şamaxı Rayon təhsil ocaqlarında  çalışan  Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə görüş-seminar keçirilib. Tədbirdə müsabiqənin münsiflər heyətinin üzvü SAMF sədri, şair Musa Yaqub da iştirak edib.

Seminarda ilk çıxış edən Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Səadət Veysova görkəmli şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş  Bədii Qiraət müsabiqəsinə qatılan şagird və tələbələrin üzərinə böyük məsuliyyət yükünün düşdüyünü, bu müsabiqənin keçirilməsinin ədəbiyyat müəllimləri üçün bir sınaq olduğunu da dilə gətirmişdir.

(more…)

Brüssel, 5-8 mart 2012 (III hissə)

(more…)

Brüssel, 5-8 mart 2012 (II hissə)

(more…)

Brüssel, 5-8 mart 2012 (I hissə)

(more…)

Martın 15-də Strasburqda AVRONEST PA-nın Büro iclası keçiriləcək

14 mart 2012- ci il

 

İclasda Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi təsdiqlənəcək.

Martın 15-də Strasburqda AVRONEST PA-nın Büro iclası keçiriləcək.  Bu barədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. Millət vəkili bildirib ki, Büro iclasında AVRONEST PA-nın aprelin 2-4 Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə olunaraq təsdiq ediləcək. İclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilmiş düzəlişlər ətrafında müzakirələr aparılacaq.

(more…)