AVRONEST-in Bakı sessiyasını gündəliyi təsdiqlənəcək
14 mart 2012-ci il
Millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi məlumata görə 15 mart 2012-ci il tarixdə Strasburqda adı çəkilən qurumun Büro iclası keçiriləcək.
Millət vəkili bildirib ki, Büro iclasında AVRONEST PA-nın 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə edilərək təsdiq ediləcək. İclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilmiş düzəlişlər ətrafında müzakirələr aparılacaq. İclas zamanı Büro üzvləri vitse-prezident Yaçek Saryuş-Volskinin Belarusun müxalifət qüvvələrinin üzvlərini Bakı sessiyasına dəvət edilməsi təklifi barədə fikir mübadiləsi aparacaq və qərar qəbul edəcəklər. Millət vəkili Elxan Süleymanovun verdiyi məlumata görə iclasda eyni zamanda prosedur qaydalar və Belarus üzrə İşçi Qrupların mandatının uzadılmasının mümkünlüyünə dair Büronun Bakıda qəbul ediləcək qərarı müzakirə ediləcək.
Azərbaycan nümayəndə heyətinin Belçika səfəri
13 mart 2012- ci il
2012-ci ilin yanvarında Belçika parlamentinin müxtəlif siyasi partiyalarının təmsil olunduğu nümayəndə heyəti Bakıya səfər edərək Dağlıq Qarabağ münaqişəsinə dair Belçika parlamentində irəli sürülmək üçün hazırlanan qətnamə layihəsini Azərbaycan rəsmiləri ilə müzakirə etmişdi. Həmin vaxt nümayəndə heyətinin sədri cənab Filip Blanşar azərbaycanlı həmkarlarını mart ayında Brüsseldə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirdə və Qarabağa dair Belçika parlamentində təşkil olunacaq ictimai debatda iştirak etmək üçün ölkəsinə səfərə dəvət etmişdi.
Dəvət əsasında 5-7 mart tarixlərində gerçəkləşən bu səfərdə Azərbaycan Nümayəndə heyətinə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan-Belçika dostluq qrupunun üzvləri ilə yanaşı Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Əli Həsənov və İqtisadi İnkişaf Nazirinin müavini xanım Sevinc Həsənovanın rəhbərliyi ilə Azərbaycan nazirliklərinin təmsilçiləri daxil idi. Səfər zamanı nümayəndə heyətini Azərbaycanın Belçika və Avropa İttifaqındakı səfiri cənab Emin Eyyubov və Azərbaycanın NATO-dakı səfiri cənab Xəzər İbrahim müşayət edirdi.
Strasburqda 15 mart 2012-ci ildə AVRONEST PA-nın Büro iclası keçiriləcək
13 mart 2012-ci il
Millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi məlumata görə 15 mart 2012-ci il tarixdə Strasburqda qeyd edilən qurumun Büro iclası keçiriləcək.
Millət vəkili bildirdi ki, Büro iclasında AVRONEST PA-nın 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə edilərək təsdiq ediləcək. İclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilmiş düzəlişlər ətrafında müzakirələr aparılacaq.
“Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı – 1918”
12 mart 2012-ci il
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu “Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı – 1918” mövzusunda Dəyirmi Masa keçirib. qhtxeber.az-ın verdiyi məlumata görə, Dəyirmi Masanı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov açaraq azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində assosiasiyanın gördüyü çoxcəhətli işlər barədə məlumat verib. E. Süleymanov rəhbərlik etdiyi assosiasiyanın “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə çərçivəsində bir neçə dildə kitab nəşr edərək beynəlxalq aləmdə geniş yaydığını tədbir iştirakçılarına bildirərək, bu layihə çərçivəsində onun “Şamaxı qırımızı terrorun hədəfində (30-cu illər represiyaları) ” adlı yeni kitabın bu il nəşr olunacağını xusisi qeyd etmişdir.
AVRONEST Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasının proqramı bəlli olub
12 mart 2012-ci il
AVRONEST Parlament Assambleyasının aprelin 3-4-də Bakıda keçiriləcək 2-ci plenar sessiyasının proqramı bəlli olub. APA-nın AVRONEST PA-nın saytına istinadən verdiyi məlumata görə, sessiyadan bir gün əvvəl – aprelin 2-də Bakıda AVRONEST PA-nın komitələrinin iclası keçiriləcək.
Aprelin 3-də Milli Məclisdə plenar sessiyanın açılış olacaq. Üzv ölkələrin parlamentarları əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Aprelin 4-də AVRONEST PA-nın prezidentləri Kristian Vigenin və Boris Tarasyuk birgə mətbuat konfransı keçirəcəklər.
Xatırladaq ki, AVRONEST PA-da Avropa Parlamentindən 60, hər üzv ölkədən isə 10 parlamentar – ümumilikdə 110 nəfər təmsil olunur
Erməni cinayətlərinə həsr edilən Dəyirmi masa keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu “Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı – 1918” mövzusunda Dəyirmi masa keçirib. Məlumatı “Azadinform”a AVCİYA-dan veriblər.
Tədbirdə Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində assosiasiyanın gördüyü çoxcəhətli işlər barədə məlumat verib. E.Süleymanov rəhbərlik etdiyi assosiasiyanın “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə çərçivəsində bir neçə dildə kitab nəşr edərək beynəlxalq aləmdə geniş yaydığını tədbir iştirakçılarına bildirərək, bu layihə çərçivəsində onun “Şamaxı qırımızı terrorun hədəfində (30-cu illər represiyaları)” adlı yeni kitabının bu il nəşr olunacağını qeyd edib.
Bakıda 1918-ci il Şamaxı soyqırımı ilə bağlı tədbir keçirilib
10 mart 2012 -ci il
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu “Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı – 1918” mövzusunda Dəyirmi Masa keçirimişdir.
Dəyirmi Masanı Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov açaraq azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində assosiasiyanın gördüyü çoxcəhətli işlər barədə məlumat vermişdir. E. Süleymanov rəhbərlik etdiyi assosiasiyanın “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə çərçivəsində bir neçə dildə kitab nəşr edərək beynəlxalq aləmdə geniş yaydığını tədbir iştirakçılarına bildirərək, bu layihə çərçivəsində onun “Şamaxı qırımızı terrorun hədəfində (30 – cu illər represiyaları) ” adlı yeni kitabın bu il nəşr olunacağını xusisi qeyd etmişdir.
Daha sonra AVCİYA – nın nümayəndəsi, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı “XX əsr erməni cinayətləri: 1918 – ci il Şamaxı soyqırımı”, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, s.ü.f.d. Minaxanım Əsədli “Azərbaycanın maddi – mədəniyyət abidələrinə qarşı erməni vandalizmi”, AMEA şöbə müdiri, t.ü.f.d., professor Qasım Hacıyev “Azərbaycanlıların genosid tarixinin aktual problemləri” mövzularında məruzələr ilə çıxış etmişlər.
Məruzələrdə Şamaxı soyqırımının qısa fasilələrlə üç mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyi qeyd olunmuşdur. I mərhələ – martın əvvələri – 15 (27) mart 1918 – ci il (400 erməni əsgərinin Kürdəmirdən Şamaxıya doğru irəliləməsi ilə başlayıb, 15 (27) martda dini rəhbərlərin razılaşması ilə müvəqqəti dayandırılıb.); II mərhələ – 18(30) mart – 28 mart (09 aprel) 1918 – ci il. (1918 – ci il martın 18- də (30) başlayıb və martın 28 – də ( aprelin 9-da) İ. Ziyadxanovun dəstəsinin Şamaxını azad etməsi ilə müvəqqəti qarşısı alınıb.); III mərhələ – 6 aprel (18 aprel) – 20 iyul (01 avqust) 1918 – ci il. ( İ. Ziyadxanovun dəstəsinin Şamaxını tərk etməsindən, martın 31 – dən 6 gün sonra Şamaxının yenidən ermənilər tərəfindən tutulması ilə, yəni 1918 – ci il aprelin 6- dan (18) başlayıb və Türkiyənin Qafqaz İslam ordusu ilə birlikdə milli ordunun iyulun 20 – də ( avqustun 1-də) Şamaxını azad etməsinə qədər davam edib.)
Şamaxıda 1918 – ci ilin mart – aprel aylarında öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8 – 12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920 – ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.
Tədbidə tədqiqatların davam etdirilməsi ilə Şamaxıda öldürülənlərin sayının dəqiqləşdirilməsinin zəruriliyi qeyd olunmuşdur.
Məruzələr ətrafında professorlar Cingiz İsmayılov, Nadir Abdullayev, s.ü.f.d. Ramiz Sevdimalıyev, yurnalist Altay Zahidov, hüquqşünas Adil Minbaşı, ELS İB – nin icraçı direktoru, dosent İradə Yaqubova və digər şəxslər çıxış etmişlər.
Tədbirdə Türkiyyə Cümhuriyyətinin, Rusiya Federasiyasının, Rumuniya və Belorusun Azərbaycan Respublikasındakı səfirliklərinin nümayəndələri, ziyalılar, KİV və QHT nümayəndələri iştirak etmişlər.
AVCİYA-nın I vitse prezidenti Vəli Əlibəyov Dəyirmi Masaya yekun vuraraq tədbirin materiallarının kitab şəkilində bir neçə dildə nəşr olunaraq yayılacağını bildirmişdir.
Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Şamaxı soyqırımı” mövzusunda dəyirmi masa keçirilir
APA-nın məlumatına görə, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosoasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu tərəfindən təşkil edilib. Dəyirmi masada çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov deyib ki, ermənilərin 1918-ci ilin martında Azərbaycanda törətdikləri soyqırımlar haqqında Azərbaycan lazımı səviyyədə təbliğat aparmayıb: “Bununla bağlı yanlız son illər beynəlxalq ictimaiyyət məlumatlandırılır. Ermənilərin Şamaxıda məskunlaşması 1828-ci ildən başlayıb. Rusiyanın imperiya siyəsətinə uygun ermənilər İran və Türkiyədən Şimalı Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Şamaxıya köçürülüb. 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən böyük soyqırımlar baş verib. Şamaxı qəzasının 53 kəndində ermə
nilər tərəfindən 8027 nəfər azərbaycanlı qətlə yetirilib”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi Belçika Parlamentinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaqdır
Xəbər verdiyimiz kimi, Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşarın dəvətinə əsasən, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə səfərdədir.
Martın 6-da Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında “İşğal olunmuş ərazilər, unudulmuş ərazilər – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri” mövzusunda müzakirələr keçirilmişdir. Müzakirələrdə Azərbaycan və Belçika parlamentlərarası dostluq qruplarının üzvləri, belçikalı parlamentarilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla 100-dən artıq şəxs iştirak etmişdir.
Tədbiri Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar açmış, iştirakçıları müzakirələrdə fəal olmağa çağırmışdır.
Sonra “Euronyus” kanalının 2011-ci ildə “Dağlıq Qarabağ: qaçqınları ziyarət” adlı videoreportajı nümayiş etdirilmişdir.
Daha sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar tərəfləri” mövzusunda çıxış etmişdir.