Azərbaycanda Avronest Parlament Assambleyasının 2-ci sessiyası keçirilir

2 aprel 2012-ci il

Bakıda Avronest Parlament Assambleyasının (PA) 2-ci sessiyası başlayıb.

APA-nın məlumatına görə, sessiyaya Avronest PA-nın İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşma və Avropa birliyi Siyasətləri ilə Uyğunluq üzrə Komitəsinin və Enerji Təhlükəsizliyi üzrə Komitəsinin Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitəsinin iclasları ilə start verilib.

Sessiyanın rəsmi açılışı isə aprelin 3-də olacaq./APA

 

Ermənistan parlamentinin deputatları Azərbaycana gəliblər

2 aprel 2012-ci il

Ermənistan parlamentinin deputatları Azərbaycanda səfərdədirlər.

APA-nın məlumatına görə, səfərin məqsədi Avronest Parlament Assambleyasının Bakıda keçirilən 2-ci sessiyasında iştirak etməkdir.

Səkkiz nəfər ibarət heyət Azərbaycan parlamentində keçirilən tədbirə qatılıb.

 

Avronest PA-nın həmsədrləri Bakıda Prezident İlham Əliyev ilə görüşəcəklər

31 mart 2012

Aprelin 2-dən 4-dək Bakıda, Milli Məclisin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, sessiyada iştirak etmək üçün Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri aprelin 1-də Bakıya gələcəklər.

(more…)

Avronest PA-nın Bakıda keçiriləcək sessiyasının gündəliyi açıqlanmışdır

31 mart 2012-ci il

Aprelin 2-dən 4-dək Bakıda, Milli Məclisin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyası keçiriləcəkdir.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Avronest PA-nın birinci sessiyası Strasburqda  keçirilmişdir. Bu, ikinci sessiyadır və tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün çox önəmlidir.

Sessiyada iştirak etmək üçün Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri aprelin 1-də Bakıya gələcəklər.

(more…)

Gürcüstan parlamentində Avronest PA-nın üzvü olan ölkələrin iştirakı ilə beynəlxalq konfrans keçirilib

31 Mart 2012

Bu gün Gürcüstan parlamentində Avronest Avropa Xalq Partiyası Forumunun üzvü olan ölkələrin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Cənubi Qafqaz ölkələri Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin Ukrayna, Moldova, Litva, Polşa, Almaniya, Rumıniya və Fransadan gələn siyasi təşkilatların nümayəndələri iştirak edib. Azərbaycanı bu tədbirdə YAP-dan olan Milli Məclis deputatları Asəf Hacıyev, Məlahət İbrahimqızı və Gülcöhrə Məmmədova təmsil edib. Tədbiri “Avronest”-in vitse-prezidenti və Avropa Parlamentinin üzvü Jacek Sarynsz-Volski və Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri, Avronest Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri David Darçiaşvili açıblar.

(more…)

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri işıq üzü görüb

30 mart 2012-ci il

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Tarixi Azərbaycan dövlətləri” kitabı işıq üzü görüb. Kitab Azərbaycan, ingilis dilləri ilə yanaşı erməni, gürcü, moldav və Ukrayna dillərində də çap edilib. Nəşrdə tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatla bərabər onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr öz əksini tapıb. Azərbaycan tarixində ilk dövlət olan Manna haqqqında arayışla başlayan kitabda qədim ərazilərimizdə mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena və Albaniya dövlətləri haqqında məlumatlar verilir.

(more…)

Tarixi Azərbaycan dövlətləri haqqında kitab

30 mart 2012-ci il

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Tarixi Azərbaycan dövlətləri” kitabı işıq üzü görüb. Avronest PA-nın aprelin 2-4-də Bakıda keçiriləcək sessiyası ərəfəsində işıq üzü görən bu kitab Azərbaycan və ingilis dillərində, eləcə də ölkəmizlə yanaşı, bu qurumun üzvü olan dövlətlərin dillərində – (erməni, gürcü, moldav və ukrayna) çap olunub.

(more…)

“Tarixi Azərbaycan dövlətləri” kitabı altı dildə nəşr olunub

30 mart 2012-ci il

Kitabda Azərbaycanda mövcud olmuş dövlətlər haqqında məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri göstərən xəritələr də var

Avronest Parlament Assambleyasının aprelin 2-dən 4-dək Bakıda keçiriləcək sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və ingilis, eləcə də quruma üzv olan digər dövlətlərin dillərində (gürcü, moldavan, Ukrayna və erməni) “Tarixi Azərbaycan dövlətləri” kitabı nəşr olunub.

Mərkəzdən AzərTAc-a verilən məlumata görə, kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr də verilib.

Kitab Azərbaycan tarixində ilk dövlət olan Manna haqqında arayışla başlayır. Bundan başqa, yeni nəşrdə qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena, Albaniya, Şirvanşahlar, eləcə də orta əsrlərdə Azərbaycanda vahid dil və mədəniyyətin formalaşmasında və xalqımızın etnik təşəkkülündə mühüm rol oynayan Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında məlumatlar yer alır.

Kitabda təkcə Azərbaycanın deyil, Mərkəzi Asiya və Yaxın Şərq regionlarının tarixində də xüsusi yeri olan Atabəylər və Səfəvilər, həmçinin XV əsr Azərbaycan tarixində iz qoymuş Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edilir.

(more…)

“Tarixi Azərbaycan dövlətləri” kitabı – 6 dildə!

30 mart 2012-ci il

Avronest Parlament Assambleyasının aprelin 2-dən 4-dək Bakıda keçiriləcək sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və ingilis, eləcə də quruma üzv olan digər dövlətlərin dillərində (gürcü, moldavan, Ukrayna və erməni) “Tarixi Azərbaycan dövlətləri” kitabı nəşr olunub.

Mərkəzdən verilən məlumata görə, kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr də verilib.

Kitab Azərbaycan tarixində ilk dövlət olan Manna haqqında arayışla başlayır. Bundan başqa, yeni nəşrdə qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena, Albaniya, Şirvanşahlar, eləcə də orta əsrlərdə Azərbaycanda vahid dil və mədəniyyətin formalaşmasında və xalqımızın etnik təşəkkülündə mühüm rol oynayan Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında
məlumatlar yer alır.

(more…)

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin altı dildə yeni kitabı nəşr olunmuşdur

29 mart 2012-ci il

Avronest Parlament Assambleyasının aprelin 2-dən 4-dək Bakıda keçiriləcək sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və ingilis, eləcə də quruma üzv olan digər dövlətlərin dillərində (gürcü, moldavan, Ukrayna və erməni) “Tarixi Azərbaycan dövlətləri” kitabı nəşr olunmuşdur.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr də verilmişdir.

Kitab Azərbaycan tarixində ilk dövlət olan Manna haqqında arayışla başlayır. Bundan başqa, yeni nəşrdə qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena, Albaniya, Şirvanşahlar, eləcə də orta əsrlərdə Azərbaycanda vahid dil və mədəniyyətin formalaşmasında və xalqımızın etnik təşəkkülündə mühüm rol oynayan Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında məlumatlar yer alır.

(more…)