Avronest PA-nın Bakıda keçiriləcək sessiyasının gündəliyi açıqlanmışdır

31 mart 2012-ci il

Aprelin 2-dən 4-dək Bakıda, Milli Məclisin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyası keçiriləcəkdir.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Avronest PA-nın birinci sessiyası Strasburqda  keçirilmişdir. Bu, ikinci sessiyadır və tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün çox önəmlidir.

Sessiyada iştirak etmək üçün Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri aprelin 1-də Bakıya gələcəklər.

Sessiya çərçivəsində Avronest PA-nın iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq, siyasi məsələlər, insan hüquqları və demokratiya, enerji təhlükəsizliyi, sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitələrinin iclasları keçiriləcəkdir. İclaslarda avropalı qonaqlarla yanaşı Azərbaycan Respublikasının İqtisadi İnkişaf, Təhsil, Xarici İşlər, Sənaye və Energetika nazirliklərinin rəhbərləri çıxış edəcəklər.

Bundan başqa, Avronest PA-nın Büro iclası, Avropa Xalq Partiyası, Sosialist və Demokratlar siyasi qruplarının iclaslarının keçirilməsi də nəzərdə tutulmuşdur.

Sessiya iştirakçıları bir sıra görüşlər keçirəcək, Səngəçal terminalına baş çəkəcək, Azərbaycan ilə yaxından tanış olacaqlar.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları