Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu

Oktyabrın 24-də Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Nəsimi böyük mütəfəkkir kimi” mövzusunda Şamaxının67 orta və tam orta məktəb şagirdləriarasında keçirilmiş inşa müsabiqəsinin yekun tədbirində iştirak edib.Millət vəkilinin təşəbbüsü və dəstəyi ilə keçirilmiş inşa müsabiqəsini Azərbaycanda Vətəndaş Cəmiyyətininİnkişafına Yardım Assosiasiyası (AVCİYA) və 1905.az portalı təşkil edib.

11-12 oktyabr 2019-cu il tarixdə Şamaxıda keçirilmiş inşa müsabiqəsində Göylər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Qəniyeva Nərmin İskəndər qızı I yerə, Çuxuryurd kənd tam orta məktəbin X sinif şagirdi Abdurahmanova Arzu İslam qızı və Göylər kənd 1 saylı tam orta məktəbin IX sinif şagirdi Kərimova Nəzrin Müşfiq qızı II yerə, Məlhəm kənd tam orta məktəbin VIII sinif şagirdi Hidayətov Nuran Aqil oğlu, Şamaxı şəhər 9 nömrəli  tam orta məktəbin X sinif şagirdi Abbasova Gültəkin Nemət qızı və Çuxuryurd kənd tam orta məktəbin VIII sinif şagirdi Əfəndiyeva Vüsalə Vüqar qızı isə III yerə layiq görülüb.

Aktyor Səfa Mehdinin aparıcılığı ilə keçən tədbirdə filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, inşa müsabiqəsinin münsiflər heyətinin rəhbəri,filologiya elmləri doktoru, professor Asif Hacılı, Çuxuryurd kənd tam orta məktəbinin direktoru Fuad Nəsirov, Şamaxı rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyev, Şəhriyar qəsəbəsi tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı muəllimi Nişanə Əyyubova çıxış ediblər. Yerli sakin, Nəsimi yaradıcılığının bilicisi Fərəc Əliyev böyük mütəfəkkirin şeirlərindən nümunələr söyləyib.

Tədbirdəçıxış edən millət vəkili Elxan Süleymanov2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə böyük töhfə kimi dəyərləndirib. Millət vəkili inşa müsabiqəsinin qaliblərini bir-bir səhnəyə dəvət edərək şəxsən diplom, “Şamaxı ensiklopediyası” kitabları və pul mükafatları ilətəltif edib, onlara öz tövsiyələrini çatdırıb. Müsabiqədə I yerə layiq görülmüş Göylər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Qəniyeva Nərminin Azərbaycan dili və ədəbiyyatı muəllimi Xoşqədəm İsrafilovaxüsusi diplom, xatirə hədiyyələri və pul mükafatına layiq görülüb.

Görüşün sonunda xatirə fotoşəkli çəkdirilib.

Şamaxı.6 sentyabr 2019-cu il.


Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində yüksək balla ali məktəbə daxil olmuş məzunlarla görüş keçirdi. Görüşdə həmçinin ötən illərdə ən yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələr, eləcə də millət vəkilinin təşəbbüsü və dəstəyi ilə 2011-ci ildən etibarən keçirilən Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri iştirak edib. (more…)

“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov

 

IX Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri mükafatlandırıldı; millət vəkili: “Musa Yaqub da Sabir kimi hər zaman yaşayacaq”

2011-ci ildən bu yana hər il may ayında Şamaxıda ədəbi bir canlanma, həyəcan yaşanır. (more…)

Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları

Şamaxının millət vəkili Elxan Süleymanov mayın 7-də Şamaxıda Böyük Vətən müharibəsi veteranları ilə görüşüb.

Görüşdə rayon Veteranlar Şurasının sədri Ağarza Bayramov, II Dünya müharibəsi iştirakçılarından Mirağa Əhlimanov, Dədəxan Niftalıyev, Cümşüd İbrahimov, Əlfalı Əsədov iştirak ediblər. Millət vəkili faşizm üzərində qələbə qazanılmasında müstəsna xidmətləri olmuş insanları təbrik edib. (more…)

Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi – Elxan Süleymanovdan “Nəsimi ili”nə töhfə

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi də elan edilib. (more…)

9-cu Sabir Qiraət Müsabiqəsinə start verilir – Elxan Süleymanovun təşəbbüsü…

Dahi şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş 9-cu Bədii Qiraət Müsabiqəsinə start verilir. (more…)

Elxan Süleymanov şamaxılı Qarabağ şəhidlərinin ailələrini Novruz münasibətilə təbrik etdi

 

Şamaxının milət vəkili Elxan Süleymanov Qarabağ şəhidlərinizin ailələrini təbrik etdi.

Millət vəkilinin adından verilən bayram açıqcalarında deyilir:

Əzizlərim!

Yurdumuza Bahar gəlir. Sizi Baharın gəlişi münasibətilə ürəkdən təbrik edirəm. (more…)

Şamaxının millət vəkili 9-cu dəfə Qəhrəman Anaları təbrik etdi

Şamaxının millət vəkili Elxan Süleymanov hər il olduğu kimi, bu il də Şamaxı rayonundan olan Qəhrəman anaları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şamaxı şəhəri, Mədrəsə, Sabir, Şəhriyar qəsəbələrində, Muğanlı, Çuxuryurd, Mirikənd, Qurdtəpə, Qaravəlli, Məlcək, Pirbəhli, Əhmədli, Saqiyan, Cabanı, Bağırlı, Qaleybuğurt, Quşçu, Məlikçobanı, Göylər, I Çaylı və Əngəxaran kəndlərində yaşayan 115 Qəhrəman Anaya millət vəkili Elxan Süleymanovun adından bayram hədiyyələri və təbrik məktubları təqdim olunub.

Bu ənənənin əsası  2011-ci ildə qoyulub.

Elxan Süleymanov Xocalı şəhidlərinin xatirəsinə ehsan verdi

Göyçayın Qaraman kəndində xeyriyyəçi-maarifçi Hacı Rəhim Əfəndinin adına olan məsciddə Xocalı soyqırımı qurbanları anılıb. Hacı Rəhim Əfəndinin nəvəsi, millət vəkili, xeyriyyəçi Elxan Süleymanovun təşəbbüsü ilə keçirilən törəndə şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. (more…)

Şamaxının millət vəkili Elxan Süleymanov zəlzələ bölgəsində olub

Millli Məclisdə Şamaxını təmsil edən Elxan Süleymanov deputatı olduğu bölgəyə səfər edib.

Musavat.com xəbər verir ki, deputat rayonda yerli sakinlərlə görüşüb. Millət vəkili fevralın 5-də və 6-da baş vermiş təbii fəlakətdən zərər çəkən sakinlərə baş çəkib, qəzalı vəziyyətə düşən tikililərə baxış keçirib.

Şamaxı şəhərinin Səttar Bəhlulzadə və Vidadi Məmmədov küçələrində yerləşən 2, Şəhriyar qəsəbəsində 3 ünvanda olan Elxan Süleymanov zəlzələ nəticəsində yararsız hala düşmüş evlərdə yaşayan 5 ailəyə maddi yardım edib.

Musavat.com