Dağlıq Qarabağ münaqişəsinin həlli etimadın yaradılmasındadır – Avropa komissarı

 

3 aprel 2012-ci il

Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın yaradılmasındadır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

 

 

Elmar Məmmədyarov Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle ilə görüşüb

 

3 Aprel 2012-ci il

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla AB arasında münasibətlərin inkişafı, regional məsələlər (Suriya, İran), Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, nizamlanma prosesinə dəstək vermək üçün Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılmasına dair AB-nin təklifləri müzakirə olunub.

 

(more…)

Millət vəkili AVRONEST PA-nın sessiyasında Kəlbəcərin işğalından danışıb

2 aprel 2012-ci il

Avronest PA-nın sessiyası çərçivəsində Siyasi məsələlər, insan haqları və demokratiya komitəsinin iclasında azərbaycanlı deputat Qənirə Paşayeva bu gün Azərbaycanın Kəlbəcər rayonunun məhz Ermənistan tərəfindən işğalından 19 il ötdüyünü xatırladıb. Deputat onu da xatırladıb ki, hələ də Ermənistan tərəfi digər işğal olunmuş rayonun sakinləri kimi kəlbəcərlilərə öz torpaqlarına qayıtmağa imkan vermir.

(more…)

Azərbaycan Parlamentinin sədri Avronest PA-nın həmsədrləri ilə görüşüb

2 aprel 2012-ci il

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Avronest Parlament Assambleyasının həmsədrləri Kristian Vigenini və Boris Tarasyuku qəbul edib.

Trend Milli Məclisin saytına istinadən məlumat verir ki, spiker bildirib ki, Azərbaycan Avronest PA-nın Avropa İttifaqı sərhədlərindən ilk dəfə kənarda keçirilən sessiyasına ev sahibliyi etməkdən çox məmnundur. “Güman edirik ki, Bakı sessiyası bütün iştirakçılar üçün yadda qalan tarixi bir hadisə olacaq və növbəti plenar sessiyalar üçün xoş ənənələrin başlanğıcını qoyacaq. Ölkə ictimaiyyəti bu hadisəni Avropaya inteqrasiya prosesində irəliyə doğru atılmış çox ciddi bir addım kimi dəyərləndirir. Bu, artıq bir reallıqdır”, – o deyib.

(more…)

Azərbaycan prezidenti Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarını qəbul edib

3 aprel 2012-ci il

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların və əldə olunan iqtisadi inkişafın önəmi vurğulanıb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /APA

Azərbaycan Prezidenti Avronest Parlament Assambleyasının həmsədrini qəbul edib

2 Aprel 2012-ci il

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigeninin başçılıq etdiyi Avropa Parlamenti Assambleyası Bürosunun nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Avronest Parlament Assambleyasının böyük nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev Avronestin Avropadan kənarda ilk sessiyasının Bakıda keçirilməsini tərəfdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Avronest Parlament Assambleyası ilə ölkəmizin əməkdaşlıq etməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib.

(more…)

Avronest komitəsində hesabat qəbul olunub

2 aprel 2012-ci il

Avronest Parlament Assamleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin Bakıda keçirilən iclasında “Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrində müstəqil və azad KİV məsələləri də daxil olmaqla, demokratiyanın gələcək problemləri” mövzusunda hesabat qəbul olunub. APA-nın məlumatına görə, hesabatın həmməruzəçisi olan Milli Məclisin üzvü Əli Hüseynli iclasda bildirib ki, bu hesabat hazırlanarkən xeyli kompromislərə gedilib: “Şərq tərəfdaşlığı ölkələri üçün ən prioritet məsələ Avropa dəyərləri və insan hüquqlarının inkişafıdır”.

(more…)

Ştefan Füle: “Azərbaycanla assosiativ saziş Avropa Birliyinin üçüncü ölkə ilə imzalaya biləcəyi ən geniş saziş tipidir” – MÜSAHİBƏ

2 aprel 2012-ci il 

“Azərbaycan və Ermənistanın sülh sazişinə nail olmaq istiqamətində addım atmasının vaxtı çatıb”

Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Fülenin APA-ya müsahibəsi

– “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığı necə dəyərləndirirsiniz? Avropa Birliyi bu proqram çərçivəsində növbəti illərdə Azərbaycana nə qədər maliyyə vəsaiti ayıracaq?

– “Şərq Tərəfdaşlığı” proqramı gələcəkdə də inkişaf etməkdə davam edəcək. Bizim yenidən baxdığımız qonşuluq siyasəti “Ərəb baharı”ndan, davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edən siyasi və iqtisadi islahatlardan lazımı nəticələr çıxarıb və Avropa Birliyi cəmiyyətin bütün təbəqələri ilə, təkcə hökumətlə deyil, həm də parlamentlə, vətəndaş cəmiyyəti təşkilatları ilə işləməlidir. Bu, gələcək üçün bizim dəqiq müəyyənləşdirdiyimiz istiqamətdir və biz bu məsələni ötən ilin sentyabrında Varşavada “Şərq Tərəfdaşlığı” proqramı üzrə tərəfdaşlarımızla müzakirə etmişik. Müzakirələrdə vətəndaş cəmiyyəti ilə iş, demokratiya və dəyərlərə hörmət, əsas azadlıqlar və qanunun aliliyi əsas elementlər kimi ayrılıb.

(more…)

Ermənistanlı deputatlar Bakıda yüksək səviyyədə qarşılanmaqlarından razıdırlar

2 aprel 2012-ci il

Milli Məclisdə bazar ertəsi Avronest Parlament Assambleyasının (PA) İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitəsinin iclasında sözügedən komitənin hesabatına edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı Ermənistanın 8 saylı, Azərbaycanın isə 12 saylı təklifi həmin sənəddən çıxarılıb.

Trend-in məlumatına görə, Ermənistanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Vahan Hovannesyan Bakıda yüksək səviyyədə qarşılanmaqlarından razı qaldıqlarını bildirib.

(more…)

Bakıda Avronest PA-nın ikinci növbəti sessiyası öz işinə başlayıb

2 aprel 2012-ci il

Bakıda bazar ertəsi Avronest Parlament Assambleyasının ikinci nöbəti sessiyası öz işinə başlayıb.

Trend-in məlumatına görə, sessiya zamanı daimi komitələrin və Belarus üzrə İşçi Qrupun iclasları, həmçinin qurumun plenar iclası keçiriləcək. Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlərin təklif edilmiş əlavələr və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul edilməsi gözlənilir.

Bakı sessiyasında Avronest PA-nın Avropa İttifaqı komponentindən olan 60 nəfərlik heyəti, Şərq Tərəfdaşlığı ölkələri – Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın milli nümayəndə heyətləri tam tərkibdə, hər heyətdə 10 nəfər olmaqla iştirak edirlər.