“Avronest” PA-nın növbəti sessiyası 2013-cü ilin mayında keçiriləcək

 

4 aprel 2012-ci il

“Avronest” Parlament Assambleyasının (PA) növbəti Üçüncü sessiyası 2013-cü ilin 28-29 may tarixlərində keçirilə bilər.

Gün.Az xəbər verir ki, bu barədə sözügedən PA-nın Bakıda keçirilən İkinci sessiyasında məlumat verilib.

Sessiya zamanı bildirilib ki, “Avronest” PA-nın növbəti, üçüncü sessiyası Belçikanın paytaxtı Brüssel şəhərində və yaxud Fransanın Strasburq şəhərində keçiriləcək.

Sessiyaya qədər isə “Avronest” PA-nın daimi komitələrinin iclasları öz işini həyata keçirəcək.

 

(more…)

Azərbaycanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri açıqlama yayıb

4 aprel 2012-ci il

AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov AVRONEST PA-nın Bakıda keçirilən ikinci sessiyasının yekunları ilə bağlı açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycan tərəfi bütün qonaqların təhlükəsizliyi və rifahının qeydinə qalaraq Ermənistan nümayəndə heyətinin əmin-amanlığına xüsusi diqqət yetirib və bütün qonaqlara bərabər davranan ev sahibi olmağa çalışıb: “AVRONEST komitələrindən birinin bu yaz Ermənistanda keçirilmiş iclası zamanı ev sahibləri beynəlxalq hüquq və BMT qətnamələrinə tamamilə zidd olan çıxışlar etdilər, xəritələr və şəkillər nümayiş etdirdilər, lakin buna baxmayaraq, biz AVRONEST-in fəaliyyətini təhlükəyə atmadıq.

(more…)

Avronest PA-nın iclasında Ermənistanın Metsamor AES-nin region üçün törətdiyi təhlükə məsələsi qaldırılıb

 

3 Aprel 2012-ci il

Avronest PA-nın Bakıda keçirilən plenar iclasında Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün törətdiyi təhlükə məsələsi qaldırılıb.

Trend-in məlumatına görə, iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fərəc Quliyev bildirib ki, Ermənistanda fəaliyyət göstərən Metsamor AES region üçün təhlükəlidir.

(more…)

Əli Hüseynli Avronest PA-nın komitəsinin qəbul etdiyi hesabata mövqeyini açıqlayıb

 

3 aprel 2012-ci il

Avropa İttifaqına üzv olan ölkələr üçün eyni dəyərlər mövcuddur – demokratiya, media azadlığı, insan hüquqları, vətəndaş cəmiyyətinin inkişafı kimi ümumi dəyərlər. Trend-in məlumatına görə, bunu Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin hesabatını qurumun Bakıda keçirilən plenar iclasında müzakirəyə təqdim edən Azərbaycan deputatı, hesabat üzrə həmməruzəçi Əli Hüseynli bildirib.

 

(more…)

Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq səviyyədə mühüm tərəfdaşa çevrilib

 

3 aprel 2012-ci il

Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Sessiyanı açan Milli Məclisin sədri Oqtay Əsədov bu tədbirin Avropa İttifaqının hüdudlarından kənarda – Bakıda keçirilməsini böyük uğur kimi dəyərləndirdi. Bildirdi ki, sessiyada müzakirə ediləcək məsələlər və qəbul olunacaq qərarlar qurumun gələcək fəaliyyətinə öz töhfəsini verəcək.

Azərbaycan Prezidenti sessiyada nitq söylədi.

(more…)

Kristian Vigeni: “Avronest” Qarabağ probleminin həllinə səlahiyyətləri çərçivəsində dəstəyini əsirgəməyəcək”

 

3 aprel 2012-ci il

Milli Məclisin sədri Oqtay Əsədov “Avronest” Parlament Assambleyasının (PA) həmsədrləri Kristian Vigenini və Boris Tarasyuku qəbul edib.

Gün.Az xəbər verir ki, spiker bildirib ki, biz “Avronest” PA-nın Avropa İttifaqı sərhədlərindən ilk dəfə kənarda keçirilən sessiyasına ev sahibliyi etməkdən çox məmnunuq:

“Güman edirik ki, Bakı sessiyası bütün iştirakçılar üçün yadda qalan tarixi bir hadisə olacaq və növbəti plenar sessiyalar üçün xoş ənənələrin başlanğıcını qoyacaq.

Azərbaycan və Avropa dünyəvilik, qanunun aliliyi və demokratiya kimi ümumi dəyərləri bölüşürlər. Biz “Avronest” PA-nı Tərəfdaş dövlətlər üçün Qərbə açılan yeni pəncərə hesab edirik”.

 

(more…)

Aİ-Azərbaycan münasibətlərində müsbət irəliləyiş müşahidə olunur – Avropa komissarı

3 aprel 2012-ci il

Son illər ərzində Aİ və Azərbaycan demək olar ki əməkdaşlığın bütün sahələrində, xüsusən, enerji sektorunda və “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində müəyyən tərəqqiyə nail olublar. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Fülenin sözlərinə görə, Aİ və Azərbaycan arasında əməkdaşlıq sahələrindən biri insan hüquqları sahəsidir. “Azərbaycan insan hüquqları və demokratikləşmənin təmin edilməsi və bu öhdəliklərin yerinə yetirilməsi üzrə müəyyən öhdəliklər götürüb ki, biz də bunu nazir Məmmədyarovla müzakirə etmişik”, – o deyib.

(more…)

Avronest PA ilə AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi birgə tədbir keçirə bilər

3 aprel 2012-ci il

Avronest Parlament Assambeyası ilə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin birgə tədbir keçirməsi təklif edilib. APA-nın xəbərinə görə, bu barədə təklifi Avronest PA-nın ikinci sessiyasında konqresin təmsilçisi Ban Den Brande irəli sürüb. O, tədbirin 2012-ci il oktyabr ayında keçirilməsini təklif edib.

(more…)

Ştefan Füle: “Bizim vəzifəmiz münaqişəni həll etmək deyil, sadə insanlar səviyyəsində təmaslar qurmaqdır”

3 aprel 2012-ci il

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə etimad mühitinin formalaşdırılmasına dair yeni təkliflər paketinin müzakirəsini davam etdirir.

Bu barədə Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle Bakıda keçirdiyi brifinqdə APA-nın sualını cavablandırarkən deyib. Komissar qeyd edib ki, hazırda təkliflər paketinin detallarını açıqlamağa hazır deyil: “Lakin qeyd edə bilərəm ki, birincisi, bizim bu məsələdə kifayət qədər təcrübəmiz var. İkincisi, bizim vəzifəmiz bu təkliflər əsasında münaqişəni həll etmək deyil, sadə insanlar səviyyəsində təmaslar qurmaqdır”./ Apa

 

Dağlıq Qarabağ münaqişəsinin həlli etimadın yaradılmasındadır – Avropa komissarı

 

3 aprel 2012-ci il

Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın yaradılmasındadır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.