Avronest PA-nın həmsədri Kristian Vigennin: “Azərbaycana təkcə texniki hazırlığa görə deyil, həm də siyasi şərait yaratdığına görə təşəkkür düşür”

4 aprel  2012-ci il

Avronest Parlament Assambleyasının (PA) həmsədrləri Kristian Vigennin (Avropa Parlamenti) və Boris Tarasyuk (Ukrayna) bu qurumun Bakıda keçirilmiş ikinci sessiyasının yekunlarına dair mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, hər iki həmsədr sessiyanın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. K. Vigennin bildirib ki, Azərbaycan tərəfinə təkcə texniki hazırlığa görə deyil, həm də siyasi mühit, şərait yaratdığına görə təşəkkür düşür: “Bu, Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda keçirilən ilk sessiyası idi. Bakı sessiyası həm də əvvəlki sessiyadan qərar və hesabatların qəbul olunması ilə fərqləndi. İlk sessiyada müvəffəqiyyətsizlikdən hesabat və qərar qəbul oluna bilməmişdi. Amma Bakı sessiyasında 4 hesabat və 1 qətnamə qəbul olundu”. O, Azərbaycanın sürətli inkişaf edən bir ölkə olduğunu da vurğulayıb.

(more…)

Ermənistan parlamentinin üzvləri Azərbaycan paytaxtında gəzintiyə çıxıblar

 

4 aprel 2012-ci il

Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci plenar sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti paytaxta gəzintiyə çıxıb. APA-nın məlumatına görə, Bakı ilə yaxından tanış olan erməni deputatlar İçərişəhərdə, Nizami küçəsində olub, erməni kilsəsini seyr ediblər.  Gəzinti zamanı heç bir insident qeydə alınmayıb.

 

 

Avronest PA-nın həmsədri: “Qarabağ məsələsinin həllinə Rusiya mane olur”

4 aprel 2012-ci il

“Avronest Parlament Assambleyası Avropa Şərq Tərəfdaşlığı Proqramının qurumudur və biz yeni nəsil ticarət əlaqələrinin yaradılmasına çalışırıq”. Lent.az-ın verdiyi məlumata görə, bunu Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin təmsilçisi Kristian Vigenin söyləyib. O, Dağlıq Qarabağ məsələsində Avronest Parlament Assambleyasının bir ölkəni dəstəkləyə bilməyəcəyini də bildirib: “Bizə vaxt verin ki, bu qurumun işini quraq. Biz gələcəkdə regiondakı təhdidləri, münaqişələri müzakirə edə bilərik. Biz komitələrdə müxtəlif təşəbbüsləri müzakirə edirik. Bizdə kompromis də əldə olunub. Hətta biz xüsusi ölkələrin adlarını çəkməsək belə, tövsiyyələrdə ölkələr özlərinə yönələnləri başa düşəcəklər”.

(more…)

Avronest PA-nın komitəsinin növbəti hesabatında Dağlıq Qrabağla bağlı məsələ əksini tapacaq

 

4 aprel 2012-ci il

Avronest PA-nın Siyasi məsələlər üzrə komitəsinin növbəti hesabatında regionda təhlükəsizliyin qarşısında duran təhdidlər öz əksini tapacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü Avronest Parlament Assambleyasının Bakıda keçirilən növbəti 2-ci sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında qurumun həmsədri Kristian Vigenin bildirib.

“Burada Daqlıq Qarabağla yanaşı, Moldova və Gürcüstanda olan münaqişələr də əks olunacaq. Parlament Assambleyası olaraq biz çalışırıq ki, tərəflər arasında etibar, inam yaradaq”, – o deyib.

 

(more…)

Avronest PA həmsədri: “Azərbaycan torpaqları işğaldan azad edilməlidir”

 

4 aprel 2012-ci il

“Dağlıq Qarabağ münaqişəsi regiondakı təhlükələrdən birdir. Lakin regionda digər təhlükəli münaqişə bölgələri də var”.

APA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin PA-nın Bakıda keçirilən 2-ci sessiyasının yekunlarına dair mətbuat konfransında deyib.
Avronest PA-nın digər həmsədri Boris Tarasyuk isə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməli olduğunu söyləyib.

O qeyd edib ki, Moldova və Gürcüstan əraziləri də azad olunmalıdır.

 

 

 

 

 

Elxan Süleymanov: “Erməni həmkarlarımız aprelin 3-də Bakıda anti-Azərbaycan təbliğatı apardılar”

 

4 aprel 2012-ci il

AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bakıda keçirilən ikinci sessiyası barədə Modern.az-a açıqlama verib. E.Süleymanov deyib ki, AVRONEST PA-nın sessiyasının ölkəmizdə keçirilməsi hər iki tərəf arasındakı dostluq və bərabərliyin göstəricisidir və bu, düzgün istiqamətdə atılmış addımdır.

– Biz düşünürük ki, AVRONEST tərəfdaşlığının inkişaf etdirilməsində çətinliklərin meydana çıxa bilməsinə baxmayaraq, bu təşəbbüsün əsaslandığı başlıca dəyər və prinsiplərə sadiq qalmağın vacibliyi qeyd edilməlidir. Belə ki, bizim üçün söz və ifadə azadlığı birinci dərəcəlidir. Belə dəyərli qonaqları paytaxtımızda qəbul etmək bizim üçün nümayəndə heyətlərinə Azərbaycanın bir çox cəhətləri, o cümlədən işğal edilmiş ərazilərimiz haqqında məlumat vermək, çatdırmaq və təqdim etmək imkanı deməkdir.

(more…)

Kristian Vigennin: “Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etsəydi, təmsilçisinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunardı”

4 aprel 2012-ci il

“Mən belə boykotları xoşlamıram”

 “Azərbaycan tərəfi Ermənistan nümayəndələrinin Avronest Parlament Assambleyasının Bakıda keçirilən II plenar sessiyasında iştirakını yüksək səviyyədə təmin etdi”. APA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigennin PA-nın Bakıda keçirilən 2-ci sessiyasının yekunlarına dair mətbuat konfransında deyib.
K. Vigenin onu da deyib ki, əgər Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etsəydi, o zaman bu ölkə təmsilçisinin təhlükəsizliyi bu cür təmin olunardı: “Mən belə boykotları xoşlamıram”.

Payızda “Avronest” Parlament Assambleyasının Gənclər Forumu keçiriləcək

 

4 aprel 2012-ci il

Bu ilin payızında “Avronest” Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti üzrə komitəsinin təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı” ölkələrinin Gənclər Təşkilatlarının Forumu keçiriləcək.

Gün.Az xəbər verir ki, bu barədə “Avronest” PA-nın Bakıda keçirilən İkinci, növbəti sessiyasında sözügedən komitənin həmsədri Artak Zakaryan məlumat verib.

Onun bildirdiyinə görə, həmin forumda “Şərq tərəfdaşlığı” ölkələrinin gənclər təşkilatları, və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

O qeyd edib ki, forumla bağlı öncədən “Gənclər və məşğulluq” adlı hesabatın hazırlanması nəzərdə tutulur ki, bu hesabatı da bir nəfər Avropa İttifaqının nümayəndəsi, bir nəfər Azərbaycan, bir nəfər isə Ermənistan tərəfinin nümayəndəsi hazırlayacaq.

 

(more…)

Aİ-nin Cənubi Qafqazda münaqişələrin həlli təşəbbüsünü üzərinə götürməsi təklif olunub

4 aprel 2012-ci il

Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli üzrə təşəbbüsü üzərinə götürməlidir. Trend-in məlumatına görə, bunu Bakıda Avronest PA-nın növbəti sessiyasının son iş günündə keçirilən plenar iclasda azərbaycanlı deputat Fərəc Quliyev bildirib.

“Həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistan Avropa İttifaqının “Şərq Tərəfdaşlıq” proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndələri var”, – millət vəkili deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. “Lakin ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə forum rolunu oynayır”, – Quliyev deyib.

Azərbaycanlı deputat təklif edib ki, Avropa İttifaqı bu münaqişənin həlli ilə bağlı bir forum təşkil etsin və orada müzakirələr nəticəsində yol xəritəsi göstərilsin.

(more…)

Avronest PA-nın İqtisadiyyat komitəsinin iclası Qəbələdə keçirilə bilər

 

4 aprel 2012-ci il

Avronest PA-nın İqtisadiyyat komitəsinin iclası bu il Azərbaycanın Qəbələ rayonunda keçirilə bilər. Trend-in məlumatına görə, bu barədə qurumun bu gün Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov bildirib.

O, qeyd edib ki, artıq Azərbaycan tərəfi bununla bağlı Assambleyaya rəsmi təklif də ünvanlayıb. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın Sosial məsələlər komitəsinin iclasının da 2013-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təklif irəli sürüb.

Azərbaycanın digər millət vəkili Məlahət İbrahimqızı isə Avronest PA-nın gender məsələləri, qadın problemləri ilə bağlı ayrıca tədbirinin keçirilməsini təklif edib.

 

(more…)