“Bizim deputatların ermənilərdən üzr istəməsi barədə deyilənlər məndə təəccüb doğrdu”
6 aprel 2012-ci il
AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistan nümayəndə heyətinin Bakı sessiyasından qayıtdıqdan sonra İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirilən bir sıra fikirlərə münasibət bildirib. Modern.az saytı onun açıqlamasını təqdim edir:
“Cənab Hovhanisyaının Azərbaycan Respublikasının Prezidentinin çıxışından sonra guya bizim milət vəkillərinin erməni deputatlarına yaxınlaşaraq üzr istəmələri ilə bağlı verdiyi “məlumat” məndə təəssüf və təəccüb hissi doğurdu. Etiraf edim ki, bu İrəvandakı mətbuat konfransında səslənən yeganə qeyri-obyektiv fikir deyil”.
Elxan Süleymanov həmçinin Ermənistan nümayəndə heyəti üzvlərinin Bakı sessiyası barədə müxtəlif mətbuat orqanlarında səsləndirdikləri qərəzli fikirlərlə bağlı AVRONEST PA və Avropa parlamentinin rəhbərliyinə müraciət ediləcəyini bildirib. /modern.az
Elxan Süleymanov Ermənistanın Avronest PA-da nümayəndə heyəti üzvlərinin qərəzli fikirləri ilə bağlı qurumun və Avropa Parlamentinin rəhbərliyinə müraciət edəcək
6 aprel 2012-ci il
Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistan nümayəndə heyəti üzvlərinin Bakı sessiyası barədə müxtəlif mətbuat orqanlarında səsləndirdikləri qərəzli fikirlərlə bağlı AVRONEST PA və Avropa parlamentinin rəhbərliyinə müraciət edəcək.
Spiker: “Prezident çıxışında dedi ki, “Xocalıda baş verənlər barbarlığın və faşizmin təcəssümüdür”, əgər ermənilər bu sözləri özlərinə götürürlərsə, deməli faşistdirlər”
6 aprel 2012-ci il
“Bakıda Avronest Parlament Assambleyasının iclası yüksək səviyyədə təşkil olundu”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O, tədbirdə erməni deputatların da iştirak etdiyini xatırladıb. Spiker deyib ki, həmin deputatlar erməni qəzetlərinə müsahibə verərək, Azərbaycan prezidentinin ermənilər haqqında “faşist” ifadəsi işlətdiyini deyiblər: “Cənab prezident çıxışında dedi ki, “Xocalıda baş verənlər barbarlığın və faşizmin təcəssümüdür”. İndi əgər onlar bu sözləri özlərinə götürürlərsə, deməli faşistdirlər”.
Oqtay Əsədov Avronest PA-nın həmsədri Kristian Vigenini Ermənistana işğalçı demədiyinə görə qınayıb
6 aprel 2012-ci il
“Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigeninin ürəyi gəlmədi ki, Ermənistana işğalçı desin”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin (MM) sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib. O, Avronest PA-nın digər həmsədri Boris Tarasyukun Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə dediklərini isə təqdir edib.
Qeyd edək ki, MM-in bugünkü iclasında Avronest PA-nın Bakıda keçirilən ikinci sessiyası ilə bağlı çıxışlar olub.
AVRONEST PA-nın Bakı sessiyasını necə qiymətləndirirsiniz? (sorğu)
6 aprel 2012-c il il
Bu ilin aprelin 2-dən 4-ə qədər Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyası keçrildi. Ölkəmiz üçün əhəmiyyətli olan bu tədbirdə xeyli məsələlər müzakirə olunub.
Tədbiri canlı olaraq izləyən parlament jurnalistləri bu beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirlər?
Beynəlxalq təşkilatların tədbirlər, konfrans və beynəlxalq yarışlara ev sahibliyi etmək üçün ölkələr arasında daimi mübarizə getdiyini deyən“Mediaforum” saytının parlament müxbiri İmdad Əlizadənin sözlərinə görə belə tədbirlər ölkənin beynəlxalq nüfuzunun artırılması, tanıdılması baxımından geniş imkanlar verir. O qeyd edib ki, yeni yaradılmış təşkilatın ikinci sessiyasının Azərbaycanda keçirilməsi yaxşı haldır: “Avropalılar gəlib Azərbaycanı gördülər, nəyin necə olduğunun şahidi oldular və onların problemləri yerindəcə öyrənmək imkanları oldu. Ona görə də Avronest PA-nın sessiyasının burada keçirilməsi müsbət haldır. Amma bu təşkliat bir qəddər fəaliyyət göstərsin görək bunun əhəmiyyəti, çəkisi nədir”.
Azay Quliyev: “Avronest PA Ermənistanı işğalçı kimi tanıyıb”
5 aprel 2012- ci il
“Nə Ermənistan nümayəndə heyəti, nə də Avronest rəhbərliyi etiraz edə bilməyəcək…”
Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitədə müzakirə olunan və Avronest Parlament Assambleyasının sessiyasında qəbul edilən qətnamə layihəsində mühüm məqam yer alıb.
Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsinin üzvü, millət vəkili Azay Quliyev Lent.az-a açıqlamasında deyib ki, qətnamə layihəsində Avropa dəyərləri, Avropa Parlamenti , Avronest Parlament Assambleyasının gələcəkdə fəaliyyətini qurmaq üçün hansı əsaslar üzərində fəaliyyət göstərəcəyi, hansı sənədlərə istinad ediləcəyi əksini tapıb.
Erməni deputatlar Dağlıq Qarabağın icmalarının görüşünün tərəfdarı olduqlarını bildiriblər
5 aprel 2012-ci il
Avronest PA-nın Bakıda keçirilən ikinci plenar sessiyasında iştirak edən erməni deputatlar Dağlıq Qarabağın icmalarının görüşünün keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Bu barədə cümə axşamı Trend-ə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, plenar sessiya çərçivəsində aparılan söhbətlər zamanı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin vacib olduğu qeyd edilib.
“Biz öz tərəfimizdən icmaların görüşünü təşkil etməyə çalışırıq, bu məsələni daim gündəlikdə saxlayırıq”, – Rzayev deyib.
AVRONEST yekunlaşdı: avropalı deputatlar Qarabağdan danışdılar
4 aprel 2012-ci il
AVRONEST Parlament Assambleyasının Bakıda keçirilən növbəti 2-ci sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Modern.az bildirir ki, brifinqdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də diqqətdə olub. Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan razılaşmasından asılıdır.
Qurumun həmsədri Kristian Vigenin bildirib ki, AVRONEST PA-nın Siyasi məsələlər üzrə komitəsinin növbəti hesabatında regionda təhlükəsizliyin qarşısında duran təhdidlər öz əksini tapacaq.
Kristian Vigenn: “Əsas işimiz belə müzakirələrə şərait yaratmaqdır”
4 aprel 2012-ci il
“Həm Azərbaycan, həm Avropa Birliyi tərəfdən öhdəliklər götürülüb və biz bu öhdəliklərin yerinə yetirilməsi prosesini izləməliyik”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Avronest Parlament Assambleyasının həmsədri, Avropa Birliyinin təmsilçisi Kristian Vigenn söyləyib. O, dünən Avronest Parlament Assambleyasında Azərbaycan prezidenti İlham Əliyevin çıxış etdiyini və bu çıxışa Ermənistan nümayəndə heyətinin münasibət bildirdiyini, daha sonra Azərbaycan nümayəndə heyətinin də çıxış etdiyini xatırladıb: “Azərbaycan prezidentinə sessiyaya gəlib çıxış etdiyi üçün təşəkkür edirik. Avronest Parlament Assambleyası olaraq bizim əsas işimiz də belə müzakirələrə, dialoqa şərait yaratmaqdır”.
Avronest PA-nın həmsədri Kristian Vigennin: “Azərbaycana təkcə texniki hazırlığa görə deyil, həm də siyasi şərait yaratdığına görə təşəkkür düşür”
4 aprel 2012-ci il
Avronest Parlament Assambleyasının (PA) həmsədrləri Kristian Vigennin (Avropa Parlamenti) və Boris Tarasyuk (Ukrayna) bu qurumun Bakıda keçirilmiş ikinci sessiyasının yekunlarına dair mətbuat konfransı keçiriblər.
APA-nın məlumatına görə, hər iki həmsədr sessiyanın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. K. Vigennin bildirib ki, Azərbaycan tərəfinə təkcə texniki hazırlığa görə deyil, həm də siyasi mühit, şərait yaratdığına görə təşəkkür düşür: “Bu, Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda keçirilən ilk sessiyası idi. Bakı sessiyası həm də əvvəlki sessiyadan qərar və hesabatların qəbul olunması ilə fərqləndi. İlk sessiyada müvəffəqiyyətsizlikdən hesabat və qərar qəbul oluna bilməmişdi. Amma Bakı sessiyasında 4 hesabat və 1 qətnamə qəbul olundu”. O, Azərbaycanın sürətli inkişaf edən bir ölkə olduğunu da vurğulayıb.