İtaliyanın nüfuzlu QHT-sinin konfransında Azərbaycanla həmrəylik
20 aprel 2012-ci il
İtaliya və Avropa Dağlıq Qarabağ regionunda Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı ilə bağlı sülh və ədalətə nail olmaqda Azərbaycana kömək etmək üçün addımlar atmalıdır və Avropa hələ də həll edilməmiş və yaxınlığındakı digər “unudulmuş müharibələr”ə son qoymaq üçün səfərbər olmalıdır.
Çərşənbə axşamı Romada İtaliya Parlamentində keçirilmiş və “Farefuturo Fondazione” fondunun rüblük xarici məsələlər jurnalı olan “Charta Minuta”nın son buraxılışına həsr edilmiş konfrans zamanı bu nəticəyə gəlinmişdir. Tədbirdə iştirak etmiş, AVCİYA-nın vitse-prezidenti, Vəli Əlibəyovun qhtxeber.az-a verdiyi məlumata əsasən, “Avropa və İtaliyanın nüfuzlu QHT-lərindən biri olan “Farefuturo” AVCİYA-nın tərəfdaşıdır. Bu ilin əvvəllərində Bakıya səfər etmiş “Farefuturo”-nun prezidenti, İtaliya parlamentinin üzvü cənab Adolfo Urso ilə aparılan danışıqlar nəticəsində qarşılıqlı maraqlar müəyyənləşmiş, bu da iki təşkilat arasında əməkdaşlığa zəmin yaratmışdır. İtaliya parlamentində təşkil olunmuş bu tədbir əməkdaşılıqdan doğan ilk tədbirimiz oldu. Tədbirdə 75-ə yaxın italiyalı deputat, elmi işçilər, işgüzar şəxslər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirdi.”
Fondun 236 səhifəlik buraxılışı “Unudulmuş müharibələr” adlanır və Avropada həll edilməmiş müharibələrə həsr edilib. Buraxılış Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına, Xocalıda törədilmiş soyqırıma geniş yer ayırır.
İtaliyada çıxan “Charta Minuta” jurnalında Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına geniş yer verən materiallar dərc olunub
20 aprel 2012-ci il
İtaliya parlamentində “Farefuturo Fondazione” fondunun rüblük xarici məsələlər jurnalı olan “Charta Minuta”nın son buraxılışına həsr edilmiş konfrans keçirilib. Fondun 236 səhifəlik buraxılışı “Unudulmuş müharibələr” adlanır və Avropada həll edilməmiş müharibələrə həsr edilib. Buraxılış Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına, Xocalıda törədilmiş soyqırıma geniş yer ayırıb. Bu barədə APA-ya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) bildirilib. Tədbirdə iştirak edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyovun verdiyi məlumata əsasən, “Avropa və İtaliyanın nüfuzlu QHT-lərindən biri olan “Farefuturo” AVCİYA-nın tərəfdaşıdır. Bu ilin əvvəllərində Bakıya səfər etmiş “Farefuturo”nun prezidenti, İtaliya parlamentinin üzvü Adolfo Urso ilə aparılan danışıqlar nəticəsində iki təşkilat arasında əməkdaşlığa zəmin yaranıb. İtaliya parlamentində təşkil olunmuş tədbirdə 75-ə yaxın deputat, elmi işçilər, işgüzar şəxslər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.
AVRONEST-in prezidenti: “Bu dəfə Bakıda kompromis mühiti yarda bildik” – MÜSAHİBƏ
20 aprel 2012-ci il
Kristian Vigenin: “Ümid edirəm ki, bizim qəbul etdiyimiz məruzə demokratiyanı, insan haqlarını, media azadlığını yalnız Azərbaycanda deyil, bütün tərəfdaş ölkələrdə və Avropa Birliyində inkişaf etdirəcək”
Aprelin 2-4-də Bakıda keçirilən AVRONEST Parlament Assambleyasının ikinci sessiyası ölkə həyatında ciddi rezonans doğurdu. İlk dəfə olaraq AVRONEST –in Bakı sessiyasında kompromis əaslarda qərarlar qəbul oluna bildi. Modern.azAVRONEST-in prezidenti Kristian Vigeninin Bakı sessiyasının nəticələri ilə bağlı verdiyi müsahibəni təqdim edir. Onun sözlərinə görə, Avronestin ikinci ümumi plenar sessiyası, Avropa İttifaqı ilə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında siyasi, iqtisadi inteqrasiyanı gücləndirmək üçün bir forum olub.
– AVRONEST-in Bakı sessiyasının nəticələrini qanedici saymaq olarmı?
“Tarixi Azərbaycan Dövlətləri”nə erməni qısqanclığı
19 aprel 2012-ci il
Ermənilər bizə qarşı apardıqları ideoloji mübarizənin yeni stadiyasına adlayıblar. Əvvəllər tariximizi, Azərbaycan torpaqlarında qədim və yaxın tarixdə mövcud olmuş dövlətləri, onların silinməz izlər buraxmış salnamə xarakterli qəhrəmanlıq səhifələrinə aid çoxsaylı fakt və arqumentləri saxtalaşdırmağa cəhd edən erməni ideoloqları indi tariximizlə bağlı yazılanları dünya oxucusuna qısqanmağa başlayıblar. Özü də ədəbi-bədii təxəyyül əsasında deyil, tarixi məqamlar, daş kitabələr üzərində yazılmış, bütün dünyanın az-çox məlumatlı olduğu tarixi faktlar əsasında çap olunmuş ciddi kitablarımıza qarşı başlayıblar növbəti “müharibələrini”…
Elxan Süleymanov: “Ermənistan Avronest PA-nın fəaliyyətinin iflic vəziyyətinə salınmasında maraqlıdır” – MÜSAHİBƏ
9 aprel 2012-ci il
“Ermənilər artıq bizimlə sivil mübarizədə uduzduqlarını başa düşüblər”
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Avronest Parlament Assamleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi.
– Avronest Parlament Assamleyasının Bakı sessiyasının nəticələrindən razı qaldınızmı?
– Nəinki mən, hətta sessiyaya qatılmış çoxsaylı nümayəndələr Avronest PA-nın Bakı şəhərində keçirilmiş ikinci sessiyasının işini yüksək qiymətləndirdilər. Bakı sessiyası sübut etdi ki, üzv dövlətlər arasında mövcud hər hansı bir problem, siyasi iradə olarsa Avronestin məhsuldar işinə mane olmaq iqtidarında deyil. Biz, Azərbaycan nümayəndə heyəti olaraq, hər zaman Avronest PA-nın fəaliyyətinə ciddi yanaşmışıq və gələcəkdə də bu qurumun uğurlu fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.
Şamaxıda növbəti hüquqi yardım günü keçirilmişdir
9 aprel 2012-ci il tarixində millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxı sakinləri üçün hüquqi yardım günü keçirilmişdir. Gün ərzində hüquqşunaslar 20-yə yaxın vətəndaşı qəbul etmişdir. Vətəndaşların problemləri dinləndikdən sonra onların əksəriyyətinə hüquqi məsləhətlər verilmiş, bir çoxlarının şikayət ərizələri icraata götürülmüşdür. Müraciətlər əsasən rayon rayon sakinlərinin mənzil problemi, yol-nəqliyyat problemlərii, torpaq mübahisələri, qaz və su təchizatı, məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur. Bundan başqa vətəndaşlar bir çox qurumlar tərəfindən onların müraciətlərinə baxılmaması, ərizə və şikayətlərinə cavab verilməməsi ilə bağlı haqlı narazılıqlarını bildirmişlər.
Ermənilərin Bakıdakı davranışları ilə bağlı AVRONEST PA-ya şikayət edildi
9 aprel 2012-ci il
AVRONEST PA-nın vitse-prezidenti, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, AVRONEST PA-nın həmprezidentləri Kristian Vigeninə, Boris Tarasyuka, AVRONEST PA-nın büro üzvlərinə müraciət ünvanlayıb.
Modern.az həmin müraciəti olduğu kimi tədim edir:
– Hörmətli Prezident, hörmətli həmprezidentlər, hörmətli büro üzvləri
AVRONEST PA-nın 2-4 aprel 2012-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilmiş ikinci sessiyasında iştirak edən Avropa Parlamentinin deputatlarına, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin milli parlamentlərinin nümayəndə heyətlərinin üzvlərinə məhsuldar və konstruktiv fəaliyyətlərinə görə bir daha minnətdarlığımı bildirirəm. Bu sessiyanın Azərbaycanda keçirilməsi Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasındakı dostluq və bərabərliyin göstəricisi idi və əminəm ki, bu, düzgün istiqamətdə atılmış addım idi.
Avronest PA-nın vitse-prezidenti Ermənistan nümayəndə heyətinin əsassız fikirlərinə cavab verib
9 aprel 2012-ci il
Azərbaycanın Avronest Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şults, Avronest PA-nın həmprezidentləri Kristian Vigenin, Boris Tarasyuk və Avronest PA-nın büro üzvlərinə müraciət edib.
APA-nın məlumatına görə, müraciətdə qeyd olunub ki, Avronest PA sessiyası dövründə Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi tədbirlər həyata keçirilib. Sessiya zamanı onların təhlükəsizliyinin yüksək peşəkarlıqla Azərbaycan tərəfindən tam təmin edilib: «Belə ki, Ermənistan nümayəndə heyətinin rəhbəri cənab Vaan Hovannisyan etiraf edib ki, onlar Azərbaycan deputatları, təhlükəsizlik xidmətinin işçiləri və ətraflarında olanlar tərəfindən heç bir aqressiyanın şahidi olmayıblar. Beləliklə, sessiya müddətində biz bütün qonaqlarımızın təhlükəsizliyi və rifahının qeydinə qalaraq, Ermənistan nümayəndə heyətinin üzvləri də daxil olmaqla bütün qonaqlarla bərabər davranan ev sahibi olmağa çalışdıq və hesab edirəm ki, buna nail ola bildik. Təəssüf hissi ilə bildirməliyəm ki, Ermənistan nümayəndə heyəti sessiya başa çatdıqdan sonra Yerevanda keçirdikləri mətbuat konfransında sessiyanın gedişatı ilə bağlı təhrif edici fikirlər söyləyib və sessiya zamanı əldə edilmiş uğurları şübhə altına almağa çalışıblar.
Elxan Süleymanov: “Avronestin Bakı sessiyasında siyasi hədəflərə nail olundu”
6 aprel 2012- ci il
“Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyasının Avropa İttifaqından birinci dəfə kənarda keçiriləcək plenar sessiyasına Azərbaycanın ev sahibliyi etməsi məsələsində uğur qazandı. Bu siyasi tapşırığı uğurla başa vurmaq məsuliyyəti böyük idi, həm Avropa, həm də Şərq Tərəfdaşlığı ölkələrində ictimai fikrin gözləntiləri bundan da böyük idi”. SİA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bakıda keçirilən ikinci sessiyası barədə danışarkən deyib. O, qeyd edib ki, Azərbaycan nümayəndə heyəti mühüm siyasi nəticələri hədəf götürən və eyni zamanda, qonaqlarına yüksək qonaqpərvərlik və ölkənin çiçəklənən iqtisadi və sosial inkişafına şahid olmaq imkanı təklif edən yeni istiqamət müəyyən etmək iddiasını gizlətmirdi./Sia.az