M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsinnin birinci mərhələsinə yekun vurulub

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiqə Fondunun (SAMF)  təşkilatçılığı ilə Şamaxı şəhərində fevralın birindən start verilən ustad şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsi davam edir. Şamaxının bütün təhsil müəssisələrini əhatə edən müsabiqənin birinci mərhələsinə artıq yekun vurulub.

Şamaxı Təhsil Şöbəsinə aid olan 72 məktəbdən 65 nəfər final turuna vəsiqə qazanıb. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialından 4 nəfər  və Şamaxı Humanitar Kollecindən isə iki nəfər finalçılar  sırasına qoşulublar.

(more…)

M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi keçirilir

Söz Azadlığını Müdafiə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Şamaxı şəhərində fevralın birindən start verilən ustad şair M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi davam edir. AVCİYA-dan SİA-ya verilən xəbərə görə, Şamaxının bütün təhsil müəssisələrini əhatə edən müsabiqənin birinci mərhələsinə artıq yekun vurulub. Şamaxı Təhsil Şöbəsinə aid olan 72 məktəbdən 65 nəfər final turuna vəsiqə qazanıb. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialından 4 nəfər və Şamaxı Humanitar Kollecdən isə iki nəfər finalçılar sırasına qoşulublar.Təşkilat komitəsinin yaydığı məlumata görə, ikinci dəfə keçirilən müsabiqəyə maraq yüksək olub. Yerli ziyalı və müəllimlərin iştirakı ilə birinci mərhələdə keçirilən yoxlama turunda şagirdlərdə nitq qüsurlarının az olması, habelə şeirlərin təkrarlanmaması daha çox diqqəti çəkib. Hazırda birinci turun qalibləri may ayında baş tutacaq final turuna hazırlaşırlar.

(more…)

AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycana dair sənəd müzakirə edilib

Bu gün Strasburqda AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. “Azadinform”un xəbərinə görə, Komitənin üzvü Elxan Süleymanovun da iştirak etdiyi iclasda Azərbaycanın öhdəlik və vəzifələrinin icrasına dair məlumat sənədi müzakirə olunaraq qəbul edilib.

E.Süleymanov bildirib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrekin 31 yanvar – 2 fevral 2012-ci il tarixdə ölkəmizə faktaraşdırıcı missiya ilə səfər edib. Həmməruzəçilər Azərbaycanda keçirdiyi bir sıra görüşlərin nəticələrinə dair məlumat qeydi adlı sənəd hazırlayaraq Monitorinq Komitəsinə təqdim ediblər.

(more…)

“Tarixi Azərbaycan dövlətləri” kitabı təkrar nəşr olunacaq

24 aprel 2012-ci il

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən ötən ayın sonlarında, AVRONEST Parlament Assambleyasının Bakı sessiyası ərəfəsində çap edilmiş “Tarixi Azərbaycan dövlətləri” kitabının yeni nəşri işıq üzü görəcək. Kitabın birinci nəşri Azərbaycan və ingilis, eləcə də AVRONEST Parlament Assambleyasının üzvü olan digər dövlətlərin dillərində (gürcü, moldavan, Ukrayna və erməni) nəşr olunub.

(more…)

AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycana dair sənəd qəbul olunub

24 aprel 2012-ci il

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanovun da iştirak etdiyi iclasda Azərbaycanın öhdəlik və vəzifələrinin icrasına dair məlumat sənədi müzakirə olunaraq qəbul edilib.

(more…)

Şamaxının Millət Vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxı kəndlərinin işməli su problemi həll olunur

23 aprel 2012-ci il tarixindən Şamaxının Millət Vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə Şamaxının içməli su problemi olan kəndlərinə su çəkilməsinə başlanılıb.

Şamaxının Millət Vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev su çəkilişi üzrə mütəxəssislərlə birgə Şamaxının ilk içməli su xətləri çəkiləcəyi Adnalı və Nüydü kəndlərində olmuş, kəndin su mənbə və hövzələrinə baxış keçirilmişdir. Yeni inşa olunacaq bulaqların yeri müəyyən edilmişdir.

(more…)

Gələn həftə Strasburqda AŞPA-nın yaz sessiyası keçiriləcək

21 aprel 2012-ci il

Aprelin 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Aydın Abbasov, Elxan Süleymanov, Rafael Hüseynov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

(more…)

Elxan Süleymanov: “Avronest PA böyük gələcək vəd edən təşkilatdır”

“Milli Məclis” Analitik İnformasiya Jurnalının mart-aprel sayında Elxan Süleymanovun geniş müsahibəsi dərc edilmişdir.

Elxan Süleymanov: 

“Avronest PA böyük gələcək vəd edən təşkilatdır”

Müsahibimiz Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasın-da Azərbaycan nümayəndə heyəti-nin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovdur.

(more…)

İtaliyanın “Charta Minuta” jurnalında Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına geniş yer ayrılmış materiallar dərc olunmuşdur Bununla bağlı İtaliya parlamentində konfrans keçirilmişdir

20 aprel 2012-ci il

İtaliya parlamentində “Farefuturo Fondazione” fondunun rüblük xarici məsələlər jurnalı olan “Charta Minuta”nın son buraxılışına həsr edilmiş konfrans keçirilmişdir.

Fondun 236 səhifəlik buraxılışı “Unudulmuş müharibələr” adlanır və Avropada həll edilməmiş münaqişələrə həsr olunmuşdur. Buraxılışda Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına, Xocalıda törədilmiş soyqırımına geniş yer ayrılmışdır.

(more…)

Prezident İlham Əliyev: Avronest PA Bakı sessiya çox yüksək səviyyədə keçirildi

 

Aprelin 16-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasın giriş nitqində ilin ilk rübündə baş verən hadisələrə toxunarkən paytaxtımızda keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyasından da bəhs etmişdir:

Birinci rübdə, eyni zamanda, Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyası keçirilmişdir. Deyə bilərəm ki, bu sessiya Avropa İttifaqının xaricində ilk dəfədir ki, keçirilir. 

 

(more…)