Musa Yaqubun yeni kitabı çap olunub
“Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb.
28 aprel 2012-ci il
Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. “Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub.
MUSA YAQUBUN YENİ KİTABI NƏŞR OLUNUB
30 aprel 2012-ci il
Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb.
“Dövrün dəyirmanı” Musa Yaqubun 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır.
Kitabda şairin 19 poeması toplanıb. Müəllifin müxtəlif dövrlərdə qələmə aldığı şeirlərindən seçmələr “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümlərində, yeni şeirləri isə “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümlərində təqdim olunub.
“Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb.
28 aprel 2012-ci il
Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. “Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub.
Avronest Parlament Assambleyasının həmprezidentləri Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbərinə məktub göndəriblər
30 aprel 2012-ci il
Avronest Parlament Assambleyasının həmprezidentləri Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanova məktub göndəriblər. APA-nın məlumatına görə, Assambleyanın həmprezidentləri Kristian Vigeninin və Boris Tarasyukun imzası ilə göndərilmiş məktubda Bakıda aprelin 2-dən 4-dək keçirilmiş Avronest PA-nın ikinci plenar sessiyasının təşkilinə göstərilmiş dəstəyə görə minnətdarlıq ifadə olunub. Məktubda bildirilib ki, bu tədbir Avropa Parlamentinin fəaliyyət məkanlarından kənarda keçirilən ilk sessiya olsa da, çox uğurlu və səmərəli keçib.
AVRONEST-in həmprezidentləri Azərbaycana minnətdarlıq məktubu göndərib
30 aprel 2012-ci il
AVRONEST Parlament Assambleyasının həmprezidentləri Kristian Vigenin və Boris Tarasyuk Avronest PA-nın vitse-prezidenti, qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Elxan Süleymanova minnətdarlıq məktubu göndərib.Modern.az həmin məktubun mətnini təqdim edir:
– Azərbaycandan qayıtdıqdan sonra biz Bakıda 2-4 aprel 2012-ci ildə Milli Məclis binasında Avronest PA-nın ikinci plenar sessiyasının təşkilinə dəyərli dəstəyiniz və töhfənizə görə səmimi minnətdarlığımızı bildirmək istərdik.
Şamaxı rayonundakı sürüşmələr nəticəsində 362 ev tam qəzalı vəziyyətə düşüb
27 aprel 2012-ci il
Şamaxı rayonunda 2008-ci ildən etibarən baş verən sürüşmələr nəticəsində 362 ev tam qəzalı vəziyyətə düşüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə günü Azərbaycan Milli Məclisinin Şamaxıdan seçilən deputatı Elxan Süleymanov bildirib.
O qeyd edib ki, artıq bərpa olunacaq evlərin siyahısı da hazırlanıb. Onun sözlərinə görə, bərpa olunacaq 30 evdən 15-i Saqiyan kəndinə düşür. Bundan əlavə, Qaravəlli, I Çaylı, Göylər kəndlərinin hər birində 3 ev, Muğanlıda 2 ev, Şamaxı şəhərində, Böyük Xınıslı, Quşçu və Nüydi kəndlərində 1 ev bərpa olunacaq.
İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin keçirilməsi planlaşdırılır
27 aprel 2012-ci il
İyun ayında İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin keçirilməsi planlaşdırılır.
Bu barədə APA-ya Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.
E. Süleymanov bildirib ki, analoji tədbirin sentyabr ayında İtaliya parlamentində də keçirilməsi nəzərdə tutulur: “Artıq Belçika parlamentində belə bir dənləmə keçirilib. Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı qətnamə mətni Belçika parlamentinə təqdim olunub. Hesab edirik ki, payız aylarında Belçika parlamentində bu sənəd qəbul ediləcək”.
Şamaxının 17 kəndinə içməli su xətti çəkiləcək
27 aprel 2012-ci il
Yaxın 6 ay ərzində Şamaxının 17 kəndinə içməli su xətti çəkiləcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisinin Şamaxıdan seçilən deputatı Elxan Süleymanov bildirib.
Onun sözlərinə görə, su xətləri rayonun Adnalı, Bağırlı, Çarhan, I Çaylı, Göylər, Şəhriyar, Həmyəli, Kələxana, Mərzəndiyə, Meysəri, Muğanlı, Nüydi, Qaravəlli, Qızmeydan, Quşçu, Saqiyan, Çıraqlı kəndlərini əhatə edəcək.
İl ərzində bir sıra Avropa dövlətlərinin parlamentlərində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək
27 aprel 2012-ci il
Avropanın bir sıra dövlətlərinin parlamentlərində bu il ərzində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Şamaxının Millət vəkili Elxan Süleymanov məlumat verib.
Musa Yaqubun «Dövrün dəyirmanı» kitabının təqdimatı keçirilib
27 aprel 2012-ci il
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) ofisində şair Musa Yaqubun 75 illik yubileyi münasibətilə yeni çapdan çıxmış «Dövrün dəyirmanı» kitabının təqdimatı olub. APA-nın məlumatına görə, kitab AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun dəstəyi ilə çap edilib.
E. Süleymanov M. Yaqubla 1954-cü ildən dost olduqlarını xatırladıb və kitabı şairin ad gününə töhfə adlandırıb: «Musa Yaqubun 75 illik yubileyidir. Amma nədənsə nə Yazıçılar Birliyində, nə də mətbuatda o yada düşmür. Düşünürük ki, yeni nəslin formalaşmasında bu cür şairlərin kitablara köçürülmüş əsərləri mühüm rol oynayacaq».