M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsinə yekun vurulub
17 may 2012-ci il
Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) SalamNews-a bildirilib ki, xalq artisti Tofiq İsmyılovun sədrliyi ilə təşkil edilən münsiflər heyətinə tanınmış şair Musa Yaqub, professoor Nadir İsmayılov, əməkdar artist Ağalar Bayramov və başqaları daxildir. Tədbirin birinci günü finalçıların çıxışları iki mərhələdə dinləniləcək. İkinci gün isə M.Ə.Sabir Günləri çərçivəsində deputat Elxan Süleymanovun təşəbbüsü və dəstəyi nəşr olunan “Mirzə Ələkbər Sabir: həyatı və sənəti” monoqrafiyası, mərhum akademik Bəkir Nəbiyevin son tədqiqatı “Şamaxı torpağının böyük Azərbaycan şairləri” kitabı, habelə, AVCİYA və Söz Azadlığını Müdafiqə Fondunun (SAMF) təşkilatçılığı ilə nəşr edilən “M.Ə.Sabir haqqında tədqiqlər” kitabının təqdimatı keçirilib. Tədbirin ikinci hissəsində isə Bədii Qiraət Müsabiqəsinin qalibləri elan olunub.
M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsinə yekun vurulur
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiqə Fondunun (SAMF) təşkilatçılığı ilə fevral ayının birindən Şamaxıda start götürən M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş ikinci bədii qiraət müsabiqəsinə may ayının 17-də yekun vurulacaq.
Bədii qiraət müsabiqəsi yekunlaşır
16 may 2012-ci il
Söz Azadlığını Müdafiə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə fevralın 28-dən start verilmiş Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Bədii qiraət” müsabiqəsinə may ayının 25-də yekun vurulacaq. Fonddan verilən məlumata görə, Şamaxı Təhsil Şöbəsinə aid olan orta məktəblərdə, habelə Şamaxı Humanitar Kollecində və Azərbaycan Müəllimlər Institutunun Şamaxı filialında müsabiqənin birinci mərhələsi artıq başa çatıb. Müsabiqənin birinci mərhələsində 42 nəfər seçilib. Onlardan 36 nəfəri orta məktəblərin 5-11 sinif şagirdləridir.
Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin və NH-in sədri Elxan Süleymanovun fəaliyyəti jurnalistlər tərəfindən yüksək qiymətləndirilib.
Modern.az saytının parlament jurnalistləri arasında “Beynəlxalq qurumlarda hansı nümayəndə heyətimiz daha fəaldır?” sualı ilə sorğu keçirib.
Sorğu iştirakçıların əksəriyyəti tərəfindən Azərbaycan Parlamentinin AVRONEST PA-dakı nümayəndə heyətinin və NH-nin başçısı Elxan Süleymanovun fəaliyyətin yüksək qiymətləndirilib. Jurnalistlər xüsusilə qurumun aprel ayında Bakıda keçirilən II sessiyasını təşkilinin təqdirəlayiq hal olduğunu vurğulayıblar.
“Xocalı-1992” kitabı Harvard Universitetinin kitabxanasında yer alıb
8 may 2012-ci il
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Azərbaycan, ingilis, fransız və rus dillərində çap edilmiş “Xocalı-1992” kitabının nüsxələri ABŞ-ın Harvard Universitetinin kitabxanasında yer alıb.
Trend-in məlumatına görə, bu barədə kitabın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev bildirib. Onun sözlərinə görə, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri bir qayda olaraq Azərbaycan dili ilə yanaşı geniş yayılmış xarici dillərdə çap edilir.
Xocalı soyqırımı haqqında kitab Harvard Uiniversitetinin kitabxanasında
8 aprel 2012-ci il
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində, Azərbaycan, ingilis, fransız və rus dillərində çap edilmiş “Xocalı-1992” kitabının nüsxələri ABŞ-ın Harvard Universitetinin kitabxanasında yer alıb. (more…)
Deputat müharibə veteranları ilə görüşüb
7 may 2012-ci il
Şamaxının millət vəkili Elxan Süleymanov faşizm üzərində qələbənin 67-ci ildönümü ərəfəsində müharibə veteranları ilə görüş keçirib. Şamaxıdakı qərargahında baş tutan görüşdə çıxış edən Elxan Süleymanov İkinci Dünya müharibəsi illərində bütün azərbaycanlılar kimi şamaxılıların da minlərlə fədakarlıq nümunəsi göstərdiklərini xatırladıb, Şamaxının 43 min nəfər sakininin 28 % -nin müharibəyə könüllü getdiyini vurgulayıb. Millət vəkili müharibəyə yollanmış Şamaxı sakinlərinin yarıdan çoxunun döyüş meydanlarında həlak olduğunu qeyd edib.
Şamaxının millət vəkili Şamaxı veteranlarını təbrik etdi
7 may 2012-ci il
Şamaxının millət vəkili Elxan Süleymanov faşizm üzərində qələbənin 67-ci ildönümü ərəfəsində müharibə veteranları ilə görüş keçirib. Şamaxıdakı qərargahında baş tutan görüşdə çıxış edən Elxan Süleymanov İkinci Dünya müharibəsi illərində bütün azərbaycanlılar kimi şamaxılıların da minlərlə fədakarlıq nümunəsi göstərdiklərini xatırladıb, Şamaxının 43 min nəfər sakininin 28 % -nin müharibəyə könüllü getdiyini vurgulayıb. Millət vəkili müharibəyə yollanmış Şamaxı sakinlərinin yarıdan çoxunun döyüş meydanlarında həlak olduğunu qeyd edib.
Finlandiyanın siyasi gənclər təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub
4 may 2012-ci il
Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Finlandiyanın siyasi gənclər təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti mayın 2-3-də Bakıda səfərdə olub. E. Süleymanovun APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovun qəbulunda, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada və yeni salınmış yaşayış kompleksində olublar.
Finlandiyanın gənclər təşkilatlarının nümayəndə heyəti Azərbaycanda
4 may 2012-ci il
Millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Finlandiyanın siyasi gənclər təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti 2-3 may 2012-ci il tarixində Azərbaycanda səfərdə olmuşlar.
qhtxeber.az-ın verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini cənab Gəray Fərhadovun qəbulunda olmuş, ölkəmizə qarşı erməni təcavüzü və Dağlıq Qarabağ problemi barədə dolğun və obyektiv məlumat əldə etmiş, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada və yeni salınmış yaşayış kompleksində olmuşlar.