Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin altı dildə yeni kitabı nəşr olunmuşdur

29 mart 2012-ci il

Bakı, 29 mart (AzərTAc). Avronest Parlament Assambleyasının aprelin 2-dən 4-dək Bakıda keçiriləcək sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və ingilis, eləcə də quruma üzv olan digər dövlətlərin dillərində (gürcü, moldavan, Ukrayna və erməni) “Tarixi Azərbaycan dövlətləri” kitabı nəşr olunmuşdur.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr də verilmişdir.

Kitab Azərbaycan tarixində ilk dövlət olan Manna haqqında arayışla başlayır. Bundan başqa, yeni nəşrdə qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena, Albaniya, Şirvanşahlar, eləcə də orta əsrlərdə Azərbaycanda vahid dil və mədəniyyətin formalaşmasında və xalqımızın etnik təşəkkülündə mühüm rol oynayan Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında məlumatlar yer alır

(more…)

Azərbaycan tarixinə dair kitab erməni və gürcü dillərində də işıq üzü görüb

29 mart 2012-ci il

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri işıq üzü görüb.

AVCİYA-dan cümə axşamı Trend-ə verilən məlumata görə, Avronest PA-nın aprelin 2-4-də Bakıda keçiriləcək sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) yeni nəşri – Azərbaycan və ingilis dillərində, eləcə də ölkəmizlə yanaşı, bu qurumun üzvü olan dövlətlərin dillərində – (erməni, gürcü, moldav və ukrayna) “Tarixi Azərbaycan dövlətləri” kitabı işıq üzü görüb.

(more…)

Şamaxılı deputatın xahişi ilə yazılan kitab

28 mart 2012-ci il

 Azərbaycan Milli Elmlər Akademiyasının akademiki mərhum Bəkir Nəbiyevin Şamaxının millət vəkili Elxan Süleymanovun xahişi ilə yazdığı və onun dəstəyi ilə nəşr olunan “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı işıq üzü görüb.

Modern.az xəbər verir ki, kitabda akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri – Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadiyə həsr etdiyi elmi-kütləvi oçerklər yer alıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Rüstəmlidir.

Toplu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Şamaxılı deputatın xahişi ilə yazılan kitab

28 mart 2012-ci il

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki mərhum Bəkir Nəbiyevin Şamaxının millət vəkili Elxan Süleymanovun xahişi ilə yazdığı və onun dəstəyi ilə nəşr olunan “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı işıq üzü görüb.

Modern.az xəbər verir ki, kitabda akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri – Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadiyə həsr etdiyi elmi-kütləvi oçerklər yer alıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Rüstəmlidir.

Toplu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Avronest Parlament Assambleyasının Bakı sessiyasında tətbiq olunacaq yeniliklər açıqlanıb

28 mart 2012-ci il

Avronest Parlament Assambleyasının Bakı sessiyasında bir sıra yeniliklər tətbiq olunacaq. Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov çərşənbə günü Trend-ə bildirib ki, ilk dəfə olaraq qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək.

Onun sözlərinə görə, bunun üçün səsvermədə iştirak edəcək Avropa parlamentariləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı çapdan çıxıb

 

28 mart 2012-ci il

 

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki mərhum Bəkir Nəbiyevin Şamaxının millət vəkili Elxan Süleymanovun xahişi ilə yazdığı və onun dəstəyi ilə nəşr olunan “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı işıq üzü görüb.

Kitabda akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri – Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadiyə həsr etdiyi elmi-kütləvi oçerklər yer alıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Rüstəmlidir.

Toplu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

ŞAMAXININ MİLLƏT VƏKİLİ MEYSƏRİ VƏ MUĞANLI KƏNDLƏRİNDƏ

23 mart 2012-ci il

Şamaxının millət vəkili Elxan Süleymanov Meysəri və Muğanlı kəndlərində olub. Son günlər ərzində intensivləşmiş sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin sakinləri ilə görüşüb, onlara Novruz bayramı münasibətilə bayram sovqatları verib.

(more…)

Azərbaycan Avronest PA-nın Bakı sessiyasına tam hazırdır

19 mart 2012-ci il

 Azərbaycan Avronest Parlament Assambleyasının Bakı sessiyasına tam hazırdır. Bu barədə Trend-ə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının  millət vəkili Elxan Süleymanov deyib.

 Onun sözlərinə görə, Bakı sessiyası Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.

 Elxan Süleymanov qeyd edib ki, Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlər təklif edilmiş əlavə və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə  şəklində qəbul ediləcək. Siyasi məsələlər komitəsində həmməruzəçi millət vəkili Əli Hüseynli, Enerji təhlükəsizliyi komitəsində həmməruzəçi millət vəkili Rasim Musabəyov  olacaq.

(more…)

AVRONEST PA-nın Bakı sessiyasına ilk dəfə elektron səsvermədən istifadə ediləcək

 

19 mart 2012 – ci il

Aprelin 2-4-də AVRONEST Parlament Assambleyasının (PA) Bakı sessiyasına texniki və təşkilati hazırlıq işləri başa çatdırılıb.

Bu barədə SalamNews-a AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov məlumat verib. O deyib ki, Bakı sessiyası Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.

 

(more…)

Elxan Süleymanov: “Azərbaycan AVRONEST PA-nın BAKI sessiyasına tam hazırdır”

19 mart 2012-ci il

Azərbaycan AVRONEST Parlament Assambleyasının BAKI sessiyasına tam hazırdır. SİA-nın xəbərinə görə, bu barədə AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə qurumun 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək sessiyasına texniki və təşkilati hazırlıq işləri başa çatdırılıb. Bakı sessiyası Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.

(more…)