Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı çapdan çıxıb

 

28 mart 2012-ci il

 

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki mərhum Bəkir Nəbiyevin Şamaxının millət vəkili Elxan Süleymanovun xahişi ilə yazdığı və onun dəstəyi ilə nəşr olunan “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı işıq üzü görüb.

Kitabda akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri – Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadiyə həsr etdiyi elmi-kütləvi oçerklər yer alıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Rüstəmlidir.

Toplu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları