AVRONEST PA-nın Bakı sessiyasına ilk dəfə elektron səsvermədən istifadə ediləcək

 

19 mart 2012 – ci il

Aprelin 2-4-də AVRONEST Parlament Assambleyasının (PA) Bakı sessiyasına texniki və təşkilati hazırlıq işləri başa çatdırılıb.

Bu barədə SalamNews-a AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov məlumat verib. O deyib ki, Bakı sessiyası Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.

 

Onun sözlərinə görə, Azərbaycan tərəfi ikinci sessiyaya ev sahibliyi edəcək tərəf kimi sessiyanın gündəliyi ilə bağlı bir sıra təkliflər irəli sürüb. Bu təkliflər sırasında AVRONEST PA həmprezidentləri Kristian Vigenin və Boris Tarasyukun rəhbərliyi ilə qurumun Büro üzvlərinin Prezident İlham Əliyevlə görüşü və Prezident İlham Əliyevin Plenar sessiyada çıxış etməsi yer almışdı. Bu təkliflər müzakirə edilərək qəbul ediib.

Deputat bildirib ki, AVRONEST PA iki komponentdən ibarətdir. Bu komponentlərin biri Avropa Parlamentinin 60 nəfər deputatından və digəri isə Şərq Tərəfdaşları ölkələrinin (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan) hər birinin milli parlamentlərinin 10 deputatından təşkil edilib. Bakı sessiyasında AVRONEST PA-nın Avropa Parlamenti komponenti və Ukrayna, Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətləri tam tərkibdə iştirak edəcəklər.

E.Süleymanovun fikrincə, AVRONEST PA-nın Bakı sessiyası zamanı bir sıra yeniliklər tətbiq olunacaq. Belə ki, ilk dəfə qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək. Bunun üçün səsverməyə qoşulacaq Avropa Parlamenti üzvləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər. Bununla yanaşı, AVRONEST PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək. İnternet saytının hazırlanması son mərhələdədir və yaxın günlərdə istifadəçilərin ixtiyarına veriləcək.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları