Azərbaycan tarixinə dair kitab erməni və gürcü dillərində də işıq üzü görüb

29 mart 2012-ci il

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri işıq üzü görüb.

AVCİYA-dan cümə axşamı Trend-ə verilən məlumata görə, Avronest PA-nın aprelin 2-4-də Bakıda keçiriləcək sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) yeni nəşri – Azərbaycan və ingilis dillərində, eləcə də ölkəmizlə yanaşı, bu qurumun üzvü olan dövlətlərin dillərində – (erməni, gürcü, moldav və ukrayna) “Tarixi Azərbaycan dövlətləri” kitabı işıq üzü görüb.

Kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatla bərabər, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr verilib.

Kitab Azərbaycan tarixində ilk dövlət olan Manna haqqqında arayışla başlayır. Qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena və Albaniya dövlətləri haqqında məlumatlar verilir. Kitabda, həmçinin 1000 illik tarixi olan Şirvanşahlar dövləti, orta əsrlərdə Azərbaycan ərazisində vahid dil və mədəniyyətin formalaşmasında və xalqımızın etnik təşəkkülündə mühüm rol oynayan Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında arayışlar yer alır.

Daha sonra Azərbaycan dövlətlçilik tarixinin parlaq səhifələri olan, təkcə Azərbaycanın deyil, Mərkəzi Asiya və Yaxın Şərq regionun tarixində əhəmiyyətli yerə malik Atabəylər və Səfəvilər dövlətlərindən, həmçinin 15-ci əsr Azərbaycan tarixində iz qoyan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edilir.

Azərbaycan tarixində mühüm yeri olan xanlıqlar dövrü də kitabda yer alan əsas bölmələrdəndir.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Sovet Sosialist Respublikası və çağdaş müstəqil Azərbaycan Respublikası haqqında arayışlarla Azərbaycan dövlətçilik tarixi haqqında məlumatlar sona çatır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub./ TREND

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları