Bu gün Strasburqda AVRONEST PA-nın Büro iclası keçiriləcək

15 mart 2012-ci il 

Bu gün Strasburq şəhərində AVRONEST PA-nın Büro iclası keçiriləcək. Bu barədə “525”ə millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə, Büro iclasında AVRONEST PA-nın 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə edilərək təsdiq ediləcək. E.Süleymanov iclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilmiş düzəlişlər ətrafında müzakirələr aparılacağını deyib: “İclas zamanı Büro üzvləri vitse-prezident Yaçek Saryuş-Volskinin Belarusun müxalifət qüvvələrinin üzvlərini Bakı sessiyasına dəvət edilməsi təklifi barədə fikir mübadiləsi aparacaq və qərar qəbul edəcəklər”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları