Martın 15-də Strasburqda AVRONEST PA-nın Büro iclası keçiriləcək

14 mart 2012- ci il

 

İclasda Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi təsdiqlənəcək.

Martın 15-də Strasburqda AVRONEST PA-nın Büro iclası keçiriləcək.  Bu barədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. Millət vəkili bildirib ki, Büro iclasında AVRONEST PA-nın aprelin 2-4 Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə olunaraq təsdiq ediləcək. İclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilmiş düzəlişlər ətrafında müzakirələr aparılacaq.

İclas zamanı Belarusun müxalifət qüvvələrinin üzvlərinin Bakı sessiyasına dəvət edilməsi barədə fikir mübadiləsi aparılacaq və qərar qəbul ediləcək. Millət vəkili Elxan Süleymanovun verdiyi məlumata görə iclasda eyni zamanda prosedur qaydaları və Belarus üzrə İşçi Qrupların mandatının uzadılması müzakirə olunacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları