Avronest PA-nın büro iclasında Bakıda keçiriləcək sessiyanın gündəliyi təsdiqlənəcək

14 mart 2012-ci il

Fransanın Strasburq şəhərində martın 15-də Avronest Parlament Assambleyasının büro iclası keçiriləcək.

Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, iclasda Assambleyanın aprelin 2-dən 4-dək Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə edilərək təsdiqlənəcək.

İclasda, həmçinin qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif olunan düzəlişlər ətrafında müzakirələr aparılacaq. Bu məruzələrin də Bakıda keçiriləcək sessiyada təsdiqi nəzərdə tutulub. /AzərTac/

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları