Sabah Strasburqda AVRONEST PA-nın Büro iclası keçiriləcək

14 mart 2012-ci il

 

Sabah Strasburqda AVRONEST PA-nın Büro iclası keçiriləcək. Bu barədə SalamNews-a Milli Məclisin deputatı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. O bildirib ki, Büro iclasında AVRONEST PA-nın aprelin 2-4-də Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə olunaraq təsdiqlənəcək. İclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilmiş düzəlişlər ətrafında müzakirələr aparılacaq.

İclas zamanı Büro üzvləri vitse-prezident Yaçek Saryuş-Volskinin Belarusun müxalifət qüvvələrinin üzvlərini Bakı sessiyasına dəvət edilməsi təklifi barədə fikir mübadiləsi aparacaq və qərar qəbul edəcəklər. Burada eyni zamanda prosedur qaydaları və Belarus üzrə İşçi Qrupların mandatının uzadılmasının mümkünlüyünə dair Büronun Bakıda qəbul ediləcək qərarı müzakirəyə çıxarılacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları