Elxan Süleymanov: “Ölkəmiz üçün çox vacib və uğurlu nəticə əldə olunub”

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan indicə aldığımız məlumat. Bir neçə dəqiqə əvvəl AŞPA-nın plenar iclasında Büronun 2 sentyabrda Parisdə keçirilmiş iclasının protokolu təsdiq edildi. Bu ölkəmiz üçün çox vacib və uğurlu nəticədir. 

(more…)

Elxan Süleymanov: “Avronest uğursuzluğa uğramış bir təşəbbüsdür”

“Azərbaycan nə üçün Avronestdə üzvlüyünü davam etdirməlidir?..”

 

Bakı – APA. Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, Avropa Parlamentinin bütün üzvlərinə və Avronest PA-nın Ermənistan nümayəndəsi istisna olmaqla, Büro üzvlərinə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir:

 

“Azərbaycanın Avronest Parlament Assambleyası təşəbbüsünə üzvlüyü və bu qurumda iştirakı ilə bağlı son addım kimi sizə yazıram. Avropa Parlamentinin böyük sayda üzvünü dünyada sülh və əməkdaşlığın dostları hesab etdiyimiz üçün bu mühüm məsələyə dair sizin cavabınızı, sizin fikrinizi öyrənmək istərdim. Mən bildirirəm ki, Avronest uğursuzluğa uğramış bir təşəbbüsdür. Bu təşəbbüs müzakirə üçün yeni beynəlxalq forum yaratmaq cəhdi idi, lakin hazırda qərarsızlıq, bayağılıq və ikili standartlarla xarakterizə olunur. 

(more…)

Azərbaycan nə üçün Avronest Parlament Assambleyasında üzvlüyünü davam etdirməlidir?

Avropa Parlamentinin Prezidenti

cənab Martin Şultsa

 

Avropa Parlamentinin bütün üzvlərinə

Avronest PA-nın Ermənistan nümayəndəsi istisna olmaqla,

Büro üzvlərinə

Azərbaycan nə üçün Avronest Parlament Assambleyasında üzvlüyünü davam etdirməlidir?

Hörmətli üzvlər,

Azərbaycanın Avronest Parlament Assambleyası Təşəbbüsünə üzvlüyü və bu qurumda iştirakı ilə bağlı son addım kimi sizə yazıram. Avropa Parlamentinin böyük sayda üzvünü dünyada sülh və əməkdaşlığın dostları hesab etdiyimiz üçün bu mühüm məsələyə dair sizin cavabınızı, sizin fikrinizi öyrənmək istərdim.

(more…)

Elxan Süleymanov: “Azərbaycan AVRONEST PA-nın Ermənistanda keçiriləcək toplantılarında iştirak etməyəcək”

Oktyabrın 16-da Brüsseldə AvroNest PA-nın Büro iclası keçiriləcək.

 

APA-nın xəbərinə görə, iclasda digər məsələlərlə yanaşı, qurumun növbəti sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

AvroNest PA-da Azərbaycan  nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlayıb.

(more…)

Elxan Süleymanov Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlamışdır.

 Elxan Süleymanov Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlamışdır.16 oktyabr 2014-cü ildə Brüsseldə AvroNest PA-nın  Büro iclası keçiriləcək. İclasda digər  məsələlərlə yanaşı qurumun növbəti  sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək. AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov  qurumun  sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı  Avronest PA-nın həmsədrləri və Avronest PA-nın

Büro  üzvlərinə  etiraz məktubu ünvanlamışdır. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

AVRONEST PA həmsədrlərinə,
AVRONEST PA Büro üzvlərinə,

Hörmətli həmsədrlər,
Hörmətli həmkarlar,

Azərbaycan nümayəndə heyəti 2011, 2012 və  2013-cü illərdə davamlı şəkildə Büro iclaslarında  AVRONEST  PA-da Ermənistanın həmsədrliyinə və AVRONEST  PA-nın  növbəti sessiyalarının Ermənistanda  keçirilməsinə  öz qəti etirazını bildirmişdir.

(more…)

Elxan Süleymanov Avropa Parlamentinə və Avronest Parlament Assambleyasının həmsədrlərinə müraciət ünvanlayıb

 

Azərbaycan Milli Məclisinin deputatı Elxan Süleymanov almaniyalı deputat Aleksandr Graf Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi təcili qətnamə layihəsi ilə bağlı Avropa Parlamentinin prezidenti və üzvlərinə, həmçinin Avronest Parlament Assambleyasının həmsədrlərinə müraciət ünvanlayıb. (more…)

Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin prezidentinə müraciət edib

Avropa Parlamentinin prezidenti cənab Martin Şultsa,

Avronest PA-nın həmsədrlərinə

Avropa Parlamentinin üzvlərinə

 


Almaniyalı deputat Aleksandr Graf Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi təcili qətnamə layihəsində ehtiva edilən bəzi məlumatlar barədə

Son zamanlar Avropa Parlamenti və digər Avropa təşkilatlarında  bəzi siyasətçilər Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrindən biri olan Azərbaycana qarşı qərəzli kampaniyalara və kəskin hücumlara başlamışlar. Bu qərəzli kampaniyada Almaniyalı deputat Aleksandr Graf Lambsdorf və onun təmsil etdiyi yaxın ətrafı xüsusi aktivlik nümayiş etdirirlər. Cənab Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi qətnamə layihəsi bu kampaniyanın tərkib hissəsidir. Belə ki, qətnamə layihəsinin tərtibatı, yoxlanılmamış faktlara istinad edilməsi, bölgədə olan geosiyasi gerçəkliklərin nəzərə alınmaması, suveren dövlətə qarşı sərt və qeyri-adekvat sanksiyaların tətbiq edilməsinin tələb edilməsi, hüquqi məsələlərin siyasi müstəvidə həll edilməsinə çağırışlar bu sənədin tələsik və açıq-aşkar qərəzli hazırlanması ilə bərabər, məqsədyönlü antiazərbaycan xarakter daşımasını sübut edir.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov Ərçimən kənd məktəblilərinə hədiyyələr təqdim edib

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov təhsil işçiləri ilə görüşdü

(more…)

Şamaxının millət vəkili yeni dərs ili ərəfəsində təhsil işçiləri ilə görüşdü

10 sentyabr 2014-cü ildə Şamaxının millət vəkili Elxan Süleymanovun tədris ilinin başlanması ərəfəsində rayon təhsil işçiləri və ali məktəblərə daxil olmuş məzunlarla görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri, filologiya elmləri  üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev görüşün mahiyyəti barəsində tədbir iştirakçılarına məlumat verdi.

Sonra Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova görüş iştirakçılarını salamlayaraq millət vəkilinin təşəbbüsü ilə keçirilən bu tədbirin əhəmiyyətini vurğuladı.

(more…)