AŞPA-nın azərbaycanlı deputatı AŞPA baş katibini “centlmen sazişi”ni pozmaqda ittiham edib

Elxan Süleymanov: “AŞPA Ermənistan tərəfindən hərbi işğal altında saxlanılan ətraf yeddi Azərbaycan rayonunu müzakirə etməkdən çəkinir”

Bakı – APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA prezidenti Ann Brössora, AŞPA-nın Büro üzvlərinə, AŞ baş katibi Tyorbörn Yaqlanda, AŞPA baş katibi Voytsex Savitskiyə müraciət edib.

(more…)

AŞPA prezidentinə müraciət

AŞPA prezidenti Ann Brössora

və AŞPA Büro üzvlərinə

 Avropa Şurasının Baş Katibi Tyorbörn Yaqlanda

 

Məlumat üçün surəti: AŞPA-nın Baş Katibi Voytsex Savitskiyə

 

Bakı, 25 avqust 2014-cü il

 

Hörmətli xanımlar və cənablar,

AŞPA-nın  iyun  sessiyası  bir  sıra  maraqlı  və  vacib  məsələlərin müzakirəsi  ilə  yadda  qaldı.  Bu  sıradan  mənim müəllifliyimlə  təqdim edilmiş  və  14 üzv dövləti təmsil edən 58 üzvün imzaladığı Azərbaycan  ərazilərini  işğal  altında  saxladığına  görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi 27 iyunda Büronun diqqətini çəkdi və bir qərar verilməsə də, gərgin müzakirələrə səbəb oldu.

İyunun 22-si Sədarət Komitəsində Katiblik bu qətnamə layihəsinə qarşı son dəqiqə prosedur etirazı qaldırdı, baxmayaraq ki, qətnamə layihəsi daha əvvəl rəsmi çap edilmişdi və beləliklə, Qaydalara tam müvafiq idi.

(more…)

Azərbaycanlı deputat AŞPA-ya etiraz etdi

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın iyun sessiyasında baş verən ikili standartlarla bağlı AŞPA prezidenti Ann Brössora və AŞPA Büro üzvlərinə, Avropa Şurasının Baş Katibi Tyorbörn Yaqlanda və AŞPA-nın Baş Katibi Voytsex Savitskiyə müraciət edib.

Trend-ə daxil olan müraciətdə E.Süleymanov 14 üzv dövləti təmsil edən 58 üzvün imzaladığı Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinə Sədarət Komitəsində Katibliyin son dəqiqə prosedur etirazı qaldırmasına etirz edib.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə rayonun Məlhəm kəndinə içməli su xətti çəkilir

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə rayonun Məlhəm kəndinə içməli su xətti çəkilir

 

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə rayonun Məlhəm kəndinə içməli su xətti çəkilir

(more…)

Şamaxının gənc istedadları sentyabr ayında Bakıda keçiriləcək konsertə hazırlaşır

İyulun 10-da Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsinin finalçıları və onların musiqi müəllimləri ilə birgə görüş keçirilib. Görüşdə məşhur xanəndə, Azərbaycanın əməkdar müəllimi Qəzənfər Abbasovun iştirakçılar arasında keçirdiyi yeni dinləmələr zamanı müsabiqənin finalına vəsiqə qazanan 13 iştirakçının yekun konsertdə ifa edəcəkləri mahnılar müəyyənləşdirilib.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun müsahibəsi

Azərbaycan  dünya ictimaiyyətinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar məsələsinə Krımın Rusiya tərəfindən ilhaq edilməsinə yanaşdığı kimi yanaşmasını istəyir.

Fransanın Strasburq şəhərindən Azərbaycanın millət vəkili Elxan Süleymanov bunun nəyə görə bir ərazi bütövlüyü və beynəlxalq hüquq məsələsi olduğunu açıqlayır.  24 iyun 2014.

Azərbaycan Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə əlaqədar qətnamə layihəsi ilə çıxış etmişdir. Bu layihə barədə məlumat verə bilərsinizmi?

Bütün dünya qəbul edir ki, Ermənistan 23 ildən artıqdır ki, silhalı təcavüz yolu ilə Azərbaycanın torpaqlarını işğal etmişdir. Ukraynada baş verən son hadisələr və Krım məsələsi dünyanın aparıcı dövlətlərinin, Avropa Birliyi və BMT kimi beynəlxalq təşkilatların Azərbaycana qarşı ayrı-seçkliliyə və ikili standartlara yol verdiyini bir daha təsdiqləmiş oldu. Avropa Şurası və başqa beynəlxalq təşkilatlar buna dərhal reaksiya verərək Rusiyaya qarşı sanksiyalar tətbiq etdilər. Rusiya nümayəndə heyəti səsvermə hüququndan məhrum edilmiş, onların AŞPA-nın icra strukturlarınin işində iştirakına icazə verilməmişdir.

(more…)

Azərbaycan Prezidenti Əliyev: Avropa Ermənistanın Dağlıq Qarabağı işğal etməsinə reaksiya verməlidir

Strasburq, Fransa, 25 iyun 2014-cü il

 

Çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edərək, beynəlxalq ictimaiyyətdən qəbul etdiyi bir çox qətnamələri icra etməyi və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını qeyri-qanuni işğal etdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etməyi tələb edib.

(more…)

AŞPA Dağlıq Qarabağla bağlı “düzgün tarixi seçim etməyi” sual altına qoydu

Martin Banks

“EU Reporter”, “European Business Review”

 

24 iyun 2014-cü il

 

Avropa Şurası (AŞ) Rusiya ilə müqayisədə Azərbaycanla rəftarında “ikili standartlar” tətbiq etməkdə ittiham edilib. Bu ittiham Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu həftə Strasburqdakı iclasında Ermənistana qarşı sanksiyaları tələb edən qətnamə layihəsi irəli sürməyə cəhd edən mühüm azərbaycanlı deputat Elxan Süleymanov tərəfindən edilib.

(more…)

AŞPA Dağlıq Qarabağ barədə düzgün “tarixi seçim” etməyi sual altına qoydu

Bakı, Azərbaycan, 19 iyun 2014-cü il /PR Newswire/

 

Krımı özünə birləşdirdiyinə görə Rusiyaya sanksiyalar tətbiq edildiyi kimi, Ermənistana da Dağlıq Qarabağı işğal etdiyinə görə eyni sanksiyaları tətbiq etməyə çağıran şəxs bu gün Avropanı öz “tarixi seçim”ində yanılmamağa səslədi.

(more…)

Qətnamə təklifinə dəstək artdığı üçün AŞPA-dan Dağlıq Qarabağ məsələsinə dair ədalətli dinləmələrin keçirilməsi xahiş edildi

Bakı, Azərbaycan, 18 iyun, 2014-cü il

 

Avropa Şurası Parlament Assambleyasının Krımdakı son hadisələrindəki roluna görə Rusiyaya qarşı olduğu kimi, Dağlıq Qarabağın işğalı ilə əlaqədar Ermənistanın təşkilatda hüquqlarının dayandırılmasını tələb edən qətnamə layihəsi ilə bağlı ədalətli dinləmələr keçirəcəyi sual altına alınıb.

Gələn həftə Strasburqda keçiriləcək yay sessiyasından əvvəl irəli sürülmüş və qətnamə layihəsi 58 AŞPA üzvü tərəfindən imzalanıb və bu sənədə məruzəçinin təyin olunması Siyasi Məsələlər Komitəsi və ya hətta Monitorinq Komitəsində baxılması mümkündür.

(more…)