Elxan Süleymanov: “AŞPA-nın yay sessiyasında həm Ermənistandan, həm də Azərbaycandan öyrədilərək gətirilən adamlar vardı”

Elxan Süleymanov: “AŞPA-nın yay sessiyasında həm Ermənistandan, həm də Azərbaycandan öyrədilərək gətirilən adamlar vardı”“Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 23-27 iyun tarixlərində Strasburqda keçirilən yay sessiyasında həm Ermənistandan, həm də Azərbaycandan öyrədilərək gətirilən adamlar vardı”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov bildirib.

(more…)

Elxan Süleymanov Avropanı “topa tutdu”

“Sərsəng su anbarı məsələsini gündəmə prezidenti olduğum AVCİYA gətirib. Ancaq bunu bəzi qüvvələr başqalarının adını çıxarmağa çalışır”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Avronest Parlament Assambleyasının (PA) vitse-prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

(more…)

Elxan Süleymanov: “AŞ PA-da baş verən bu hadisə Azərbaycana qarşı siyasi terror idi”


“Maknamaranın qətnamə layihəsi fırıldaqçılıq, iyrənc formada təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bu işə indiki AŞ PA sədri Ann Brassör də qoşulub”

Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun İnsan hüquqları və hüquq məsələləri üzrə komitəsinin toplantısı keçirilib.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə rayonun Mərzəndiyə kəndinə su xətti çəkilir

Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə rayonun Mərzəndiyə kəndinə su xətti çəkilir

 Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonun Mərzəndiyə kəndinə sayca 7-cı olan içməli su xətti çəkilir. Kənd sakinlərinin müraciətlərini nəzərə alaraq, millət vəkili kəndin içməli su probleminin aradan qaldırılması məqsədilə kəndə 3600 metr məsafədən su xətti çəkdirir.   

(more…)

Elxan Süleymanov AŞPA rəhbərlərinə müraciət ünvanladı

AŞPA prezidenti xanım Ann Brössora və Büro üzvlərinə

 

Surəti: AŞPA-nın Baş Katibi cənab Voysix Saviçkiyə,

 

Surəti: Avropa Şurasının Baş Katibi cənab Tyorbörn Yaqlanda

 

Strasburq, 23 iyun 2014-cü il

Hörmətli xanımlar və cənablar,

Mənim təşəbbüsümlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi iyunun 18-i AŞPA-nın saytında dərc edildi. Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı.

(more…)

Elxan Süleymanovun Avropa Şurası rəhbərlərinə müraciəti

 

 

 

 

 

 

Avropa Şurası Parlament Assambleyasının

Sədarət Komitəsi və Büro üzvlərinə
Surəti:
AŞPA prezidenti xanım Ann Brössora,
AŞPA-nın Baş Katibi cənab Voysix Saviçkiyə,
Avropa Şurasının Baş Katibi cənab Tyorbörn Yaqlanda

Bakı, 20 iyun 2014-cü il

Hörmətli xanımlar və cənablar,

Mənim təşəbbüsümlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi iyunun 17-si irəli sürüldü və dərc edildi. Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı. 

(more…)

Elxan Süleymanov: Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA-nı tarixi seçim qarşısında qoyacaq

Elxan Süleymanov: Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA-nı tarixi seçim qarşısında qoyacaqMəlum olduğu kimi, Ukraynada baş verən hadisələrlə bağlı ABŞ, Avropa İttifaqı və Avropa Şurası tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Hətta AŞPA 10 aprel 2014-cü ildə qəbul etdiyi 1990 (2014) saylı Qətnamə ilə Rusiya nümayəndə heyətinin səsvermə hüquqlarını dayandırdı və onu rəhbər orqanlardan çıxardı. Əlbəttə, uzun illərdir Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinə qarşı analoji sanksiyaların tətbiq edilməməsi, işğala məruz qalmış tərəf olan Azərbaycana münasibətdə Ukrayna səviyyəsində dəstəyin göstərilməməsi bizi ciddi düşündürürdü. Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi bizim haqlı tələblərlə çıxış etməyimizə münbit şərait yaratdı. Odur ki, AŞPA-da mənim müəllifliyimlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı eyni sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi irəli sürüldü.

(more…)

Elxan Süleymanovun Avropa rəsmilərinə müraciəti

Elxan Süleymanovun Avropa rəsmilərinə müraciətiAŞPA prezidenti xanım Ann Brössora,

Avropa Şurasının Baş Katibi cənab Tyorbörn Yaqlanda,

AŞPA-nın Baş Katibi cənab Voytsex Savitskiyə,

Avropa Şurası Sədarət Komitəsinin üzvlərinə,

Avropa Şurasının Büro üzvlərinə

Hörmətli xanımlar və cənablar,

Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxil olmaqla 20% ərazisi işğal edilmiş, bu ərazilərdə Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrilmişdir.

(more…)

Kosmonavtın imza günü olub

İyunun 5-də Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitab Evində Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevskinin imza mərasimi olub. 

(more…)

Bakıda kosmonavtın imza günü olub

Bakıda kosmonavtın imza günü olubİyunun 5-də Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitab Evində Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevskinin imza mərasimi olub. 
Modern.az saytı xəbər verir ki, mərasimi giriş sözü ilə Kitab evinin direktoru Gülər Əliyeva açaraq, qonağı salamlayıb. Sonra çıxış edən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev bildirib ki, M.Hermaşevski Şamaxının millət vəkili Elxan Süleymanovun dəvəti ilə ölkəmizdə səfərdədir

(more…)