Millət vəkili Elxan Süleymanov Şamaxıda təhsil işçiləri və tələbələrlə görüşüb

 Bu gün Şamaxının millət vəkili Elxan Süleymanovun tədris ilinin başlanması ərəfəsində rayon təhsil işçiləri və ali məktəblərə daxil olmuş məzunlarla görüşü keçirilib.

AZADİNFORM  xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev görüşün mahiyyəti barəsində tədbir iştirakçılarına məlumat verib.

Sonra Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova görüş iştirakçılarını salamlayaraq millət vəkilinin təşəbbüsü ilə keçirilən bu tədbirin əhəmiyyətini vurğulayıb.

(more…)

AŞPA Monitorinq Komitəsinin Paris iclasında həmməruzəçilərin məlumat qeydi müzakirə edildi

Elxan Süleymanov,

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

 

Cari ilin 3 sentyabr tarixində Parisdə AŞPA Monitorinq Komitəsinin  iclası keçirildi. Həmin iclasda Azərbaycan üzrə həmməruzəçilərin monitorinq proseduru çərçivəsində 19-21 may 2014-cü ildə ölkəmizə səfərlərinə dair məlumat qeydləri təqdim edildi. Həmməruzəçilər öz məlumat qeydlərini təqdim etdilər. Onlar Azərbaycana səfər zamanı diqqəti hüququn aliliyi, eləcə də hakimiyyətin bölünməsi və qarşılıqlı nəzarət sistemi üçün başlıca ilkin şərtlərdən biri olan məhkəmənin müstəqilliyi kimi əsas suala cəmləmək qərarına gəldiklərini bildirdilər. Bu səbəbdən məlumat qeydində əsas məsələlərdən biri kimi Azərbaycan məhkəmə sistemi barədə məlumat verildi və bu məlumat Komitə üzvləri tərəfindən müsbət qarşılandı.

(more…)

Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinin qeyri-qanuni işğalı məsələsinin AŞPA gündəliyinə salınması məqsədi daşıyan qətnamə layihələri nəhayət Parisdə AŞPA Bürosu tərəfindən qəbul edilib

Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinin qeyri-qanuni işğalı məsələsinin AŞPA gündəliyinə salınması məqsədi daşıyan qətnamə layihələri nəhayət Parisdə AŞPA Bürosu tərəfindən qəbul edilib Elxan Süleymanov,

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

 

Bu gün AŞPA Bürosu tarixi səsvermə ilə 20 səs lehinə, 5 səs əleyhinə olmaqla, mənim tərəfimdən yazılmış və irəli sürülmüş qətnamə təkliflərinin məruzə üçün AŞPA Siyasi Məsələlər Komitəsinə yönləndirilməsi barədə qərar verdi. Olduqca kəskin müzakirələrə səbəb olmuş məruzənin dəqiq başlığı nəhayət, üç nəfərin səs vermədən imtinası ilə əksər çoxluqla “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” kimi qəbul edildi.

(more…)

AŞPA-da Dağlıq Qarabağda gərginliyin artması ilə bağlı məruzə hazırlanacaq


Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya  verdiyi məlumata görə,  sentyabrın 2-də AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.
 
Büro böyük səs çoxluğu ilə Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihəsi üzrə məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib.

AŞPA-da Azərbaycanın işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı məruzə hazırlanacaq

AŞPA-da “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə hazırlanacaq.
 Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya  verdiyi məlumata görə,  sentyabrın 2-də AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.

AŞPA-da “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə hazırlanacaq

 AŞPA-da “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə hazırlanacaq.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya  verdiyi məlumata görə,  sentyabrın 2-də AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.

(more…)

Elxan Süleymanov: “İraq və Suriyadakı terror birləşmələrinin əsas hədəfi İslam dini və islami dəyərlərdir”

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

– Uzun müddətdir ki, İraq və Suriya ərazisində minlərlə insanın ölümü ilə nəticələnən silahlı qarşıdurmalar baş verir. Bu silahlı qarşıdurmaları necə xarakterizə edərdiniz?

– Deyə bilərəm ki, hazırda İraq və Suriyada normal insan təfəkkürünə sığmayan müdhiş və qanlı hadisələr baş verir. Dünya ictimaiyyətinin gözü qarşısında İraq və Suriyada irqi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər gün yüzlərlə insan qəddarcasına qətlə yetirilir, müxtəlif növ qeyri-insani davranış və zorakılıqlara məruz qalırlar. Bu ərazilərdə dünyanın müxtəlif ölkələrindən gəlmiş terrorçu birləşmələr siyasi hakimiyyət uğrunda silahlı mübarizə aparırlar.

(more…)

Elxan Süleymanov: Azərbaycana qarşı siyasi məhbus kampaniyası bir mərkəzdən idarə edilir

“Hadisələrin təhlili göstərir ki, beynəlxalq aləmdə siyasi məhbuslarla bağlı aparılan antiazərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, növbəti siyasi məhbus iddiaları da bu kampaniyanın vacib, uzunmüddətli tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya 2015-ci il Birinci Avropa Yay Olimpiya Oyunları və Parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə ediləcəkdir”.

Trend xəbər verir ki, bunu AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, milllət vəkili Elxan Süleymanov mətbuata açıqlamasında bildirib.

(more…)

Azərbaycana qarşı siyasi məhbus kampaniyası bir mərkəzdən idarə edilir

Elxan Süleymanov,

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

 

Son dövrlər antiazərbaycan qüvvələr beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da yenidən xüsusi fəallıq göstərərək ölkəmizə qarşı növbəti dəfə siyasi məhbus iddiaları ilə genişmiqyaslı kampaniyaya başlamışlar.

Qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə milli QHT bu antiazərbaycan qüvvələr ilə iş birliyi qurmuşlar və xarici mənbələrdən maliyyələşirlər. Həmin milli QHT-lər onları maliyyələşdirən xarici mərkəzlərin sifarişləri ilə müxtəlif qondarma siyasi məhbus siyahıları tərtib edir və öz qəyyumları olan antiazərbaycan qüvvələrlə birlikdə beynəlxalq təşkilatlarda Azərbaycanda çoxlu sayda siyasi məhbusların olması iddiaları ilə kampaniyada aktiv iştirak edirlər.

(more…)

Elxan Süleymanovdan AŞPA-ya ETİRAZ

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın iyun sessiyasında baş verən ikili standartlarla bağlı AŞPA prezidenti Ann Brössora və AŞPA Büro üzvlərinə, Avropa Şurasının Baş Katibi Tyorbörn Yaqlanda və AŞPA-nın Baş Katibi Voytsex Savitskiyə müraciət edib.

(more…)