Deputat Elxan Süleymanov Avropa Xalq Partiyasının rəhbərliyinə şikayət edib

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Xalq Partiyasının (EPP) üzvü, Avropa Parlamentinin deputatı Frank Engelin rəftarı və bəyanatları ilə bağlı EPP rəhbərliyinə və EPP-nin Avropa Parlamentindəki qrupuna şikayət edib.

Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.

Millət vəkili etiraz məktubunu EPP-nin sədri Cozef Daula, partiyanın baş katibi Antonio Lopez-İsturiza, AP-də EPP Qrupunun sədri Manfred Veberə və AP-də EPP Qrupunun baş katibi Martin Kampa göndərib

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun Avropa Parlamentinin yetkililərinə müraciəti

Şamaxının millət vəkili Elxan Süleymanovun Avropa Parlamentinin yetkililərinə müraciəti

cənab Cozef Daul

Avropa Xalq Partiyasının sədri

cənab Antonio Lopez-İsturiz

Avropa Xalq Partiyasının Baş Katibi

cənab Manfred Veber

Avropa Parlamentində EPP Qrupunun sədri

cənab Martin Kamp

Avropa Parlamentində EPP Qrupunun Baş Katibi

 

 

Hörmətli Prezidentlər, hörmətli Baş Katib,

 

Sizə hazırda Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası Qrupunun üzvü və Azərbaycanın Avropa Parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olan Azərbaycan Respublikası Parlamentinin üzvü qismində yazıram. EPP üzvü və Azərbaycanda EPP dəyərləri və fikirlərinin təşviqatçısı kimi, digər üzv – AP deputatı cənab Frank Engelin rəftarı və bəyanatlarını diqqətinizə çatdırmaq və təəssüfümü bildirməyi özümə borc bilirəm.

(more…)

Elxan Süleymanov, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri AVRONEST HAQQINDA MÜLAHİZƏLƏR

1. Avronest-də əsas tərəfdaş olan Avropa Parlamenti Ermənistan tərəfindən törədilmiş beynəlxalq işğala cavab olaraq, Azərbaycanın beynəlxalq hüquqlarını qorumaq üçün heç bir tədbir görmür, baxmayaraq ki, digər dövlətləri zəbt yaxud işğal edən ölkələri davamlı tənqid edir.

 

İzahat: Avropa Parlamentinin öz rəsmi sənədlərində “işğal” sözündən istifadə etməsi belə hər zaman bir mübarizədir. O, Rusiyaya Ukraynanı işğal etdiyinə görə sanksiyaların tətbiqini dəstəkləsə də, Çin kimi ölkələrin Cənubi Çin dənizində rəftarını tənqid etsə də, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulmasına son qoyulması üçün heç nə etmir. Bu, Brüsseldə güclü erməni lobbisinin fəaliyyət göstərdiyini açıq-aşkar sübut edir və obyektiv tərəfdaşlıq sahəsində Azərbaycanın əlverişsiz vəziyyətdə olduğunu göstərir.

 

2. Avropa Parlamenti Azərbaycana hücumlarını davam etdirir

 

İzahat: Avropa Parlamenti ötən illər ərzində Azərbaycana müntəzəm hücumlar edib. 2011-ci ildən etibarən hər il anti-Azərbaycan lobbisi heç bir sübut, dəlil olmadan insan hüquqları pozuntularının olduğunu iddia edən AP qətnamələri ilə üzləşib. Bu, AP-nin qərəzini sübut edir və onu Azərbaycanda inam yaratmayan tərəfdaşa çevirir.

(more…)

İşğal edilmiş ərazilər yenidən beynəlxalq aləmin gündəmindədir

AŞPA-nın 2014-cü il payız sessiyası Azərbaycan üçün vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Sessiyanın 1-ci günü, 29 oktyabrda plenar iclasda Büronun özündə “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzənin hazırlanması və bu məsələnin aidiyyatı üzrə Siyasi Məsələlər Komitəsinə həvalə edilməsi barədə qərarını ehtiva edən 2 sentyabr tarixli protokolu təsdiq edildi. Olduqca gərgin mübarizələr nəticəsində Siyasi Məsələlər Komitəsi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdə gərginliyin artması” mövzusunda məruzə hazırlanması üçün məruzəçi təyin edildi. Bunun ardınca, 1 oktyabrda Siyasi Məsələlər Komitəsinin iclasında qeyd edilən məruzəni hazırlamaq üçün məruzəçi təyin edildi.


Sessiya zamanı Sosial Məsələlər Komitəsində “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsi” adlı məruzəyə dair məlumat qeydləri təqdim edildi.

(more…)

Avropa Şurası təsəllini gizli fəndlərdə tapır

Strasburq, 1 oktyabr 2014-cü il – Dünən, sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri Komitəsi olduqca ziddiyyətli məsələ – iddia edilən siyasi məhbuslarla bağlı Azərbaycana kəskin hücum edən Estoniyalı xanım Mailis Repsin (ALDE) bəyanatını təsdiqləyib. Bu məsələ gündəlikdə olmadığı üçün bəyanat çox gözlənilməz oldu. Bundan əlavə, məhz bu mövzuya dair memorandum barədə müzakirə hələ bir gün əvvəl Komitə tərəfindən oktyabr ayının sonuna qədər təxirə salınmışdı və bu qərar Komitənin mövqeyini aydın ifadə edirdi. Bu demokratik və böyük dəstək toplayan qərardan narazı qalan və bu dəfə Komitədə yalnız az sayda üzvün iştirak etdiyini nəzərə alan xanım Reps tamamilə şəxsi bəyanat verməyi və Komitənin onu təsdiqləməsini xahiş edərək, Komitə sədrini nəzərə çarpmadan çaşdırdı. Heç kəsin nə baş verəcəyi barədə azacıq da olsa, anlayışı yox idi.

(more…)

AŞPA-da Dağlıq Qarabağ və ətrafında yaranmış vəziyyətlə bağlı xüsusi məruzəçi təyin edilib

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Siyasi İşlər və Demokratiya Komitəsinin toplantısı keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, komitənin toplantısında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabatın hazırlanması ətrafında müzakirələr aparılıb və bu məsələ üzrə Böyük Britaniyadan olan parlamentar Robert Valter məruzəçi təyin edilib.

(more…)

Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üzrə məruzəçi təyin edildi

Siyasi Məsələlər Komitəsinin 1 oktyabr 2014-cü il tarixli iclasında “Azərbaycanın  Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üzrə məruzəçi təyin edildi. Strasburq, 1 oktyabr 2014-cü il AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan aldığımız məlumat:  Bu gün, 1 oktyabrda AŞPA Siyasi Məsələlər Komitəsinin  iclası keçirildi. 

(more…)

Şamaxı rayonunun məktəbliləri arasında keçiriləcək “Şamaxı soyqırımı” mövzusunda inşa müsabiqəsi haqqında ƏSASNAMƏ

Ümumi müddəalar

 

  1. Şamaxı rayonunun məktəbliləri arasında keçiriləcək “Şamaxı soyqırımı” mövzusunda inşa müsabiqəsi doğma diyarın tarixinə marağı inkişaf etdirmək, məktəblilər arasında vətənpərvərlik hissini gücləndirmək, erməni quldurları tərəfindən amansızlıqla qətlə yetirilmiş əcdadlarımızın xatirəsini bir daha yad etmək məqsədi daşıyır.
  2. Müsabiqədə nəsr formasında yazılmış inşalar iştirak edir.
  3. İnşa müəllifləri doğma rayonlarında 1918-ci ildə ermənilər tərəfindən törədilən faciəli hadisələrdən bəhs etməlidirlər.
  4. Müsabiqənin təşkilatçıları Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və 1905.az portalıdır.
  5. Bu əsasnamə müsabiqənin təşkili və keçirilməsi qaydalarını müəyyənləşdirir.

 

İnşa müsabiqəsinin iştirakçıları

 

Müsabiqə ümumtəhsil mətəblərinin 7-11-ci sinif şagirdləri arasında keçirilir.

Təhsil müəssisələri müsabiqənin birinci mərhələsində iştirak edəcək şagirdlərin sayını müstəqil surətdə müəyyənləşdirir.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçinin məlumat memorandumu müzakirəyə çıxarıldı

Bu gün, 30 sentyabr tarixində, Avropa Şurasının Sosial Komitəsində Azərbaycanın AŞPA – da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun  təqdim  etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında  mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi,Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin  ilk məlumat-memorandumu müzakirəyə çıxarıldı.

(more…)

AŞPA-nın plenar iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması haqqında qərar qəbul olunub

Strasburq. Fuad Qulubəyli –APA. AŞPA-nın plenar iclasında Büronun sentyabrın 2-də Parisdə keçirilmiş iclasının protokolu təsdiq edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA – ya verdiyi məlumata görə, iclasda “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması haqqında qərar qəbul olunub və bu tapşırıq aidiyyatı üzrə Siyasi Məsələlər Komitəsinə göndərilib.

(more…)