Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üzrə məruzəçi təyin edildi

Siyasi Məsələlər Komitəsinin 1 oktyabr 2014-cü il tarixli iclasında “Azərbaycanın  Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üzrə məruzəçi təyin edildi. Strasburq, 1 oktyabr 2014-cü il AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan aldığımız məlumat:  Bu gün, 1 oktyabrda AŞPA Siyasi Məsələlər Komitəsinin  iclası keçirildi. 

İclasda mənim təqdim etdiyim  qətnamə layihəsi ilə bağlı Büronun 2 sentyabrda  qəbul edilmiş və 29 sentyabrda plenar sessiyada təsdiq edilmiş qərarı əsasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edildi. Yeni təyin edilmiş məruzəçi britaniyalı deputat Robert Volterdir.  Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti, AŞPA-dakı ermənipərəst qruplaşmalar, dünyanın aparıcı güc mərkəzlərindəki ermənipərəst qüvvələr  Ermənistanın işğalçılıq siyasətini ifşa edən, bu  işğalçı dövlətə qarşı sanksiyaların tətbiq  edilməsini tələb edən hər hansı bir sənədin nəinki qəbul edilməsinin, hətta hazırlanmasının qarşısını  almaq üçün bütün imkanlarını səfərbər ediblər. Lakin biz ümid edirik ki, məruzəçi “Azərbaycanın  Dağlıq Qarabağ və digər işğal edilmiş  ərazilərində gərginliyin artması” adlı sənədi  hazırlayarkən Ermənistan hakimiyyətinin, AŞPA-dakı  ermənipərəst qüvvələrin, ermənipərəst aparıcı güc mərkəzlərinin təzyiqlərinə baxmayaraq obyektiv  məruzə hazırlayacaq, Ermənistanın işğalçı dövlət  olduğunu və işğal etdiyi ərazilərdə mülki əhaliyə  qarşı kütləvi şəkildə cinayətlər törətdiyini bir daha dünya ictimaiyyətinə çatdıracaq, məruzənin qətnamə hissəsində ilk dəfə olaraq işğalçı  Ermənistana qarşı konkret sanksiyaların tətbiq  edilməsini tələb edəcək.

 Elxan Süleymanov

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları