Şamaxının millət vəkili Elxan Süleymanovun qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçinin məlumat memorandumu müzakirəyə çıxarıldı

Bu gün, 30 sentyabr tarixində, Avropa Şurasının Sosial Komitəsində Azərbaycanın AŞPA – da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun  təqdim  etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında  mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi,Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin  ilk məlumat-memorandumu müzakirəyə çıxarıldı.

E.Süleymanovun verdiyi məlumata görə, məsələ  müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə  heyətinin üzvləri çıxışlar edərək, məruzənin  adının dəyişdirilməsini, məruzəni Avropada su problemlərinə həsr edilməsini tələb etdilər. Sosial  Komitənin üzvləri, Böyük Britaniyalı deputat Mayk  Hanqkok, Belçıkalı deputat Blanşar, Moldovalı deputat  Gileviç ermənilərin bu təklifinə etiraz etdilər və bu  kimi təxribatlara son qoymağa çağırdılar. Ermənistan  və AŞPA  Katibliyinin bütün səylərinə baxmayaraq, məlumat  xarakterli memorandum baş tutdu, Ermənistan və AŞPA  Katibliyinin niyyətləri puça çıxdı. AŞPA Katibliyinin məsləhəti ilə Ermənistan nümayəndə heyəti  üzvlərinin istər Assambleyanın dünən müzakirəyə çıxarılmış “Azərbaycanın Dağlıq Qarabağ və  işğal edilmiş digər ərazilərində gərginliyin  artması” məruzəsinin, istərsə də Sərsəng Su  Anbarı ilə bağlı bu gün Sosial və Siyasi  Komitələrdə müzakirəyə çıxarılmış məruzənin adlarının dəyişdirilməsinə yönələn səyləri onu göstərir ki, Ermənistan tərəfi işğal siyasətlərinin ifşa olunmasından təşvişə düşüb və ciddi narahatlıq keçirir. Qeyd edək ki, Sərsəng Su Anbarı  ilə bağlı AŞPA-da hazırlanacaq məruzə işğal altında olan strateji obyektlərə həsr olunan ilk  məruzə olacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları