“Sərsəngə yürüş”
Bu gün 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu öz doğma yurd-yuvalarından didərgin düşmüş, əsir, itkin və şəhid olmuş minlərlə vətəndaşımızın, habelə Sərsəng regionunda 400 000-dən artıq insanın ekoloji terrorun qurbanı olmalarının qarşısını almaq və pozulmuş hüquqlarının müdafiəsi məqsədilə jurnalistlərin, Azərbaycan Respublikasında akkreditasiya olunmuş bir neçə səfirin və səfirliklərin nümayəndə heyyəti ilə Tərtər rayonuna və onun bir sıra kəndlərinə səfər etmək üçün yola çıxıblar.
AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Paris iclasında Azərbaycana dair məlumat memorandumu müzakirə edildi
Elxan Süleymanov,
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü
Cari ilin 10 dekabr tarixində Parisdə AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclası keçirildi. İclasda digər məsələlərlə bərabər Azərbaycan üzrə məruzəçi cənab Pedro Aqramuntun hazırladığı “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?“ adlı məlumat memorandumu müzakirə edildi.
“Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabının təqdimatı keçirilib
Bu gün “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabının Azərbaycan, ingilis və fransız dillərindəki variantlarının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində hazırlanıb.
Avropa Parlamentinin Prezidentlər Konfransının üzvlərinə
Hörmətli Prezidentlər,
Avropa Parlamentinin mahiyyətinə və obyektivliyinə ciddi kölgə sala biləcək bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələyə diqqət yetirib, cavab verməyinizi xahiş edirəm.
Ötən illər ərzində Aİ-nin Şərq Tərəfdaşlığı Təşəbbüsü müstəvisində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələr yaxşılaşmışdır. Parlament səviyyəsində Avronest Parlament Assambleyası bizi daha da yaxınlaşdırmışdır. Bu səbəbdən Avropa Parlamentinin Prezidenti cənab Martin Şultsun Azərbaycana qarşı qərəzli münasibəti bizdə təəssüf hissi doğurur. Bu, bütövlükdə AP-yə kölgə salır.
“Sərsəngə Yürüş” təşkil olunacaq
Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin prezidentinə müraciət ünvanlayıb
Avropa Parlamentinin Prezidenti
cənab Martin Şultsa
Hörmətli cənab Prezident,
İraq və Suriyada və dünyanın digər hissələrində baş verən terror aktlarının, müxtəlif zorakılıq və vandalizm əməllərinin törədilməsinin qarşısının alınması üçün dünya ictimaiyyətini təcili siyasi, diplomatik, hərbi və digər tədbirlər görmək çağırışı ilə Sizə ünvanladığım 02 sentyabr 2014-cü il tarixli müraciətimi cavablandırdığınız üçün öz minnətdarlığımı bildirirəm.
Avropa Sabitlik Təşəbbüsü hüquqi məsələlərin həllində özünü sonuncu instansiya hesab edir – MÖVQE
Sırf antiazərbaycan ritorikası ilə tanınan Avropa Sabitlik Təşəbbüsü qeyri-hökumət təşkilatı noyabrın 14-də yeni material hazırlayıb. Bu dəfə də bu təşkilat öz ənənəsinə sadiq qalıb. Amma bu dəfə həmin təşkilatın qəzəbinə tək Azərbaycan hakimiyyəti deyil, eyni zamanda Azərbaycanla bağlı məsələlərdə heç bir mövqe bildirməyən və ya tarazlaşdırılmış mövqe nümayiş etdirən təşkilatlar və Avropa təşkilatlarının rəsmi nümayəndələri tuş gəliblər.
Azərbaycanlı deputat Avropa İttifaqını ittiham edib – MÜSAHİBƏ
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun APA-ya müsahibəsi
Elxan Süleymanov: “Qondarma siyasi məhbus” məsələsinə yeni yanaşma Avropanın gözünü açacaq
Madrid, 30 oktyabr: Madriddə İspaniya Parlamentində toplaşan AŞPA Hüquq Məsələləri Komitəsində birbaşa Azərbaycanla bağlı iki həssas məsələ müzakirə edildi. Lüksemburqdan olan Sosialist deputat, məruzəçi İv Kruxtenin hazırladığı “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı” mövzusunda yenilənmiş giriş memorandumuna dair suallar və müzakirələrlə müşayiət edilən dinləmə keçirildi. Bu sənədin mühüm hissəsində yanlış faktlara əsaslanaraq, Azərbaycana kəskin hücum edilmiş və qərəzli nəticələr çıxarılmışdı.
Deputat Elxan Süleymanov Avropa Xalq Partiyasının rəhbərliyinə şikayət edib
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Xalq Partiyasının (EPP) üzvü, Avropa Parlamentinin deputatı Frank Engelin rəftarı və bəyanatları ilə bağlı EPP rəhbərliyinə və EPP-nin Avropa Parlamentindəki qrupuna şikayət edib.
Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.
Millət vəkili etiraz məktubunu EPP-nin sədri Cozef Daula, partiyanın baş katibi Antonio Lopez-İsturiza, AP-də EPP Qrupunun sədri Manfred Veberə və AP-də EPP Qrupunun baş katibi Martin Kampa göndərib