Elxan Süleymanov Avropanı “topa tutdu”
“Sərsəng su anbarı məsələsini gündəmə prezidenti olduğum AVCİYA gətirib. Ancaq bunu bəzi qüvvələr başqalarının adını çıxarmağa çalışır”.
Publika.az-ın məlumatına görə, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Avronest Parlament Assambleyasının (PA) vitse-prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.
Elxan Süleymanov: “AŞ PA-da baş verən bu hadisə Azərbaycana qarşı siyasi terror idi”
“Maknamaranın qətnamə layihəsi fırıldaqçılıq, iyrənc formada təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bu işə indiki AŞ PA sədri Ann Brassör də qoşulub”
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun İnsan hüquqları və hüquq məsələləri üzrə komitəsinin toplantısı keçirilib.
Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə rayonun Mərzəndiyə kəndinə su xətti çəkilir
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonun Mərzəndiyə kəndinə sayca 7-cı olan içməli su xətti çəkilir. Kənd sakinlərinin müraciətlərini nəzərə alaraq, millət vəkili kəndin içməli su probleminin aradan qaldırılması məqsədilə kəndə 3600 metr məsafədən su xətti çəkdirir.
Elxan Süleymanov AŞPA rəhbərlərinə müraciət ünvanladı
AŞPA prezidenti xanım Ann Brössora və Büro üzvlərinə
Surəti: AŞPA-nın Baş Katibi cənab Voysix Saviçkiyə,
Surəti: Avropa Şurasının Baş Katibi cənab Tyorbörn Yaqlanda
Strasburq, 23 iyun 2014-cü il
Hörmətli xanımlar və cənablar,
Mənim təşəbbüsümlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi iyunun 18-i AŞPA-nın saytında dərc edildi. Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı.
Elxan Süleymanovun Avropa Şurası rəhbərlərinə müraciəti
Avropa Şurası Parlament Assambleyasının
Sədarət Komitəsi və Büro üzvlərinə
Surəti:
AŞPA prezidenti xanım Ann Brössora,
AŞPA-nın Baş Katibi cənab Voysix Saviçkiyə,
Avropa Şurasının Baş Katibi cənab Tyorbörn Yaqlanda
Bakı, 20 iyun 2014-cü il
Hörmətli xanımlar və cənablar,
Mənim təşəbbüsümlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi iyunun 17-si irəli sürüldü və dərc edildi. Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı.
Elxan Süleymanov: Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA-nı tarixi seçim qarşısında qoyacaq
Məlum olduğu kimi, Ukraynada baş verən hadisələrlə bağlı ABŞ, Avropa İttifaqı və Avropa Şurası tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Hətta AŞPA 10 aprel 2014-cü ildə qəbul etdiyi 1990 (2014) saylı Qətnamə ilə Rusiya nümayəndə heyətinin səsvermə hüquqlarını dayandırdı və onu rəhbər orqanlardan çıxardı. Əlbəttə, uzun illərdir Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinə qarşı analoji sanksiyaların tətbiq edilməməsi, işğala məruz qalmış tərəf olan Azərbaycana münasibətdə Ukrayna səviyyəsində dəstəyin göstərilməməsi bizi ciddi düşündürürdü. Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi bizim haqlı tələblərlə çıxış etməyimizə münbit şərait yaratdı. Odur ki, AŞPA-da mənim müəllifliyimlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı eyni sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi irəli sürüldü.
Elxan Süleymanovun Avropa rəsmilərinə müraciəti
AŞPA prezidenti xanım Ann Brössora,
Avropa Şurasının Baş Katibi cənab Tyorbörn Yaqlanda,
AŞPA-nın Baş Katibi cənab Voytsex Savitskiyə,
Avropa Şurası Sədarət Komitəsinin üzvlərinə,
Avropa Şurasının Büro üzvlərinə
Hörmətli xanımlar və cənablar,
Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxil olmaqla 20% ərazisi işğal edilmiş, bu ərazilərdə Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrilmişdir.
Kosmonavtın imza günü olub
İyunun 5-də Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitab Evində Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevskinin imza mərasimi olub.
Bakıda kosmonavtın imza günü olub
İyunun 5-də Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitab Evində Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevskinin imza mərasimi olub.
Modern.az saytı xəbər verir ki, mərasimi giriş sözü ilə Kitab evinin direktoru Gülər Əliyeva açaraq, qonağı salamlayıb. Sonra çıxış edən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev bildirib ki, M.Hermaşevski Şamaxının millət vəkili Elxan Süleymanovun dəvəti ilə ölkəmizdə səfərdədir
Polşalı kosmanavt Şamaxıdadır
Şamaxının millət vəkili Elxan Süleymanovun dəvəti ilə Azərbaycanda səfərdə olan Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevski iyunun 4-də Şamaxıya səfər edib
BayMedia-nın məlumatına görə, elə bu gün kosmonavtın Elxan Süleymanovun Şamaxı şəhərindəki qərargahında millət vəkili ilə görüşü olub. Qonağı səmimiyyətla salamlayan millət vəkili ona Şamaxının tarixi, rayonda həyata keçirilən quruculuq işləri barəsində ətraflı məlumat verib. M.Hermaşevski Bakıda və Şamaxıda gördüklərinin onda böyük təəssürat yaratdığını vurğulayıb.