Elxan Süleymanov: “Azərbaycan AVRONEST PA-nın Ermənistanda keçiriləcək toplantılarında iştirak etməyəcək”

Oktyabrın 16-da Brüsseldə AvroNest PA-nın Büro iclası keçiriləcək.

 

APA-nın xəbərinə görə, iclasda digər məsələlərlə yanaşı, qurumun növbəti sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

AvroNest PA-da Azərbaycan  nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlayıb.

Müraciətdə deyilir: “Azərbaycan nümayəndə heyəti 2011, 2012 və 2013-cü illərdə davamlı şəkildə Büro iclaslarında AVRONEST PA-da Ermənistanın həmsədrliyinə və AVRONEST PA-nın  növbəti sessiyalarının Ermənistanda keçirilməsinə öz qəti etirazını bildirib. Azərbaycan nümayəndə heyəti bir daha Azərbaycanın Dağlıq Qarabağ və ətraf  7 rayonunun əraziləri işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 22 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək AVRONEST PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bildirir”.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları