Elxan Süleymanov Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlamışdır.

 Elxan Süleymanov Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlamışdır.16 oktyabr 2014-cü ildə Brüsseldə AvroNest PA-nın  Büro iclası keçiriləcək. İclasda digər  məsələlərlə yanaşı qurumun növbəti  sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək. AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov  qurumun  sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı  Avronest PA-nın həmsədrləri və Avronest PA-nın

Büro  üzvlərinə  etiraz məktubu ünvanlamışdır. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

AVRONEST PA həmsədrlərinə,
AVRONEST PA Büro üzvlərinə,

Hörmətli həmsədrlər,
Hörmətli həmkarlar,

Azərbaycan nümayəndə heyəti 2011, 2012 və  2013-cü illərdə davamlı şəkildə Büro iclaslarında  AVRONEST  PA-da Ermənistanın həmsədrliyinə və AVRONEST  PA-nın  növbəti sessiyalarının Ermənistanda  keçirilməsinə  öz qəti etirazını bildirmişdir.

 Azərbaycan nümayəndə heyəti bir daha  Azərbaycanın  Dağlıq Qarabağ və ətraf 7 rayonunun əraziləri  işğaldan azad edilməyənədək, Sərsəng su  anbarının  22 ildən artıq işğal altında qalması  nəticəsində

 Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son
qoyulmayanadək AVRONEST PA-nın sessiyalarının, Büro və
komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bildirir.
Hörmətlə,
Elxan Süleymanov,
AVRONESTPA-da Azərbaycan nümayəndə heyətinin  rəhbəri

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları