Şamaxının millət vəkili Elxan Süleymanov qəhrəman anaları təbrik edib

Şamaxının  millət  vəkili  Elxan  Süleymanov  ötən  illərdə  olduğu  kimi,  bu  il  də Şamaxıda  yaşayan  qəhrəman  anaları  Beynəlxalq  Qadınlar  Günü  münasibətilə təbrik  edib.  Millət  vəkilinin  Şamaxı  rayonundakı  səlahiyyətli  nümayəndəsi Dəyanət  Musayevdən  aldığımız  məlumata  görə,  rayon  ərazisində  yaşayan  148 nəfər  qəhrəman  ananın  hər  birinə  Elxan  Süleymanovun  adından  hədiyyələr  və təbrik məktubları təqdim olunub. Qəhrəman analar göstərilən diqqət və qayğıya görə millət vəkilinə minnətdarlıqlarını bildiriblər.  (more…)

AŞPA Sədarət Komitəsi Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qərar qəbul etdi

 

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

 

Mən AŞPA yanvar sessiyasında Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim etmişdim və bu barədə ictimaiyyətə məlumat vermişdim.

 

(more…)

Elxan Süleymanov: “Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistana qarşı iddia qaldırılmalıdır”

Elxan Süleymanov: “Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistana qarşı iddia qaldırılmalıdır” “Girov götürülmüş azərbaycanlıların ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini katibliyə təqdim etmişəm və artıq assambleyanın rəsmi internet resursunda yerləşdirilib”

(more…)

Avronest PA-nın Yerevanda keçiriləcək sessiyasında iştirak etməyəcəyik

11 fevral 2015-ci ildə Strasburqda Avronest PA-nın Büro iclası keçiriləcək. İclasda bir sıra məsələlərlə bərabər qurumun 4-cü plenar sessiyasının gündəliyinin layihəsi müzakirə ediləcək. Avronest PA-nın 4-cü sessiyası 16-18 mart 2015-ci ildə Yerevanda keçiriləcək və bu barədə qərar 2014-cü ildə Büro tərəfindən qəbul edilmişdir. 

(more…)

“1905-ci il soyqırımının 110 illiyi, uydurma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində erməni yalanları ilə mübarizə daha da güclənməlidir”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov 1905.az portalının suallarını cavablandırır.

(more…)

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi irəli sürülüb

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş və Ermənistanın işğal edilmiş ərazilərimizdə formalaşdırdığı separatçı rejimin “birinci instansiya məhkəməsi” tərəfindən azadlıqdan məhrum olunmuş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim edib.

(more…)

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi irəli sürülüb

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Şamaxının millət vəkili Elxan Süleymanov Ermənistan qüvvələri tərəfindən girov götürülmüş və Ermənistanın işğal edilmiş ərazilərimizdə formalaşdırdığı “Dağlıq Qarabağ Respublikası” adlı tanınmamış separatçı rejimin “birinci instansiya məhkəməsinin” azadlıqdan məhrum etdiyi Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim edib. 
(more…)

QHT-lərlə bağlı qanunvericilik bir sıra hallarda Aİ ölkələrində Azərbaycanla müqayisədə daha konservativdir

AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı” mövzusunda memorandum hazırlanmışdır. Memorandum üzrə məruzəçi Lüksemburq təmsilçisi və Sosialistlər qrupunun üzvü İv Kruxtendir. İlkin mətni Komitə Katibliyi tərəfindən hazırlanmış və məruzəçi tərəfindən müvafiq düzəlişlər aparıldıqdan sonra təqdim edilən Memorandumun əsas məqsədi kimi Avropa Şurasına üzv dövlətlərin qeyri-hökumət təşkilatlarının üzləşə biləcəyi məsələlər və problemlərlə bağlı qeydlər və iddiaları özündə əks etdirmək, onların həlli ilə bağlı fəaliyyət istiqamətlərini müəyyənləşdirmək nəzərdə tutulmuşdur. (more…)

20 Yanvar faciəsindən 25 il keçdi

Azərbaycan uğrunda həlak olmuş bütün şəhidlərimizin ruhları şad olsun! Allah rəhmət eləsin!

(more…)

“20 Yanvar. Əsrin dörddə biri keçdi…” adlı disk hazırlanıb

Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində “1905.az studio”  “20 Yanvar. Əsrin dörddə biri keçdi…” adlı  proqram hazırlayıb. 1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru  Fuad Babayevdən aldığımız məlumata görə proqram, 12 dildə fəaliyyət göstərən saytın eyni adlı diskussiya klubunda keçirilmiş növbəti müzakirə zamanı çəkilib.

(more…)