QHT-lərlə bağlı qanunvericilik bir sıra hallarda Aİ ölkələrində Azərbaycanla müqayisədə daha konservativdir

AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı” mövzusunda memorandum hazırlanmışdır. Memorandum üzrə məruzəçi Lüksemburq təmsilçisi və Sosialistlər qrupunun üzvü İv Kruxtendir. İlkin mətni Komitə Katibliyi tərəfindən hazırlanmış və məruzəçi tərəfindən müvafiq düzəlişlər aparıldıqdan sonra təqdim edilən Memorandumun əsas məqsədi kimi Avropa Şurasına üzv dövlətlərin qeyri-hökumət təşkilatlarının üzləşə biləcəyi məsələlər və problemlərlə bağlı qeydlər və iddiaları özündə əks etdirmək, onların həlli ilə bağlı fəaliyyət istiqamətlərini müəyyənləşdirmək nəzərdə tutulmuşdur.

AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını
necə almalı” mövzusunda memorandum hazırlanmışdır. Memorandum üzrə məruzəçi
Lüksemburq təmsilçisi və Sosialistlər qrupunun üzvü İv Kruxtendir. İlkin
mətni Komitə Katibliyi tərəfindən hazırlanmış və məruzəçi tərəfindən müvafiq
düzəlişlər aparıldıqdan sonra təqdim edilən Memorandumun əsas məqsədi kimi
Avropa Şurasına üzv dövlətlərin qeyri-hökumət təşkilatlarının üzləşə biləcəyi məsələlər
və problemlərlə bağlı qeydlər və iddiaları özündə əks etdirmək, onların həlli
ilə bağlı fəaliyyət istiqamətlərini müəyyənləşdirmək nəzərdə tutulmuşdur.

Memorandumda Azərbaycanda QHT-lərin fəaliyyətinə dair qanunvericiliyə
edilmiş son dəyişikliklər və yeni qaydaların icrasına xüsusi bölmə ayrılmışdır.
Təəssüf ki, Azərbaycanla bağlı bölmədə təqdim edilən məlumatlar real vəziyyəti əks
etdirmir. Sənəddə QHT-lər haqqında qanuna edilən son dəyişikliklər və yeni
qaydaların icrası ilə bağlı şərhlər düzgün verilməmişdir. Demək olar ki, yanlış
sitat gətirilmiş bütün işlərdə Azərbaycan barədə əksəriyyəti faktiki baxımdan
xeyli təhrif olunmuş və ya bütövlükdə natamam məlumatları özündə əks etdirən
iddialar irəli sürülmüşdür. Bu səbəbdən də Memorandum Azərbaycanda QHT-lərin fəaliyyəti
ilə bağlı təhrif edilmiş natamam və ya qərəzli təsəvvür formalaşdırır.
Bununla belə qeyd edilməlidir ki, Memorandumda iddia edilənlərin əksinə
olaraq, qanunvericiliyə 2013-cü ilin dekabr ayında edilmiş və 2014-cü ilin
fevral ayında qüvvəyə minmiş sonuncu düzəlişlər QHT-lərin fəaliyyətində şəffaflığı artırmaq məqsədi daşıyır, bütün
səviyyələrdə və Azərbaycan cəmiyyətinin bütün sahələrində korrupsiya ilə
mübarizəyə yönəlmiş hərtərəfli tədbirlərin bir hissəsidir və bu tədbirlər həm
dövlət, həm də özəl sektoru əhatə edir. Qanunvericiliyə edilmiş bu dəyişikliklər yerli
QHT-lərin xarici mənbələr tərəfindən maliyyələşməsinin bütün hallarda şəffaf
olması və buna görə də rəsmi şəkildə elan edilməsini tələb edir.
Qeyd edilənlər kontekstində, Avropa Şurasına üzv olan digər dövlətlər,
xüsusilə
Avropa İttifaqına üzv dövlətlər tərəfindən
qeyri-hökumət təşkilatlarına dair tətbiq edilən qanunvericiliyi təhlil etmək qərarına
gəldik. Bu təhlilin başlıca məqsədi geniş demokratik prinsiplərə malik dövlətlər
tərəfindən qəbul edilmiş qanunvericilikdə olan çatışmazlıqları tənqid etməkdən
ibarət olmamışdır, əksinə QHT-lərlə bağlı qanunverici çərçivənin statusu və
xarakterini faktiki müəyyənləşdirməkdən ibarət olmuşdur. Belə ki, bu təhlilin gəldiyi
bəzi spesifik nəticələr hər konkret məhkəmə işində müxtəlif tənzimləyici müddəalardan
irəli gələ biləcək başlıca və potensial riskləri dərindən izah edir.
Biz Latviya, Litva, Estoniya, Çex Respublikası, Polşa, Rumıniya,
Xorvatiya, Norveç, Finlandiya və Fransa kimi 10 Avropa ölkəsinin QHT-lərin fəaliyyəti
ilə bağlı qanunvericiliyini təhlil etdik. Apardığımız təhlillər göstərir ki,
bir çox hallarda adını çəkdiyimiz dövlətlərin QHT-lərlə bağlı qanunvericiliyi
Azərbaycan qanunvericiliyi ilə müqayisədə 
daha sərt xarakter daşıyır və daha konservativdir. Obyektivlik naminə qeyd
edilənlərlə bağlı bir neçə misal göstərməyi vacib hesab edirəm.
Misal üşün, Latviyanın İctimai Təşkilatlar və Assosiasiyalar haqqında
Qanunun 34-cü maddəsinə əsasən Baş Prokuror, Müəssisə Reyestrinin Baş Dövlət
Notariusu, Dövlət Təhlükəsizlik orqanlarının rəhbərləri, Dövlət Gəlir Xidmətinin
Baş Direktoru və Korrupsiya ilə Mübarizə İdarəsinin Rəisi məhkəmədə QHT-lərin fəaliyyətinin
dayandırılmasına dair iddia qaldıra bilər. Qanunun qeyd edilən maddəsi əslində
mürəkkəb presedent yaradır. Belə ki, QHT-lərə qarşı iddia tələbləri ilə birbaşa
əlaqədar olmayan xidmətlərin rəhbərlərinə məhkəmədə sözügedən institutların fəaliyyət
miqyası ilə bağlı səbəblərə görə buraxılmasını izləmək səlahiyyəti verilib. Digər
tərəfdən, dövlət təhlükəsizlik xidmətlərinin QHT-nin ləğvini tələb etmək hüququ
birbaşa səlahiyyət və nəzarət formasına işarə edir. Bu isə öz növbəsində Avropa
İttifaqı daxilində vətəndaş cəmiyyəti ilə bağlı məsələlərdə bu tipli hökumət
xidmətlərindən istifadə hallarının olduğunu göstərir. Belə bir müddəanın
qanunda təsbit edilməsi həm də onunla izah edilə bilər ki, Latviyada dövlət
siyasətinin formalaşmasında fəal, müsbət və birbaşa iştirak edənlərlə müqayisədə,
qeyri-hökumət təşkilatları daha böyük potensial təhlükə hesab edilir. Bundan əlavə,
bu kimi müddəalar təhlükəsizlik xidmətlərinin QHT-lərə, onların fəaliyyətinə və
üzvlərinə birbaşa nəzarət etmək kimi səlahiyyət verir. Belə halların nə dərəcədə
demokratiklik prinsipi ilə uzlaşmasına dair suallar doğur.
Digər bir misal: Estoniyanın Qeyri-Kommersiya Qurumlarına dair
Aktının (Qanunvericiliyinin) 26-cı paraqrafına əsasən, idarə heyəti üzvlərinin ən
azı yarısının yaşayış məkanı Estoniyada, Avropa İqtisadi Zonasının digər Üzv
Dövlətində və ya İsveçrədə olmalıdır. Həmin qanunun 30-cu paraqrafına əsasən isə
idarə heyəti üzvü tam əsaslı şəkildə öz öhdəliklərini müvəqqəti və ya tam yerinə
yetirə bilmədikdə, məhkəmə maraqlı şəxsin tələbi ilə idarə heyəti üzvünü
başqası ilə əvəz etmək üçün yeni üzv təyin edə bilər. Göründüyü kimi, qanunun
qeyd olunan paraqraflarında əks olunan qaydalar nəticəsində yaranan hüquqi çərçivə
vətəndaş cəmiyyətində xaricilərin fəal və aparıcı iştirakına açıq-aydın maneə
yaradır, dövlətin müxtəlif əsaslarla qurum üçün mümkün siyasi problemlər yarada
biləcək şəxsləri kənarlaşdırmasına şərait yaradır, yaşayış icazələrini rədd
edir, artıq sakin olmayanları əvəz edir və ən azı müvəqqəti müəyyən təşkilatın
işlərində gələcək iştirakının qarşısını alır.
Polşanın Assosiasiyalar haqqında qanununun 9-cu maddəsində göstərilir
ki, assosiasiya yaratmaq istəyən ən azı 15 şəxs assosiasiyanın nizamnaməsini qəbul
etməli və təsisçi komitəni razılaşdırmalıdır. Həmin qanunun 10-cu maddəsi isə  hüquqi şəxslərin assosiasiyanın yalnız
yardımçı üzvləri ola biləcəyini özündə əks etdirir. Beləliklə, Polşa
qanunvericiliyi qanunla müəyyən edilmiş minimum üzv sayını tətbiq etməklə və təşkilatın
siyasətinin müəyyən edilməsində eyni hüquqlara malik olmayan hüquqi şəxslərin
yardımçı üzv kimi təşkilata cəlb edilməsinə dair məhdudiyyət qoymaqla, QHT-lərə
xas olan fəaliyyətlərdə fərdi şəxslərin iştirakına lazımsız maneələr yarada biləcək
bir sıra məhdudiyyətlər ehtiva edir.
Daha bir maraqlı misal: Norveçin Fondlar barədə aktının (qanunun)
14-cü bölməsinə əsasən, Fondların təsisat
zamanı azı 100,000 Norveç kronu (NOK) məbləğində nizamnamə kapitalı olmalıdır.
Lakin fond rəhbərliyi bu müddəadan azad edilə bilər. Nizamnamə kapitalı birinci
paraqrafın tələblərinə cavab vermirsə, heç bir fond təsis edilməyib. Qanunla müəyyən olunmuş minimum
kapital tələbi müddəası xeyriyyə yaxud qeyri-kommerisya təşkilatlarının təsisi
ilə bağlı bir çox yurisdiksiyalar üçün ümumi olsa da, 100,000 NOK, yəni təxminən
11,000 Avro məbləği qanunla fond yaratmaq hüququ olan vətəndaşlar yaxud şəxslər
üçün qadağa xarakteri daşıya bilər. Digər
tərəfdən, Norveçdə bu məbləğ orta gəlirlə müqayisədə çox yüksək hesab edilməsə
də, daha az resurslara malik şəxslərə qeyri-müvafiq maneələr yarada bilər.
Beləliklə, apardığımız təhlil nəticəsində hesab edirik ki, hər bir
dövlətin qanunvericilik prosesinin öz xüsusiyyətləri var və müəyyən ölkələr
QHT-lərin fəaliyyətini tənzimləyərkən bir sıra məhdudiyyətlər tətbiq etsə də,
bir çox digər ölkələr mümkün yerli problemlərin həllinə xidmət edən
qanunvericilik qəbul etmişdir. Şübhəsiz, hər bir ölkə özü üçün xüsusi maraq kəsb
edən məsələləri həll etməyə çalışarkən cəmiyyətin özünəməxsusluğunu, eləcə də
ümumi siyasi və diplomatik vəziyyəti tam nəzərə alıb.
Qeyd edilənlər bir daha göstərir ki, AŞPA Hüquq Məsələləri və
İnsan Hüquqları Komitəsinin Katibliyi tərəfindən hazırlanmış və məruzəçinin
Memorandum layihəsinə daxil etmiş olduğu mətndə Azərbaycanla bağlı iddialar ədalətsizdir
və birtərəfli xarakter daşıyır. Belə ki, Azərbaycanda QHT-lərlə bağlı
qanunvericiliyin müddəaları Avropa Şurasına üzv olan digər dövlətlərdə tətbiq
edilən müddəalara tam uyğundur və hətta bir sıra hallarda daha liberaldır.

 
Elxan Süleymanov,

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları