Elxan Süleymanov ATƏT DTİHB-nin direktoruna müraciət edib

cənab Maykl George Link

DTİHB-in direktoru

Varşava, Polşa

Məlumat üçün:

ATƏT-in sədri cənab İvica Dacic,

ATƏT PA-nın sədri cənab İlkka Kanerva,

Avropa Parlamentinin prezidenti cənab Martin Şults,

AŞPA-nın prezidenti xanım Ann Brassör,

Avropa Şurasının Baş Katibi cənab Torbyön Yaqland,

Bakı, 13 aprel 2015-ci il

Cənab direktor,

Azərbaycanda 2015-ci il parlament seçkilərinin müşahidəsinə hazırlıq məqsədilə bu həftə Bakıya etdiyiniz səfərlə bağlı sizə müraciət etmək istərdim.

Bir sıra Azərbaycan rəsmiləri ilə görüşləriniz zamanı ATƏT/DTİHB-in seçki müşahidəsi fəaliyyətinin aydın prinsiplər və standartlara əsaslandığını vurğuladınız. Siz izah etdiniz ki, ATƏT/DTİHB obyektiv qiymətləndirmə vermək məqsədilə hər zaman bütün rəyləri, eləcə də bütün faktlar və vəziyyətlərin müşahidə və təhlilini nəzərə alır və xüsusi qeyd edir.

(more…)

Elxan Süleymanov: “Human Rights Watch təşkilatı Azərbaycana qarşı qərəzli kampaniyanın flaqmanı rolunda özünü təsdiqləməyə çalışır”

Elxan Süleymanov: “Human Rights Watch təşkilatı Azərbaycana qarşı qərəzli kampaniyanın flaqmanı rolunda özünü təsdiqləməyə çalışır”Bu günlərdə Human Rights Watch beynəlxalq təşkilatı özünün növbəti anti-Azərbaycan bəyanatını yayımlayıb. Diqqəti çəkən məqam ondan ibarətdir ki, bəyanat Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın Bakı səfəri ərəfəsində yayımlanıb. Xatırlatmaq istərdim ki, bir qrup xarici QHT-lər Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi cənab Stavros Lambrinidisin fevralın 23-26 tarixlərində Azərbaycana rəsmi səfəri ərəfəsində analoji anti-Azərbaycan bəyanatı ilə çıxış etmişdilər. (more…)

Novruz təbriki

Novruz təbriki

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elxan Süleymanov: “Avronest PA-nın Yerevanda keçirilən 4-cü növbəti sessiyası utancverici hadisələrlə tarixə düşdü”

Elxan Süleymanov: “Avronest PA-nın Yerevanda keçirilən 4-cü növbəti sessiyası utancverici hadisələrlə tarixə düşdü” Avronest PA həmsədrlərinə,

Avronest PA Büro üzvlərinə,

Avronest PA üzvlərinə

 Hörmətli həmsədrlər,

Hörmətli həmkarlar,

Avronest PA-nın Yerevanda keçirilən 4-cü növbəti sessiyası utancverici hadisələrlə tarixə düşdü. Azərbaycan nümayəndə heyətinin haqlı olaraq iştirakdan imtina etdiyi bu sessiya Ermənistan tərəfinin planlı və düşünülmüş təxribatları ilə başladı və həmin təxribatların akkordları ilə başa çatdı.

(more…)

Elxan Süleymanov: “Yerevanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübüt etdi”

Elxan Süleymanov

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

Bu gün, 18.03.2015-ci il tarixində Avronest PA-nın Yerevanda keçirilən 4-cü sessiyası öz işini başa vurur. İlk növbədə vurğulamaq lazımdır ki, sessiyada üzvlərin 50 faizinin iştirak etməsi qəbul edilən qərarların legitimliyini sual altına salır. Belə ki, sessiyada 6  Şərq Tərəfdaşlığı ölkəsindən yalnız Ukrayna, Gürcüstan və Ermənistan iştirak etmişdir. Azərbaycan nümayəndə heyəti ilə yanaşı Moldova nümayəndə heyəti də demək olar ki sessiyaya qatılmayıb.  Moldovanı yalnız bir deputat təmsil etmişdir, Gürcüstan və Ukrayna nümayəndə heyətləri isə Yerevana  tam tərkiblə getməmişlər.

(more…)

Avronest PA Yerevan sessiyası erməni deputatların təxribatı ilə başladı

Elxan Süleymanov,

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

Dünən, 16 mart 2015-ci il tarixində  Avronest PA-nın 4-cü sessiyası öz işinə başladı. Sessiya işğalçı Ermənistanın paytaxtı Yerevanda keçirilir. Azərbaycan nümayəndə heyəti bu sessiyada iştirak etməkdən imtina edib. Odur ki, sessiya Azərbaycanlı millət vəkillərinin iştirakı olmadan keçirilir.

(more…)

Elxan Süleymanov: “Azərbaycan nümayəndə heyəti Avronest PA-nın Yerevanda keçirilən sessiyasında iştirakdan imtina edib”

Elxan Süleymanov,

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

Bu gün, 16 mart 2015-ci il tarixdə, Avronest PA-nın 4-cü sessiyası öz işinə başlayıb. Mart ayının 18-dək davam edəcək sessiya işğalçı dövlətin paytaxtı Yerevanda keçirilir. Sessiya çərçivəsində plenar iclasla bərabər, Büronun və  4 daimi komitənin iclası keçirilməli, müvafiq məruzələr üzrə irəli sürülmüş düzəlişlər səsverməyə çıxarılmalı, məruzələr yenidən müzakirə olunaraq qətnamə edilməli və Avronest PA-nın cari ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə ünvanladığı  ismarışlar qəbul edilməlidir.

(more…)

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Millət Vəkili Elxan Süleymanov AŞPA yetkililərinə məktub ünvanladı

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Millət Vəkili Elxan Süleymanov AŞPA yetkililərinə məktub ünvanladı Məlumdur ki, AŞPA Siyasi Məsələlər Komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” üzrə məruzəçisi cənab Robert Volter 12-13 mart 2015-ci il tarixlərində Bakıya rəsmi səfər edir. Səfərlə bağlı AŞPA-nın rəsmi internet resursunda yerləşdirilmiş məlumatın mətnində ciddi yanlışlığa yol verilmiş, məruzənin adı Dağlıq Qarabağ münaqişəsi kimi qeyd olunmuşdur. AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Millət Vəkili Elxan Süleymanov bununla bağlı AŞPA Prezidenti xanım xanım Ann Brassörə, AŞ Bürosunun üzvlərinə, AŞ Baş Katibi Torbyörn Yaqlanda, AŞPA Baş Katibi Voysix Saviçkiyə  və məruzəçi Robert Volterə öz etiraz məktubunu göndərmiş, gələcəkdə belə sui istifadə hallarının qarşısını almaq üçün qurumun rəsmi internet resursun idarə edilməsi səlahiyyətinin AŞPA Baş Katibindən alınaraq müstəqil ekspertlərə verilməsini təklif etmişdir. (more…)

Elxan Süleymanov: “İlk dəfədir ki, hazırlanacaq məruzənin adında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı faktı əks etdirilir”

Elxan Süleymanov: “İlk dəfədir ki, hazırlanacaq məruzənin adında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı faktı əks etdirilir” “İnanmaq istərdim ki, cənab Robert Volter məruzəsində Azərbaycan torpaqlarının işğalı və əsir götürülmüş soydaşlarımızın hüquqlarının təmin edilməsi məsələsini gündəmə gətirəcək”

 

Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi Robert Volter martın 12-13 tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq. AŞPA-da belə bir sənədin hazırlanması uğrunda mübarizənin təfərrüatları və bu məruzədən olan gözləntilərlə bağlı suallarımızı məruzənin təşəbbüskarı, eyni adlı qətnamə layihəsinin müəllifi Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya cavablandırır.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun 8 Mart Qadınlar Günü münasibətilə təbriki

Şamaxının millət vəkili Elxan Süleymanovun 8 Mart Qadınlar Günü münasibətilə təbriki

(more…)