Şamaxıda V bədii qiraət müsabiqəsinə yekun vurulub
Mayın 22-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondunun təşkil etdiyi Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş V bədii qiraət müsabiqəsinə yekun vurulub.
Şamaxının təhsil müəssisələrinin şagird və tələbələri arasında keçirilən müsabiqənin final turunda 100-dən çox iştirakçı M.Ə.Sabirin şeirlərini söyləyib.
“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu
Mayın 15-də Şamaxı şəhərindəki Uşaq
Yaradıcılıq Mərkəzində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və
dəstəyi ilə “1905.az studiya”nın yaratdığı “Şamaxı ensiklopediyası” saytının təqdimatı
olub.
Şamaxının millət vəkili Elxan Süleymanovun adından şamaxılı müharibə veteranları təbrik edildi
Mayın 7-də Şamaxının millət vəkili Elxan Süleymanovun
adından Şamaxı rayonunda yaşayan Böyük Vətən müharibəsi veteranları təbrik edildi.
Millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev millət vəkilinin
Şamaxıdakı qərargahında rayonda yaşayan bir qrup müharibə veteranı ilə görüşdü.
Qeyd olundu ki, əvvəlki illərdə olduğu kimi, bu il də millət vəkilinin
tapşırığı ilə müharibə veteranları ilə görüş keçirilir.
Elxan Süleymanov: “AŞPA-nın yaz sessiyasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı vacib nailiyyət əldə edilib”
Bakı-APA. “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası bir sıra məsələlərlə yadda qaldı”.
Azərbaycanın millət vəkili AŞPA prezidentinə müraciət edib
Avropa Şurası Parlament Assambleyasının prezidenti
xanım Ann Brassörə
Surəti:
AŞPA Bürosunun bütün üzvlərinə
Avropa Şurası Parlament Assambleyasının baş katibi
cənab Voysix Saviçkiyə
Məlumat üçün:
Avropa Şurasının Baş Katibi
cənab Tyoborn Yaqlanda
Bakı, 17 aprel 2015-ci il
Xanım prezident,
Dünən, aprelin 15-də AŞPA-nın rəsmi internet səhifəsində sizin adınızdan dərc edilmiş “AŞPA prezidenti Ermənistanın islahat yolundakı davamlı irəliləyişini təqdir edir” başlıqlı pres-reliziniz məni təəccübləndirdi.
AVRONEST PA-nın vitse-prezidenti Elxan Süleymanov Avropa Parlamentinə müraciət edib
Avropa Parlamentinin bütün üzvlərinə
Hörmətli üzvlər,
Azərbaycanın Avronest PA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi, 15 aprel 2015-ci ildə Brüsseldə qondarma erməni soyqırımının yüzilliyinə dair keçirdiyiniz müzakirə və səsverməyə, qəbul edilən qətnaməyə öz qəti etirazımı bildirmək üçün yazıram. Qurumunuzun bu uğursuz qərarına böyük narazılığımı və təhlükəsizlik baxımından onsuz da həssas olan regionda sabitliyi pozmaq istiqamətindəki bu cəhdinə təəccübümü ifadə etmək istərdim.