AŞPA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarının yerləşdiyi bölgədən Ermənistan silahlı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edildi
Bu gün, 23.11.2015-ci il tarixində AŞPA Sosial Məsələlər Komitəsinin Paris iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edildi. (more…)
Elxan Süleymanov: “Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənsə, bunun ciddi nəticələri ola bilər”
AŞPA Sosial Məsələlər Komitəsinin noyabrın 23-də Parisdə keçiriləcək iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə təklifi müzakirəyə çıxarılacaq və səsə qoyulacaq.
Ermənistan parlamenti təlaş içindədir…
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
AŞPA-nın Sosial Məsələlər Komitəsinin 23 noyabrda keçiriləcək iclasında məruzəçi Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzəsi müzakirəyə çıxarılacaq.
Azərbaycan artıq Avropadadır! – Nəzər nöqtəsi
Deputat Elxan Süleymanov: “AŞPA-nın Siyasi Məsələlər Komitəsi Ermənistan silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərindən geri çəkilməyə çağırır”
Amerika Birləşmiş Ştatlarının postsovet məkanını öyrənən nüfuzlu mərkəzinin www.cxssr.org portalında millət vəkili Elxan Süleymanovla müsahibə dərc olunub. Müsahibənin tərcüməsini oxucularımıza təqdim edirik. (more…)
AŞPA Siyasi Məsələlər Komitəsində işğal edilmiş Azərbaycan ərazilərində gərginliyin artmasına dair məruzə müzakirə edildi
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
Noyabr ayının 4-də Parisdə AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin iclası keçirildi. İclasda məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirə edildi. Diqqətə çatdırmaq istərdim ki, mən 2014-cü ildə işğal edilmiş Azərbaycan ərazilərini işğal etdiyinə və uzun illər ərzində işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən 2 qətnamə layihəsi təqdim etdim. Biz AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqləri ilə qarşılaşdıq. Buna baxmayaraq, qətiyyətli mübarizə nəticəsində məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə nail ola bildik.
Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində gərginliyin artmasına dair məruzə müzakirəyə çıxarılacaq
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
Noyabr ayının 4-də AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin iclası keçiriləcək. İclasda məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirəyə çıxarılacaq.
AŞPA seçki müşahidə missiyasının Azərbaycanda keçirilmiş 1 noyabr 2015-ci il parlament seçkiləri ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir
Elxan Süleymanov Strasburqdan xəbər verir: “AŞPA-nın Milli Məclisə seçkiləri müşahidə missiyası Azərbaycanı təcrid etməyə cəhd göstərən böyük xarici təzyiqə baxmayaraq, işini davam etdirir”
Strasburq, 1 oktyabr: Bu sessiya tamamilə Azərbaycanda qarşıdakı 1 noyabr parlament seçkilərinin seçki müşahidə missiyasını nəzərdən keçirmək yaxud təsdiqləmək təklifinə dair səsvermə vasitəsilə Büronun qəbul edəcəyi və plenar iclasda təsdiqlənməli olan qərarla xarakterizə olundu.