Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində gərginliyin artmasına dair məruzə müzakirəyə çıxarılacaq

Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində gərginliyin artmasına dair məruzə müzakirəyə çıxarılacaqElxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

Noyabr ayının 4-də AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin iclası keçiriləcək. İclasda məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirəyə çıxarılacaq.

 

Qeyd
etməliyəm ki, AŞPA-da belə bir məruzənin hazırlanması barədə qərarın qəbul
edilməsinə uzun mübarizədən sonra 2014-cü ildə nail ola bildik. Mən həmin zaman
ardıcıl olaraq işğal edilmiş Azərbaycan ərazilərini işğal etdiyinə və uzun illər
ərzində işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini
tələb edən qətnamə layihələri təqdim etdim. AŞPA rəhbərliyi və qurum daxilində
fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqlərinə baxmayaraq,
biz Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal
olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzə hazırlanması barədə qərarın
qəbul edilməsinə nail olduq. Həmin zaman belə bir məruzənin hazırlanması üçün
Avropanın tanınmış siyasətçisi, Böyük Britaniyalı deputat Robert Volter təyin
edildi. Sonradan mən 2015-ci ilin yanvar sessiyası zamanı Kəlbəcər rayonunda
Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm
Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını tələb edən qətnamə
layihəsi irəli sürdüm və AŞPA Bürosu bu məsələni “Azərbaycanın Dağlıq Qarabağ və
digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzəyə daxil etmək
üçün məruzəçiyə göndərdi.

Cənab
Volter məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər etmiş, Azərbaycanda
yüksək səviyyəli görüşlər keçirmiş, cəbhə bölgələrinə səfər etmiş, cəbhəyanı ərazilərdə
vəziyyətlə tanış olmuşdur. Eyni zamanda qeyd etməliyəm ki, cənab Volter bir neçə
dəfə Ermənistan tərəfinə müraciət edərək, işğal altında olan ərazilərə səfər
etmək və vəziyyəti yerindəcə qiymətləndirmək istədiyini bildirmişdir. Lakin Ermənistan
hakimiyyəti cənab Volterə işğal altında olan ərazilərə səfər etməyə şərait
yaratmamış və onunla əməkdaşlıqdan imtina etmişdir. Buna baxmayaraq, cənab
Volter cari ilin sentyabr ayının sonu oktyabrın əvvəllərində Siyasi Məsələlər
Komitəsini Ermənistanın əməkdaşlıqdan imtina etməsi ilə bağlı məlumatlandırmış
və buna baxmayaraq, ilin sonunadək məruzəni başa çatdıracağını bildirmişdi. Bu
günlərdə cənab Volter hazırladığı məruzənı Katibliyə təqdim edib və həmin sənəd
artıq AŞPA-nın rəsmi saytında yerləşdirilib.

Məruzədə
bizi qane edən və qane etməyən məqamların olmasını diqqətə çatdırmağı vacib
hesab edirəm. Məruzənin adında qeyd edildiyi kimi “Azərbaycanın Dağlıq Qarabağ
və digər işğal edilmiş əraziləri” ifadəsinin məruzədə təsdiqlənməsi xüsusi önəm
kəsb edir. Bu ifadə Ermənistan tərəfindən Azərbaycanın tək Dağlıq Qarabağ
regionunun deyil, digər ərazilərinin də işğal edildiyini özündə ehtiva edir.
Bundan əlavə, məruzədə Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Ermənistan
qüvvələrinin işğalı altında qalması bildirilir, Avropa İnsan Hüquqları “Çıraqov və digərləri Ermənistana qarşı” işinə
dair Məhkəməsinin 2015-ci il iyun tarixli qərarı və həmin qərarda Ermənistanın
Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd
edilir. Məruzədə eyni zamanda D. Əsgərov və Ş. Quliyevin Dağlıq
Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi
bildirilir.

Eyni zamanda məruzədə bizi qane etməyən
bəzi məqamları da diqqətə çatdırmaq istərdim. Təəssüf ki, bir sıra məqamlarda
məruzəçi “Azərbaycan ərazilərinin işğalı” ifadəsindən qaçaraq “Dağlıq Qarabağ
problemi” və ya “Dağlıq Qarabağ regionuna dair münaqişə” ifadələrindən istifadə
edir. Bundan əlavə, D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış
“məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilsə də, onalrın dərhal
qeyd-şərtsiz azadlığa buraxılması tələb edilmir. Digər bir tərəfdən,
Ermənistanın məruzəçi ilə əməkdaşlıq etməməsinə və Avropa Şurası qarşısındakı
öhdəliklərini pozmasına çox yumşaq
münasibət nümayiş etdirilir.

Nəhayət, qeyd etmək istərdim ki, biz
artıq qeyd edilən məqamlarla bağlı 3 düzəliş təklifi etmişik. Bu düzəlişlərin qəbul
edilməsi, şübhəsiz ki, ciddi maneələrlə qarşılaşacaq.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları