Elxan Süleymanov: “Avropa işğalçı Ermənistanın müdafiəsinə qalxıb”
Bu gün, saat 13.00-da AŞPA plenar iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzələr səsə qoyulacaqdır. Bu məruzələrin hər ikisi ötən ilin noyabr ayında Komitə iclaslarında böyük səs çoxluğu ilə qəbul edilib. AŞPA təcrübəsində ilk dəfədir ki, Komitələrdə qəbul edilmiş məruzələr plenar iclasda belə ciddi təzyiqlərə məruz qalır. (more…)
Şamaxının millət vəkili Elxan Süleymanov 1167 balacanı Yeni il sovqatı ilə təbrik etdi
Azərbaycanda 1 noyabr Parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasinın yekun məruzəsi yekdilliklə qəbul edilib.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun verdiyi məlumata əsasən bu gün, noyabrın 26-da Sofiyada keçirilən AŞPA Sədarət komitəsi və Büro iclaslarında Azərbaycanda 1 noyabr Parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasinın yekun məruzəsi yekdilliklə qəbul edilib.
Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir
AŞPA Sosial Məsələlər Komitəsinin 23 noyabr 2015-ci ildə Parisdə keçirilən iclasında Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”məruzəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr gərgin keçmişdir. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürdü. (more…)