AVCIYA-nın “Sərsəng harayı” layihəsi beynəlxalq arenada

Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Sərsəng harayı” layihəsinin icrasına 25 may 2013-cü ildə başladı. Layihənin əsas məqsədi
beynəlxalq ictimaiyyət, nüfuzlu beynəlxalq qurumlar tərəfindən Ermənistanın
işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya
sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozmaqla qeyri-qanuni
blokada etməsininin kəskin şəkildə pislənilməsinə, Ermənistanın su anbarı və
bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə
uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur edilməsinə nail
olmaq idi. Layihə çərçivəsində Sərsəng su anbarının təsiri altında olan
rayonlarda dəyirmi masalar, rəsm müsabiqəsi, Sərsəngə yürüş aksiyası və sair bu
kimi tədbirlər keçirilmiş, beynəlxalq konfrans təşkil
edilmiş, “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət
abidələri”, “Sərsəng SOS:
Humanitar Böhran Təhdidi” və “Sərsəng SOS: Məhvə Məhkum Ətraf Mühit” adlı kitablar nəşr edilmişdir. Sərsəng probleminin beynəlxalq aləmə çatdırılması
üçün Sərsəngin təsiri altında olan
rayonların sakinlərinin minlərlə məktubları, onların həyəcanlı çağırışları beynəlxalq təşkilatlara ötürülürdü.

Sadalanan bu fəaliyyətlər AVCİYA-nın Sərsənglə
bağlı yerli səviyyədə apardığı işlər idi. Hazırda Sərsəng harayı AVCİYA tərəfindən
beynəlxalq arenaya çıxarılır. Belə ki, 15 dekabr 2015-ci ildə Avropa
Komissiyasının “H2020” adlı qrant müsabiqəsinə təqdim edilmiş 59 layihədən yalnız birinin – “Su
ehtiyyatları və iqlim dəyişikliyinə kompleks yanaşma” layihəsinin maliyyələşdirilməsinə
qərar verildi. Layihə 26 avropa təşkilatı tərəfindən təsis olunan, AVCİYA-nın
daxil olduğu beynalxalq konsorsium tərəfindən Avropa Komissiyasına təqdim
edilmişdir. Layihə çərçivəsində mövcud beynəlxalq metodologiyalarından, qiymətləndirmə
indiqatorlarından istifadə olunması yolu ilə Azərbaycanda su ehtiyyatları ilə
bağlı mövcud vəziyyət, eləcə də Sərsəng
su anbarının işğalda qalması və Ermənistanın bu faktdan istifadə etməklə Azəbaycanın
su ehtiyyatları və iqlim dəyişikliyinə təsiri nəticəsində yaranmış vəziyyət
konsorsium tərəfindən tədqiq edilərək beynəlxalq ictimaiyyətə çatdırılacaqdır.

Qeyd edək ki, bir müddət öncə Sərsəng su anbarı
problemi AVCİYA-nın prezidenti, Millət Vəkili, Azərbaycanın AŞPA-da nümayəndə
heyətinin üzvü Elxan Süleymanov tərəfindən beynəlxalq arenaya çıxarılmışdır.
Belə ki, cənab Elxan Süleymanov tərəfindən AŞPA-ya təqdim edilmiş qətnamə təklifi
əsasında, 23 noyabr 2015-ci ildə AŞPA Sosial Komitəsində məruzəçi Miliça
Markoviçin hazırladığı “Azərbaycanın
sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”adı qətnamə qəbul edildi. Qətnamədə Ermənistan
silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin
yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsinin
dayandırılması tələb edilir.

MƏTBUAT XİDMƏTİ

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları