AŞPA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarının yerləşdiyi bölgədən Ermənistan silahlı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edildi

AŞPA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarının yerləşdiyi bölgədən Ermənistan silahlı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edildiBu gün, 23.11.2015-ci il tarixində AŞPA Sosial Məsələlər Komitəsinin Paris iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edildi.

Bu gün,
23.11.2015-ci il tarixində AŞPA Sosial Məsələlər Komitəsinin Paris iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin
qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi səsvermə ilə
qəbul edildi.

 

Qətnamədə qəsdən süni ekoloji
böhranın yaradılması “ekoloji təcavüz”kimi qiymətləndirilir, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə
yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə
qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni
humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi
vurğulanır
.

AŞPA bu qətnamədə Ermənistan
silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini
, Ermənistan
hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə
siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb
edir.
Parlament Assambleyası Ermənistan Parlament nümayəndə heyətinin
və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini
qəti pisləyir,
bu rəftarı Avropa Şurasının
tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və
parlamentarilərinin mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə
biləcək tədbirləri nəzərdən keçirəcəyini bildirir.

Mən qürur hissi ilə bildirirəm ki, cari ilin noyabr ayında AŞPA-da, təşəbbüskarı
və müəllifi olduğum 3 qətnamə layihəsi qəbul edildi – işğal edilmiş
torpaqlarımızla və soydaşlarımız Dilqəm Əsgərov və
Şahbaz Quliyevin girovluqdan azad edilməsi ilə bağlı qətnamə təkliflərim əsasında
Robert Volterin hazırladığı “Azərbaycanın
Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” Siyasi Məsələlər Komitəsində 4 noyabrda və
bu gün Sosial Məsələlər Komitəsində Sərsəng su anbarına dair qətnamələr. 2 illik gərgin mübarizə nəticəsində qəbul edilən bu rəsmi
sənədlər Ermənistanın işğalçı siyasətini bütün dünyaya bəyan edir, onların Azərbaycan
torpaqlarını özününküləşdirmə niyyətini puç edir və bu qətnamələrin ciddi nəticələri
gözlənilir.

Bu qətnamələr Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin növbəti
uğurudur.

Bu, mənim bir Azərbaycan övladı
kimi vətənimə, xalqıma, seçicilərimə olan borcumun bir damlasıdır. Ümid edək ki, bu qətnamə layihələri
AŞPA-nın 2016-cı ilin yanvar sessiyasında öz təsdiqini tapacaqdır. Gəlin yanvar
qələbəsinə də ümid bəsləyək. Çünki bu, bizim haqq səsimizdir!

 

Mövzu ilə bağlı daha geniş
açıqlama yaxın günlərdə veriləcəkdir.

 

Elxan Süleymanov

Millət Vəkili, Azərbaycanın
AŞPA-da nümayəndə heyətinin üzvü

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları