Təbrik
Bu mübarək bayram günlərində hər birinizə sevinc dolu ömür arzulayıram.
Elxan Süleymanov: “AŞPA-nın seçkiləri müşahidə etməsi tək Azərbaycan üçün deyil, AŞPA-nın özü üçün də çox önəmlidir”
Bakı – APA. Sentyabrın 21-22-dəAŞPA seçkiqabağı missiyası Azərbaycanda səfərdə olub, parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalar, insan hüquqları müdafiəçiləri, QHT-lər, vətəndaş cəmiyyəti fəalları və KİV nümayəndələri ilə görüşlər keçirib.
Şamaxının Ərçiman kənd məktəbi üçün tikilən əlavə tədris korpusu istifadəyə verilib
Sentyabr 15-də Şamaxı rayonunun Ərçiman kənd ümumi orta məktəbi üçün inşa edilən üç sinif otağından ibarət əlavə korpusun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kənd məktəbi üçün əlavə korpus Milli Məclisin deputatı Elxan Süleymanov tərəfindən inşa etdirilib. (more…)
Avropa Parlamentində təcili qətnamənin təhlili
Avropa Parlamentinin 9 sentyabr 2015-ci ildə qəbul etdiyi qərəzli anti-Azərbaycan qətnaməsi ölkə ictimaiyyətində ciddi etirazlarla qarşılanıb. Qətnamənin qəbulu sırf onun mətninin qərəzli və qeyri-obyektiv xarakterli olması ilə yanaşı bir çox daha böyük və düşünülmüş proseslərlə müşayət olunub. Bu proseslər bu və ya digər formada Azərbaycan Respublikasının milli maraqları ilə bağlıdır və dövlətimizə qarşı başlanmış genişmiqyaslı kampaniyanın tərkib hissəsidir.
AŞPA məruzəçisi AVCİYA üzvləri ilə görüşüb
Bakı-APA. “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Meliça Markoviçin Azərbaycana növbəti səfəri başlayıb. (more…)
Millət vəkili dağ kəndində məktəb tikdirib
Millət vəkili Elxan Süleymanov hər il olduğu kimi bu il də yüksək balla ali məktəblərə daxil olmuş gənc Şamaxı sakinləri, onların valideynləri, müəlllimləri ilə görüşüb. Görüş millət vəkilinin Şamaxıdakı qərargahında baş tutub. (more…)
Millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin prezidenti cənab Martin Şultsa müraciət edib
Maliyyə pozuntuları və vergidən yayınmaya görə xanım Leyla Yunus və cənab Arif Yunusa qarşı irəli sürülmüş hüquqi proseslərə dair 15 avqustda etdiyiniz müraciəti təəssüflə oxuduq. Lakin siz yenidən üçüncü ölkənin – azad və suveren dövlət olan Azərbaycanın məhkəmə məsələlərinə qarışmağı seçdiniz.
Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”
APA-nın məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov bildirib ki, məruzəçi 5 nəfərlik nümayəndə heyəti ilə ölkəmizə gəlir. Nümayəndə heyətinə müstəqil ekspert Styliani Lydia Vamvakeriou da daxildir.