Şamaxıda 31 mart soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib

Qafqazinfo

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il )” layihəsi çərçivəsində təşkil olunan “Şamaxı soyqırımı (1918 – ci il )” mövzusunda beynəlxalq elmi – praktik konfransa keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şamaxı rayonundan təşkil olunan beynəlxaql konfransa Milli Məclisin üzvləri, ombudsman, tanınmış elm xadimləri, dövlət rəsmiləri, QHT və KİV nümayəndələri iştirak ediblər. Avropa Parlament Assambleyasinin 12 nəfər üzvünün də ekspert qismində iştirak etdiyi konfransda çıxış edən AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov soyqırım haqqında geniş məlumat verərərk, ümumilikdə Qarabağ münaqişəsinin həllində çalışan beynəlxalq təşkilatları fəaliyyətsiz adlandırıb: “18 ildi ATƏT gəlib-gedir. Lakin, hələdə heç bir müsbət addım atmayıb. Belə olan təqdirdə o quruma heç bir ad vermək olmaz”. (more…)

Şamaxı rayonunda “Şamaxı soyqırımı -1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilib

APA

Şamaxı. Şahnəzər Bəşirov – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə martın 14-də Şamaxı rayonunda “Şamaxı soyqırımı-1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Şirvan bürosunun xəbərinə görə, tədbirdə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri, Milli Məclisin deputatları, yerli və xarici alimlər, QHT və KİV nümayəndələri, Şamaxı ziyalıları iştirak edib. Konfransda Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, millət vəkili Qənirə Paşayeva, AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov, Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin icraçı direktoru Məhərrəm Zülfüqarlı, Almaniya Parlamentinin üzvü professor Haqqı Kəskin, professor Şövqi Göyçaylı, Seyfəddin Qəniyev, italiyalı jurnalist-tətqiqatçı Robeto Kobalyero, senator Arkadio Dias və başqaları çıxış edib.

(more…)

Şamaxıda “Şamaxı soyqırımı-1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

AzərTAc

Şamaxı, 14 mart (AzərTAc). Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxıda “Şamaxı soyqrımı-1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvünün, Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının, Ombudsmanın, respublikamızın tanınmış alimlərinin iştirak etdiyi konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

(more…)

Şamaxıda “Şamaxı soyqırımı – 1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilib

SalamNews

Bakı, 14 mart, SalamNews, Ş.Nəzərli, F.İsazadə. Bu gün Şamaxının “Şərədil” istirahət mərkəzində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Şamaxı soyqırımı – 1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirib.

SalamNews xəbər verir ki, konfransı giriş sözü ilə açan assosiasiyanın prezidenti, millət vəkili Elxan Süleymanov 1918-ci ilin mart-aprel aylarında erməni quldurlarının bu ərazidə törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına məlumat verib.

(more…)

1918-ci il Şamaxı soyqırımına həsr edilmiş elmi konfrans keçirilmişdir – 14.03.2011

Bu gün Şamaxı rayonunda “Şərədil” İstirahət Mərkəzinin konfrans zalında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il)”  layihəsi çərçivəsində  “Şamaxı soyqırımı (1918–ci il)”  mövzusunda beynəlxalq elmi – praktik konfrans keçirilir. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elxan Süleymanov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etmişdir.

(more…)

1918 ci il Şamaxı soyqırımına həsr olumuş beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə“Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 –ci il)” layihəsi çərçivəsində  təşkil olunan“Şamaxı soyqırımı (1918–ci il)”  mövzusunda beynəlxalq elmi – praktik konfransa keçiriləcək.Tədbirə  Milli Məclisin üzvləri, tanınmış elm xadimləri, dövlət rəsmiləri, QHT və KİV nümayəndələri  dəvətlidirlər. Konfransın işində Avropa Parlament Assambleyasının 12 üzvü  ekspert qismində iştirak edəcəkdir.  

(more…)

Millət vəkili Elxan Süleymanov qəhrəman analarla görüş keçirib – 03.03.2011

Şamaxıdan olan millət vəkili Elxan Süleymanovun rayonun qəhrəman analarının böyük bir qrupu ilə görüşü keçirilmişdir. Millət vəkili görüşdə iştirak edən 200-dək qəhrəman ananı təbrik etmiş, anaların bu gün Azərbycan ailəsinin qədim ənənələrinin, saflığınının qorunmasında, cəmiyyətimizin inkişafında danılmaz rolu olduğunu bildirmişdir. O, bu istiqamətdə aparılan işlərə millət vəkillərinin də öz töhfələrini verməli olduğunu dilə gətirmişdir

(more…)

Milli Məclisin üzvü Elxan Süleymanovun Şamaxı seçiciləri qarşısında ikinci hesabat çıxışı – 25.02.2011

Әziz seçicilәrim!

Siz mәnә sәs verdiniz, mәnә etibar etdiniz, inandınız vә mәn millәt vәkili seçildim. Mәn seçki kampaniyası dövründә sizә bildirmişdim ki, mәn yalan vәdlәr verәnlәrdәn deyilәm, Şamaxını tezliklә cәnnәtә çevirәcәyimә söz vermirәm, lakin әminliklә bildirmişdim ki, sizin problemlәrinizin һәlli üçün müvafiq strukturların vә nazirliklәrin qapısını döyәcәk, sizin problemlәri onlarla müzakirә edәcәyәm.

Mәn 29 dekabr 2010-cu il tarixindә sizә birinci һesabatımda gördüyüm işlәri mәruzә etdim. Mәn 29 dekabra qәdәr Fövqәladә Hallar Naziri, Sosial Müdafiә Fondu, “Azәriqaz”, Ekologiya vә Tәbii Sәrvәtlәr Naziri, Mәdәniyyәt Naziri, Sәһiyyә Naziri vә Tәһsil Naziri ilә görüşmüşdüm vә onların qarşısında qaldırdığım problemlәrin nә yerdә olması barәdә yenidәn maraqlanmışam. Onlar Şamaxının iqliminә görә һazırda işә başlaya bilmirlәr, tezliklә başlayacaqlar. Daһa doğrusu – Sosial Müdafiә Fondu bankomatları qoyub, Avaxıl kәnd mәktәbindә Ekologiya Nazirliyi istilik sistemini tәşkil edir vә Fövqәladә Hallar Nazirliyi evlәrin tikintisi ilә mәşğuldur.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov rayonun iki təhsil müəssisində tələbələrə özünün təsis etdiyi təqaüdləri təqdim edib. 17.02.2011

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elxan Süleymanovun Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı və Şamaxı Humanitar Kollecinin tələbələri üçün təyin etdiyi adlı təqaüdlərin sahibləri məlum olub.

 

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialı üzrə adlı təqaüdün sahibləri:

 

1. Gülalıyev Qismət Kərim oğlu

2. Abdullayeva Süsən Qadir qızı

(more…)

Milli Məclisdə görüş – 10.02.2011

Fevralın 10-da Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Parlamentinin üzvləri İvo Vayqlı və Pino Arlaççini qəbul etmişdir. Spiker qonaqları səmimi salamlayaraq onları Milli Məclisdə görməyindən məmnun olduğunu bildirdi. Qeyd edildi ki, Azərbaycan Avropa İttifaqı və onun strukturları ilə əlaqələrin genişləndirilməsinə böyük maraq göstərir. Avratlantik məkana inteqrasiya ölkə Prezidenti İlham Əliyevin böyük diqqət yetirdiyi məsələlərdəndir. Heç də təsadüfi deyildir ki, bu sahə müstəqil Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən hesab olunur. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və bu cür görüşlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.

 

(more…)