Şamaxı rayonunda “Şamaxı soyqırımı -1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilib
APA
Çıxışlarda qeyd olunub ki, ermənilər tərəfindən 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasətinin həyata keçirilməsindən beynəlxalq ictimaiyyətin kifayət qədər məlumatı yoxdur. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin tədqiqi onu göstərir ki, bunlardan ən dəhşətlisi 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, İsmayıllı, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Lənkəran, Zəngəzur, Naxçıvan, Qarabağ, Ağstafa və digər ərazilərdə baş verib. Hadisələr zamanı 50 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub.
Tədbirə qatılan xarici ölkələrdən olan parlament üzvləri və jurnalistlər çıxışlarında günahsız insanlara qarşı törədilən soyqırımı faktlarını, Azərbaycanlıların haqq səsini öz ölkələrinə və beynəlxalq ictimaiyyətə çatdıracaqlarını, beynəlxalq qurumlarda müəyyən qərarların qəbul edilməsində həqiqətin ortaya qoyulmasının təmin edilməsinə çalışacaqlarını bildiriblər. Tədbirdə Şamaxı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün tarixçi Məhərrəm Zülfüqarlının hazırladığı və iki dildə çap edilən, gələcəkdə daha 3 dildə də nəşr ediləcək kitab oxuculara təqdim edilib.
AVCİYA-nın prezidenti, millər vəkili Elxan Süleymanov gələcəkdə bu cür tədbirlərin qırğınlar törədilmiş digər rayonlarda, eləcə də xarici ölkələrdə keçiriləcəyini bildirib.