“Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlığa doğru” kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elxan Süleymanovun “Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlığa doğru” adlı yeni kitabı çapdan çıxıb. Kitabda Azərbaycan – Avropa İttifaqı münasibətlərinin inkişaf dinamikası araşdırılır, “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi” çərçivəsində, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq,  milli qanunvericiliyin Avropa İttifaqı hüquq sisteminə uyğunlaşdırılması, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səyləri münasibətlərin prioritet istiqamətləri  kimi təhlil edilir.

(more…)

Şamaxıda hüquqi yardım günü keçirilmişdir

14 aprel 2011-ci il tarixində millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxı sakinləri üçün hüquqi yardım günü keçirilmişdir. Hüquqşünas qrupu ilə görüşə 20-yə yaxın vətəndaş gəlmişdi. Vətəndaşların əksəriyyətinə hüquqi məsləhətlər verilmiş, bir çoxlarının şikayət ərizələri götürülmüşdür. Müraciətlər əsasən rayonda yol problemi, torpaq mübahisələri, qaz və su təchizatı, məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur. Bundan başqa vətəndaşlar bir çox qurumlarda onların müraciətlərinə baxılmaması, ərizə və şikayətlərinə cavab verilməməsi ilə bağlı haqlı narazılıqlarını bildirmişlər.

Millət vəkili E.Süleymanovun təşəbbüsü və dəstəyi ilə S.Ə.Şirvaninin məzarı bərpa edilir.

 
Millət vəkili E.Süleymanovun təşəbbüsü və dəstəyi ilə S.Ə.Şirvaninin məzarı bərpa edilir.
 
 

(more…)

Şamaxı əhalisinə hüquqi yardımın göstərilməsinin növbəti mərhələsi

14.04.11-ci il tarixində Millət vəkilinin təşəbbüsü ilə əhaliyə hüquqi yardım kampaniyası davam edəcək

Milli Məclisin deputatı Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 14 aprel 2011-ci il tarixində millət vəkilinin Şamaxıdakı qərargahında hüquqşünaslar qrupu vətəndaşların ərizə və şikayətlərini qəbul edəcək və hüquqi məsləhət verəcəklər. Bununla bağlı müraciət etmək istəyən bütün Şamaxı əhalisi 14.04.11-ci il tarixində saat 10:00-dan etibarən Şamaxı şəhəri Şirvani küçəsi 9 ünvanında yerləşən qərargaha yaxınlaşa bilər və ya əvvəlcədən (0176) 5 14 74 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Millət vəkili Elxan Süleymanov şəhid ailələrinə bayram sovqatı təqdim etmişdir – 19.03.2011

Şamaxının Millət vəkilinin təşəbbüsü ilə Şamaxı rayonunda yaşayan 70 şəhid ailəsinə  bayram sovqatı paylanmışdır. Millət vəkili şəxsən Şamaxı sakini, Ağdərə rayonunda döyüşlərdə həlak olmuş şəhid Adil Ağagül oğlu Zülfüqarovun (15.10.1968 – 19.01.1993) atası Ağagül  Zülfüqarovun və Qaravəlli kənd sakini, Tərtər rayonunda həlak olmuş şəhid Asəf Ağamurad oğlu Rəcəbovun (28.02.1968 – 28.04.1994) anası  Firuzə Rəcəbovanın  ailəsində olmuş, onlara bayram münasibəti ilə xoş arzularını yetirmiş və Novruz sovqatı təqdim etmişdir.

(more…)

Millət vəkili Elxan Süleymanov Novruz bayramı münasibətilə Fatimə və Zəhra Rzayevaları təbrik edib – 19.03.2011

Martın 19-da Şamaxının millət vəkili Elxan Süleymanov rayondakı qərargahında Mədrəsə kəndinin balaca sakinləri Fatimə və Zəhra Rzayevaları Novruz bayramı münasibətilə təbrik edib. Millət vəkili hələ yeni il ərəfəsində Şamaxının kiçik yaşlı sakinlərinə bayram hədiyyələri təqdim edərkən, Fatimə və Zəhranı Novruz bayramında da təbrik edəcəyinə söz vermişdi.  Balacalara bayram sovqatı təqdim edən millət vəkili onlarla xatirə şəkilləri çəkdirib.

(more…)

Millət Vəkili öz seçicilərinə dəstək verir

Şamaxı rayonu və seçiciləri üçün durmadan çalışan Elxan Süleymanovun bu fəaliyyətləri sırasında hüquqları pozulmuş Şamaxı sakinlərinin hüquqlarının bərpa edilməsinə kömək etmək istiqaməti də mühüm yer tutur. Bu günədək Millət Vəkilinə inanaraq müraciət edən çoxsaylı Şamaxı sakinlərinə keyfiyyətli hüquqi yardım göstərilir – hüquqi məsləhətlər verilir, pozulmuş hüquqları bərpa edilir. Millət Vəkilinə daxil olan şikayət ərizələri dəqiqliklə incələnir və hüquq pozuntusu aşkar edildiyi halda deputatın səlahiyyətləri çərçivəsində müvafiq qurumlara müraciətlər edilir.

(more…)

AVCİYA Şamaxıda beynəlxalq konfrans təşkil etdi

//qhtxeber.az//

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il )” layihəsi çərçivəsində təşkil olunan “Şamaxı soyqırımı (1918 – ci il )” mövzusunda beynəlxalq elmi – praktik konfransa keçirilib. qhtxeber.az-ın verdiyi xəbərə görə, Şamaxı rayonundan təşkil olunan beynəlxaql konfransa Milli Məclisin üzvləri, ombudsman, tanınmış elm xadimləri, dövlət rəsmiləri, QHT və KİV nümayəndələri iştirak ediblər. Avropa Parlament Assambleyasinin 12 nəfər üzvünün də ekspert qismində iştirak etdiyi konfransda çıxış edən AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov soyqırım haqqında geniş məlumat verərərk, ümumilikdə Qarabağ münaqişəsinin həllində çalışan beynəlxalq təşkilatları fəaliyyətsiz adlandırıb: “18 ildi ATƏT gəlib-gedir. Lakin, hələdə heç bir müsbət addım atmayıb. Belə olan təqdirdə o quruma heç bir ad vermək olmaz”.

(more…)

Şamaxı soyqırımına həsr olunmuş beynəlxalq konfrans

Ermənilər Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını qətlə yetiriblər

//simsar.az/

Dünən Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə “Şamaxı soyqırımı (1918 – ci il)” mövzusunda beynəlxalq elmi – praktik konfrans keçiririlib. “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il )” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin üzvləri, tanınmış elm xadimləri, dövlət rəsmiləri, QHT və KİV nümayəndələri, o cümlədən Avropanın 7 ölkəsindən jurnalist və siyasətçilər ekspert qismində iştirak ediblər.

(more…)

Şamaxıda 31 mart soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib

Qafqazinfo

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il )” layihəsi çərçivəsində təşkil olunan “Şamaxı soyqırımı (1918 – ci il )” mövzusunda beynəlxalq elmi – praktik konfransa keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şamaxı rayonundan təşkil olunan beynəlxaql konfransa Milli Məclisin üzvləri, ombudsman, tanınmış elm xadimləri, dövlət rəsmiləri, QHT və KİV nümayəndələri iştirak ediblər. Avropa Parlament Assambleyasinin 12 nəfər üzvünün də ekspert qismində iştirak etdiyi konfransda çıxış edən AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov soyqırım haqqında geniş məlumat verərərk, ümumilikdə Qarabağ münaqişəsinin həllində çalışan beynəlxalq təşkilatları fəaliyyətsiz adlandırıb: “18 ildi ATƏT gəlib-gedir. Lakin, hələdə heç bir müsbət addım atmayıb. Belə olan təqdirdə o quruma heç bir ad vermək olmaz”. (more…)