Millət Vəkili öz seçicilərinə dəstək verir

Şamaxı rayonu və seçiciləri üçün durmadan çalışan Elxan Süleymanovun bu fəaliyyətləri sırasında hüquqları pozulmuş Şamaxı sakinlərinin hüquqlarının bərpa edilməsinə kömək etmək istiqaməti də mühüm yer tutur. Bu günədək Millət Vəkilinə inanaraq müraciət edən çoxsaylı Şamaxı sakinlərinə keyfiyyətli hüquqi yardım göstərilir – hüquqi məsləhətlər verilir, pozulmuş hüquqları bərpa edilir. Millət Vəkilinə daxil olan şikayət ərizələri dəqiqliklə incələnir və hüquq pozuntusu aşkar edildiyi halda deputatın səlahiyyətləri çərçivəsində müvafiq qurumlara müraciətlər edilir.

 Şamaxı rayonu Sabir qəsəbəsi sakini Şıxıyev Əvəz Şıxı oğluna və onun ailə üzvlərinə rayon  Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahələri ayrılmış və 30.06.2009-cu  ildə  bu torpaq sahələri üçün “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanmışdır. Bu tarixdən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq vətəndaş bu sənədləri əldə edə bilmirdi. Bununla bağlı dəfələrlə Komitənin rayon və regional bölmələrinə müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Vətəndaş Şıxıyev Əvəz məsələ ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə  də müraciət etmişdir. Komitə məsələnin araşdırılması və nəticə ilə bağlı vətəndaşa məlumat verilməsi üçün 03.08.2010-cu ildə Şamaxı rayon şöbəsinə rəsmi məktub ünvanlanmışdır. Rayon şöbəsindəki yerli məmurlar komitənin müraciətinə də məhəl qoymamış və bununla da vətəndaşın hüquqlarını kobud şəkildə pozmaqda davam etmişlər.

Millət Vəkili bütün seçiciləri kimi Şıxıyev Əvəz Şıxı oğlunun probleminə də biganə qalmamış, məsələ ilə bağlı müvafiq qurumlara deputat müraciəti ünvanlamış və problemin dərhal həll edilməsini tələb etmişdir. Nəticədə vətəndaşa və onun ailə üzvlərinə torpaq sahələrinin sənədləri təqdim edilmişdir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları