AVCİYA Şamaxıda beynəlxalq konfrans təşkil etdi
//qhtxeber.az//
Daha sonra çıxış edən Assosiasiyanın sədri Məhərrəm Zülfüqarlı bildirib ki, ermənilərin törətdikləri vəhşiliklər elmi ədəbiyyatlarda çox az işlənib: “Tarixini unudan xalqın tarixi təkrar olunur. Öz tariximizin vaxtında düzgün çatdıra bilmədiyimiz üçün bu gün də çətinliklərlə üzləşirik.
Konfransda çıxış edən finlandiyalı jurnalist, ATƏT-in parlament Assambleyasının üzvü EsaTuominen bildirib ki, indiyədək bu soyqırım haqqında məlumatsız olub. Xarici jurnalist bu proseslərin həllində yeni təsissatlara ehtiyac olduğunu, soyqırımı bütün xarici ölkələrə tanıtmaq üçün Azərbaycan daha çox iş görməlidir. Daha sonra çıxış edən ombudsman Elmira Süleymanova, millət vəkili Qənirə Paşayeva və digər qonaqlar 31 mart soyqırım dəhşətlərdən bəhs edib.Tədirdə E.Süleymanovun rəhbərliyi ilə M. Zülfüqarlımın müəllifi olduğu “Şamaxı soyqırımı -1918-ci il” adlı kitabın təqdimatı da keçirilib. Bir neçə dildə nəşr edilən kitabda ermənilərin törətdikləri cinayətlər və soyqırımının tarixi köklərindən bəhs edir.
31 mart soyqırımı nəticəsində Şamaxı qəzasında 120 kənd olub ki, bunlardan da 86 – sı erməni təcavüzünə məruz qalıb. Komissiyasının sənədlərinə əsasən, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olub. Lakin Şamaxının 33 kəndində komissiyanın tədqiqat aparması mümkün olmayıb.