Millət vəkili Elxan Süleymanov qəhrəman analarla görüş keçirib – 03.03.2011
Şamaxıdan olan millət vəkili Elxan Süleymanovun rayonun qəhrəman analarının böyük bir qrupu ilə görüşü keçirilmişdir. Millət vəkili görüşdə iştirak edən 200-dək qəhrəman ananı təbrik etmiş, anaların bu gün Azərbycan ailəsinin qədim ənənələrinin, saflığınının qorunmasında, cəmiyyətimizin inkişafında danılmaz rolu olduğunu bildirmişdir. O, bu istiqamətdə aparılan işlərə millət vəkillərinin də öz töhfələrini verməli olduğunu dilə gətirmişdir
Görüşdə həmçinin, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, mədəniyət şöbəsinin müdiri Məleykə Kamilova, rayon qadınlar şurasının sədri Nəzakət Rəzzaqova iştirak etmişdir. Tədbirin sonunda qəhrəman analara millət vəkilinin adından təbrik məktubları və hədiyyələr təqdim edilmişdir.