Şamaxıda növbəti hüquqi yardım günü keçirildi

16 yanvar 2012-ci il tarixində millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxı sakinlərinə hüquqi yardım günü keçirilmişdir. Hüquqşünas qrupu ilə görüşə 15-ə yaxın vətəndaş gəlmişdi. Vətəndaşların bir qisminə hüquqi məsləhətlər verilmiş, bir çoxlarının şikayət ərizələri qəbul edilmişdir. Müraciətlər əsasən rayonda torpaq mübahisələri, qaz və su təchizatı, məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur. Bundan başqa vətəndaşlar bir çox qurumlarda onların müraciətlərinə baxılmaması, ərizə və şikayətlərinə cavab verilməməsi ilə bağlı haqlı narazılıqlarını bildirmişlər. Bəzi vətəndaşlara yerində hüquqi yardım göstərilsədə, bir sıra məsələrlə bağlı aidiyyəti orqanlara deputat sorğusu ilə müraciət etmək qərarı verildi.

(more…)

Ramiz Mehdiyevin qəbul etdiyi finlandiyalı deputatlar Ağdama gediblər – 11.01.2011

Modern.az Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri cənab İlkka KANERVANIN başçılığı ilə Avropa Parlamentinin və  AŞPA üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Azərbaycanla tanışlıq və rəsmi görüşlər məqsədi daşıyan səfər zamanı nümayəndə heyətinin üzvləri olan Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri cənab İlkka KANERVA, Avropa Parlamentinin üzvü cənab Hannu TAKKULA, Finlandiya parlamentinin və AŞPA üzvü xanım Sirkka Liisa ANTTİLA və AŞPA-nın keçmiş deputatı cənab Jaakko LAAKSO Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşlar.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsi önünə gül dəstəsi qoymuşlar.

(more…)

Finlandiyanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ATƏT-in Minsk Qrupu formatı ilə məhdudlaşdırmaq olmaz” – 11.01.2012

  Finlandiya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Azərbaycandan dəstək istəyib

Bakı. Viktoriya Dementyeva-APA. “Finlandiya Dağlıq Qarabağ münaqişəsinin ciddiliyini anlayır, bu münaqişənin həll olunmaması bütün regiona təsir göstərir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri İlkka Kanerva deyib.

(more…)

Ermənistanın qeyri-konstruktiv mövqeyi onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır

  Yanvarın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Finlandiya parlamentinin nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, komitədə keçirilmiş görüşdə Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışmış, M.Qorbaçovun Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilərin “Böyük Ermənistan” yaratmaq iddialarının daha da fəallaşdığını, 1988-1992-ci illərdə Ermənistanda etnik təmizləmə həyata keçirildiyini, bu ölkənin ərazisindən azərbaycanlıların misilsiz qəddarlıq və vəhşiliklə köçürüldüyünü, 250 min soydaşımızın oradakı ata-baba yurdlarından qovularaq qaçqına çevrildiyini xatırlatmışdır. Məlumat verilmişdir ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrin heç birinə əməl etmir.

(more…)

Finlandiya parlamentinin deputatları Milli Məclisdə olmuşlar

  Yanvarın 9-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik  və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Finlandiya  parlamentinin nümayəndə heyəti ilə görüşdü. Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu bildirən Ziyafət Əsgərov qeyd etdi ki, Azərbaycan Finlandiya ilə dövlətlərarası və parlamentlərarası əlaqələrin daha da intensivləşməsinə önəm verir. Əmin olmaq istərdik ki, yeni ildə əlaqələrimiz daha da güclənəcək. Əlaqələrin inkişafı üçün belə səfərlərin böyük əhəmiyyəti var.

Söhbət zamanı Azərbaycanın demokratik  dəyərlərə böyük önəm verdiyini  qeyd  edən  Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti, rəhbərlik etdiyi komitənin işi, ölkəmizdə həyata keçirilən islahatlar, vətəndaş cəmiyyətinin inkişafı barədə qonaqlara ətraflı məlumat verdi.

(more…)

Azərbaycan və Belçikanın iş adamlarının forumu keçiriləcək

 Bu il ərzində Azərbaycan və Belçikanın iş adamlarının forumu keçiriləcək. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) bazar ertəsi Trend-ə bildiriblər ki, bu barədə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin ölkəyə səfəri zamanı razılığa gəlinib.

(more…)

Azərbaycan və Belçika parlamentləri arasında tədbirlər planı razılaşdırılıb

Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, işçi qrupun Azərbaycan tərəfdən rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə həyata keçirilən səfər zamanı Belçika parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Araz Əzimov, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, deputat Rövşən Rzayevlə görüşüb, həmçinin Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər edib.
(more…)

Belçikanın Azərbaycandakı səfirinin Şamaxının Millət vəkili Elxan Süleymanova məktubu


(more…)

Bayram təbriki

Əziz seçicilər! Sizi Yeni – 2012-ci il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı, ailə səadəti, işlərinizdə nailiyyətlər arzulayıram.

Qoy 2012-ci ildə uğur daim yol yoldaşınız olsun!

 

Hörmətlə,

Şamaxının millət vəkili    Elxan Suleymanov

 

(more…)

Millət vəkili Elxan Süleymanovun illik hesabatı təqdim edilib

 Millət vəkili Elxan Süleymanovun Şamaxıdakı qərargahında illik hesabatı təqdim edilib. Lent.az-ın məlumatına görə, toplantıda millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, rayon icra hakimiyyəti başçısının müavini Sərdar Ömərov, filologiya elmləri doktoru, professor Nadir Abdullayev, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, hüquqşünas Arzuxan Əlizadə çıxış edərək Elxan Süleymanovun 2012-ci ildə gördüyü işlərdən söhbət açıblar.
Toplantı iştirakçılarına Elxan Süleymanovun millət vəkili kimi fəaliyyətinin bir ilinə həsr olunmuş “Şamaxının millət vəkili – birinci il” kitabı da təqdim edilib. www.elkhan-suleymanov.az nəşri olan kitaba deputatın seçicilərlə görüşləri, müsahibələri, müraciət və çıxışları, ilboyu gərgin və məqsədyönlü fəaliyyətini əks etdirən materiallar daxil edilib.

(more…)