Ramiz Mehdiyevin qəbul etdiyi finlandiyalı deputatlar Ağdama gediblər – 11.01.2011

Modern.az Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri cənab İlkka KANERVANIN başçılığı ilə Avropa Parlamentinin və  AŞPA üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Azərbaycanla tanışlıq və rəsmi görüşlər məqsədi daşıyan səfər zamanı nümayəndə heyətinin üzvləri olan Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri cənab İlkka KANERVA, Avropa Parlamentinin üzvü cənab Hannu TAKKULA, Finlandiya parlamentinin və AŞPA üzvü xanım Sirkka Liisa ANTTİLA və AŞPA-nın keçmiş deputatı cənab Jaakko LAAKSO Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşlar.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsi önünə gül dəstəsi qoymuşlar.

Yanvarın 9-da qonaqlar Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşmüşlər. Milli Məclis Sədrinin birinci müavini ölkəmizin Finlandiya ilə dövlətlərarası və parlamentlərarası  əlaqələrini daha da intensivləşməsinə önəm verdiyini qeyd etmişdir. Elə həmin gün nümayəndə heyəti Azərbaycan Respublikası Baş nazirinin müavini,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli  Həsənovla görüşmüşdür. Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində meydana çıxmış Azərbaycanda qaşqın və məcburi köçkün probleminin mahiyyəti, onların yaşayış yerləri, sosial problemlərinin həlli istiqmətində görülən işlər barədə informasiya vermiş, Azərbaycan iqtisadiyyatının hazırki vəziyyətindən bəhs etmişdir. Daha sonra finlandiyalı qonaqlar Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun qəbulunda olmuşlar.

Yanvarın 11-də Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Finlandiya parlamentinin nümayəndə heyətini qəbul etmişdir. Cənab Ramiz Mehdiyev qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı məlumat vermiş, problemin həlli yolları barəsində fikir mübadiləsi aparılmışdır. Finlandiya parlamenti nümayəndə heyətinin rəhbəri qeyd etmişdir ki, münaqişənin həllinə yardım etmək üçün Azərbaycan və Finlandiya nümayəndələri BMT Təhlükəsizlik Şurasında, ATƏT və AŞPA-da fəaliyyətlərini uzlaşdırmalıdır.

 Yanvarın 11-də finlandiyalı parlamentarilər helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsində səfərdədilər. Millət vəkilləri Məlahət İbrahimqızı da bu səfərdə onlarla birlikdədir.

Görüşlər zamanı əldə olmuş razılığa əsasən Azərbaycan – Finlandiya parlamentlərarası dostluq və əməkdaşlıq planları müzakirə edilmış, konkret fəaliyyət proqramı razılaşdırılmışdır.

Tədbirlər planına uyğun olaraq ATƏT Parlament Assambleyasında, Avropa Parlamentində və AŞPA-da Azərbaycan və Finlandiya nümayəndə heyətinin üzvlərin əlaqəli və razılaşdırılmış fəaliyyətin məqsədəuyğun olması qeyd edilmiş, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi  vurğulanmışdır. Azərbaycan və Finlandiya xalqların dostluq və qarşılıqlı hörmət ənənəsinə uyğun olaraq cəmiyyətlərimiz arasında müxtəlif mədəni, təhsil və insanlararası tədbirlərin geniş vüsət alması barədə razılıq əldə edilmiş, belə tədbirlər sırasında hər iki ölkə  sənətçilərinin qarşılıqlı səfərləri, iş adamlarının təcrübə mübadiləsi, müştərək biznes layihələrinin gerçəkləşdirilməsinin vacibliyi  bir daha vurğulanmışdır.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları